Çexiyanın maliyyə naziri Andrey Babiş “Právo” qəzetinə müsahibəsində bildirib ki, Avropa İttifaqı terrorçuların hücum təhlükəsini azaltmaq məqsədi ilə öz xarici sərhədlərini ciddi qorumalı, insanların yerdəyişməsi, mallar, xidmətlər, habelə kapital üçün vahid azad məkan olan Şengen ərazisində daxili nəzarəti gücləndirməlidir. Maliyyə naziri hesab edir ki, yenidən cinayət törətməyə meyilli olan və “asanlıqla radikal müsəlman qruplarının təsiri altına düşən köçkünlər” də müşahidə altında olmalıdır. Onun fikrincə, NATO-nun müdafiə paktı dəyişikliyə uğrayaraq, terrorçulara qarşı fəal mübarizə aparan qüvvəyə çevrilməlidir.xeber100.com