23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

TASS agentliyinin məlumatına görə…

ABŞ-ın Dallas şəhərində keçirilən hərracda Supermen haqqında ilk komiks 956 min dollara satılıb. TASS xəbər verir ki, Action Comics-in çapdan çıxmış ilk sayının üzərində göstərilən tövsiyə olunan qiymət isə 10 sent olub. Hərracın təşkilatçıları nadir nüsxəni 750 min dollara satmağı düşünsə də, yekun gəlir gözləniləndən xeyli çox olub. Qeyd edək ki, indiyə qədər komiksin ilk nüsxəsinin 100-dən artıq surəti qorunub saxlanıb. Hərracda satışa qoyulan nüsxə isə Supermen fanatı tərəfindən 1990-cı ildə 26 min dollara alınmışdı. Qeyd olunur ki, nüsxənin vəziyyəti də idealdan xeyli uzaqdır. Bir çox kino və cizgi filmlərinin qəhrəmanına çevrilmiş Supermen Amerikanın və dünyanın ən populyar komikslərindən biridir. Daha bir maraqlı fakt isə Supermen və digər müsbət komiks qəhrəmanlarını ekranda canlandıran aktyorların bədbəxt hadisələrlə üzləşməsidir.xeber100.com

Avqust 6, 2016 4:58

Anadolu agentliyinin məlumatına görə…

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner Türkiyənin təqdim etdiyi sənədlər üzərində çalışdıqlarını söyləyib. Anadolu agentliyinin məlumatına görə,  Toner gündəlik mətbuat konfransında Fətullah Gülənin ekstradisiyası ilə bağlı onlara müxtəlif sayda dosyenin çatdığını və ABŞ Ədliyyə Nazirliyinin bu sənədlərin rəsmi ekstradisiya şərtləri ilə üst-üstə düşüb düşmədiyini araşdırdığını bildirib. Mark Toner sənədlərin araşdırılmasının müəyyən qədər vaxt alacağını söyləyib.xeber100.com

Avqust 5, 2016 3:35

Yaponiya gündəlik problemlərdən birinin həlli yolunu tapıb

Yaponiyanın qida ekspertləri aşpazların gündəlik problemlərindən birinin həll yolunu tapıblar. Belə ki, mütəxəssislər yeni, gözün selikli qişasını qıcıqlandırmayan soğan növü yetişdiriblər. "Vista News” saytının verdiyi xəbərə görə, alimlərin sözlərinə görə soğan doğrayarkən göz yaşına səbəb onun bu proses zamanı üst qabığının dağılmasıdır ki, bunun nəticəsində havaya kükürdlü qaz nüfuz edir. Bu halda gözün selikli qişası qıcıqlanır və bu, gözyaşı əmələ gətirir. Tərkibində kükürdün minimal miqdara endirildiyi soğanın bu növünə “Gülən şar” adı verilib. Bu tərəvəzin yetişdirilməsi istiqamətində alimlərin 20 il iş apardıqları bildirilir. Tamına görə armudla almanın qarışığını xatırladan soğanın bu növü dairəvi formada və qoxusuzdur. Mütəxəssislər soğanın bu növünün salatların əvəzsiz tərəvəzi olacağına inanırlar. “Gülən şar”ın artıq bu ilin payızından etibarən yapon bazarlarında satışa çıxarılacağı bildirilir.xeber100.com

Avqust 5, 2016 3:27

Avropa İttifaqı Böyük Britaniyaya yaşıl işıq yandırmayacaq

Brüssel qərara gəlib ki, London çoxmilyardlı borclarına görə Avropa İttifaqı (Aİ) ilə üzülüşməyənə qədər Böyük Britaniyanın Aİ-dən çıxmasına yaşıl işıq yandırmayacaq. Vəziyyətlə tanış olan, lakin adının çəkilməsini istəməyən yüksək vəzifəli Aİ nümayəndəsi bu barədə Almaniyanın həftəlik “Wirtschaftswoche” nəşrinə söyləyib. Nəşrin müsahibi məsələyə aydınlıq gətirərək deyib ki, ödəmənin məbləğinə gəlincə, söhbət təxminən 25 milyard avrodan gedir. Brüsseldə bu fikirdədirlər ki, britaniyalılar öz öhdəliklərini nizama salmayana qədər Böyük Britaniya ilə razılaşma qeyri-mümkündür”. İyunun 23-də keçirilən plebisitin yekunlarına görə, səsvermədə iştirak edən britaniyalıların 52 faizi “Brexit”ə səs verib. Böyük Britaniya Avropa İttifaqından 2019-cu ilin əvvəlində çıxmağı planlaşdırır. Böyük Britaniyanın yeni hökumətində Aİ ilə ticari sazişlər haqqında danışıqlara məsuliyyət daşıyan nazir Liam Foks “Sunday Times” qəzetinə müsahibəsində “Brexit”in təqribi tarixi kimi 2019-cu il yanvarın 1-ni göstərib.xeber100.com

