İsveç KİV-lərinin yaydığı məlumata görə, İsveç Dövlət Təhlükəsizlik Xidməti hökumət orqanlarına digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən casusluq ehtimalının olması barədə müraciət edib. Müraciətdə qeyd edilir ki, xarici dövlətlərin xüsusi xidmət orqanları özəl şirkət adı altında casusluq fəaliyyəti göstərir, sonra isə xidmətlərini satırlar. Onlar bu yolla krallığın milli təhlükəsizlik sisteminin nüfuzuna toxunan informasiya əldə edə bilərlər. İsveç Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi KİV-ə müsahibəsində bildirib ki, onlarda İsveçə qarşı bu cür iş aparılması barədə bir neçə konkret məlumat var. Lakin xidmətin nümayəndəsi təfsilatı ilə məlumat verməyib və bunu məlumatın məxfi olması ilə izah edib. Mütəxəssislər casusluq üçün yollardan biri kimi, hakimiyyət orqanlarının IT sahəsində xidmət təklif edən şirkətlərlə əməkdaşlığını nümunə gətiriblər. Müasir texnologiyadan istifadə edən pis niyyətli qüvvələr öz məqsədlərinə çata bilərlər. Beləliklə, müxtəlif vaciblik dərəcəsi olan məlumat başqa əllərə keçə bilər və ya ondan, ümumiyyətlə, şantaj məqsədilə istifadə olunar. İsveç Dövlət Təhlükəsizlik Xidməti hesab edir ki, xarici təchizatçıların yoxlanması işində hakimiyyət orqanlarında boşluqlar mövcuddur.xeber100.com