Avqust 5, 2016 3:07

TASS agentliyinin verdiyi məlumata görə…

Türkiyə Fətullah Gülənin hərbi çevrilişlə əlaqəli olduğunu təsdiqləyən 85 qutu sənəd təqdim edib.  “TASS” xəbər veriri ki, bunu Nyu-Yorkda jurnalistlərə Türkiyə parlamentinin MHP-dən olan üzvü Kamil Aydın deyib. Qeyd edək ki, Kamil Aydın Fətullah Gülənin tez bir zamanda ABŞ-dan Türkiyəyə ekstradisiya edilməsinə nail olmaq məqsədi ilə Vaşinqtonda səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvüdür. Nümayəndə heyəti Ədliyyə Nazirliyi daxil olmaqla, ABŞ-ın bir sıra dövlət qurumlarında görüşlər keçiriblər. “Onlar bizə Türkiyədən 85 qutu sənəd qəbul etdiklərini bildiriblər. Hazırda bu sənədlər araşdırılır”, - deyə Kamil Aydın Türkiyənin BMT-dəki daimi nümayəndəliyində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Türkiyə və ABŞ arasında Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi üzrə danışıqlar hazırda davam etdirilir.xeber100.com

Avqust 5, 2016 2:23

“Linde Group” dizayn üzrə müqavilə imzalayıb

İranın “Kian” şirkəti ilə Almaniyanın neft-kimya nəhəngi “Linde Group” şirkəti İran şirkətinin Aseluye özəl neft-kimya bölgəsindəki ikinci sahəsində olefin istehsal vahidinin ilk mərhələsi üçün mühəndislik və dizayn üzrə müqavilə imzalayıblar. İranın rəsmi xəbər agentliyi “IRNA”ya istinadla xəbər verir ki, birillik müqavilə təxminən 35 milyon avroluq maliyyə kredit ilə imzalanıb.İranın neft nazirinin müavini Marzieh Şahdaiye “Linde” şirkətinin İrandakı sərmayələrinin mühəndislik, satınalma, istehsal müqaviləsi çərçivəsində reallaşdırılacağını və şirkətin bu ölkənin Aseluye bölgəsindəki ən böyük neft-kimya layihələrindən birini həyata keçirəcəyini deyib.xeber100.com

Avqust 4, 2016 3:11

RİA Novosti Agentliyinin məlumatına görə…

Avqustun 3-də Şimali Koreya Yapon dənizi istiqamətində növbəti dəfə ballistik raket atıb. Bu barədə RİA Novosti Agentliyi məlumat yayıb. Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin bəyanatına əsasən, raket atışı Xvanxe-Namdo əyalətində həyata keçirilib. Bu ölkədə ballistik raketlərin son sınaqları iyulun ortalarında olmuşdu. Yaponiya sınaqlarla bağlı Pxenyana etirazını bildirib.xeber100.com

Avqust 3, 2016 1:44

Çin hökuməti TEB-1 avtobus-tunelin ilk hərəkət sınağını keçirib

Çin hökuməti avqustun 3-də Xebey vilayətinin Sinxuandao şəhərində TEB-1 avtobus-tunelin ilk hərəkət sınağını keçirib. Çinin mərkəzi televiziyasının məlumatına görə, relslər üzərində hərəkət edən avtobus yerdən iki metr hündürlükdə yerləşir. Uzunluğu 22, eni 7,8, hündürlüyü isə 4,8 metrdir. Avtobusun altından iki cərgədə hündürlüyü iki metrə çatan avtomobillər keçə bilir. Bu nəqliyyat vasitəsinin salonu 300 nəfər üçün nəzərdə tutulub, onlardan 55-i oturacaqlı yerlərdir. İxtiraçılar avtobusun tixacda qalma və ya tıxac yaratma qorxusunun olmadığını qeyd edirlər. Avtobusun daha bir üstünlüyü elektrik enerjisi ilə işləməsidir. Hökumət iri və çoxsakinli şəhərlərdə bu cür avtobuslara ehtiyac olduğunu bildirir.xeber100.com

Avqust 3, 2016 1:33

“Siyasət və vicdan” adlı sərgi hazırlanıb

Moraviyanın paytaxtı Brnoda Vatslav Havelin anadan olmasının 80 illiyinə həsr olunmuş “Siyasət və vicdan” adlı sərgi hazırlanıb. Sərgidə Çex Respublikasının birinci prezidentinin həyatı və siyasi fəaliyyəti ilə bağlı onlarca fotoşəkil, video və audioyazı təqdim edilib. Ekspozisiya bu yaxınlarda Brnoda Şpilberk qəsri ətrafında insanların üzünə açılan 10-Z nüvə hücumundan müdafiə bunkerinin ərazisində təşkil edilib.xeber100.com

Avqust 3, 2016 1:17

25 milyard ABŞ dolları həcmində vəsait ayrılıb

Norveçdə müvafiq problemin həlli üçün dünyada ilk dəfə üzən sualtı nəqliyyat tunelinin inşası planlaşdırılır. “Live science” saytının verdiyi xəbərə görə, “Sognefjord” körfəzi ərazisində həyata keçiriləcək layihənin təşəbbüskarları suyun 30 metr dərinliyində yerləşdirilmiş üzən tunellər vasitəsilə avtomobillərin hər iki istiqamətdə uzun məsafələri daha rahat qət etməsinə imkan yaranacağını bildiriblər. 2035-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan layihənin reallaşması üçün 25 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Layihə uğurlu nəticə verərsə, Norveçin digər bölgələrində də oxşar tunellərin tikintisi həyata keçirilə bilər. Üzən tunellər vasitəsilə ölkənin cənub-şimal istiqamətində avtomobillərin hərəkət zamanının yarıbayarı qısaldılması mümkündür.xeber100.com

Avqust 3, 2016 1:05
    Page 253 of 299« First«...102030...251252253254255...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az