23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Almaniya Türkiyədə demokratik və hüquqi dövləti dəstəklədiyini bildirib

Almaniya Kansleri Angela Merkel Türkiyədə dövlət çevrilişinə göstərilən cəhdi hökuməti adından ən sərt şəkildə pislədiyini bildirib. Almaniyanın Türkiyədə demokratik və hüquqi dövləti dəstəklədiyini bildirən Kansler xalqın iradəsinin ifadəsinə hörmət edilməsinin vacibliyini vurğulayıb. O, Türkiyənin xalq tərəfindən seçilmiş hökumətini və prezidentini zor tətbiq edərək devirmə cəhdini sərt şəkildə qınadığını, hakimiyyət dəyişikliyinin yalnız və yalnız demokratik qaydalara əsasən mümkün ola biləcəyini diqqətə çatdırıb.xeber100.com

İyul 17, 2016 12:00

Yunanıstan Türkiyəyə dəstək nümayiş etdirib

"Yunanıstan hökumətindən sığınacaq istəyən 8 qiyamçının Türkiyəyə təhvil verilməsi üçün nə lazımdırsa ediləcək". Bu fikri Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirib. Yunanıstanın Baş naziri Türkiyə hökumətinə dəstək nümayiş etdirib, demokratik cəmiyyətlərdə hərbi çevrilişə yer olmadığını vurğulayıb. Yunanıstan ilə sərhəd xəttində yerləşən Dədəağac şəhərindəki aerodromda eniş edən, içərisində 8 qiyamçının olduğu hərbi helikopterin Türkiyəyə qaytarılması üçün Yunanıstana xüsusi komanda göndərilib.xeber100.com

İyul 17, 2016 11:54

Məhkəmə-hüquq sistemində kütləvi ixtisarlar

Türkiyənin məhkəmə-hüquq sistemində işləyən və qiyamçılarla, habelə terror təşkilatı ilə əlaqəsi olduğu bildirilən hakim və prokurorların kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb. Anadolu Agentliyinin məlumatına görə, Türkiyənin Məhkəmə-Hüquq Şurası barələrində Ankara Respublika Baş Prokurorluğu tərəfindən həbs qərarı çıxarılan 5 üzvün səlahiyyətlərini ləğv edib. Bundan başqa, ümumilikdə 2745 hakim işdən azad olunub.xeber100.com

İyul 16, 2016 4:39

Georgi Kvirikaşvili: “Türkiyənin demokratik inkişafı bizim üçün çox önəmlidir”

Türkiyə bizim üçün vacib dost, tərəfdaş ölkədir. Türkiyənin demokratik inkişafı bizim üçün çox önəmlidir. Bu bəyanatla Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Milli Təhlükəsizlik Şurasının iyulun 16-da gecə saatlarında keçirilən iclasında çıxış edib. Baş nazir deyib ki, Türkiyədə sabitliyin qorunması Gürcüstan üçün çox vacibdir. Hər hansı demokratik ölkə üçün hərbi çevrilişin yolverilməz olduğunu vurğulayan Georgi Kvirikaşvili Türkiyədə baş verən hadisələrlə əlaqədar Gürcüstanın müvafiq strukturlarının məlumatlandırıldığını bildirib. Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar sərhəd-keçid məntəqələrində Gürcüstan vətəndaşlarının sərhədi keçməsində məhdudiyyətlər tətbiq olunur, hava uçuşları həyata keçirilmir.xeber100.com

İyul 16, 2016 4:11

Neft layihələrinin 70 faizi ləğv edilə bilər?!

Neftin qiymətinin ucuzlaşması və bu sahədə investisiyaların azalması ilə əlaqədar ABŞ-dakı neft layihələrinin 70 faizinin ləğv edilmə riski var. Aяэкефс xəbər verir ki, bu barədə mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” araşdırma və konsaltinq şirkəti tərəfindən hazırlanan hesabat deyilir. Hesabata görə, ABŞ-da yekun investisiya qərarı alınmamış neft istehsalı layihələrinin ticarəti baxımdan həyata keçirilməsi üçün qlobal bazarlarda xam neftin qiyməti 60 dollar/barrel və ya daha çox olmalıdır. Qiymətlər hazırkı 50 dollardan aşağı olacağı təqdirdə isə qarşıdakı 10 ildə qlobal neft bazarında təklif azalmaları yarana bilər. Neftin qiymətinin ucuzlaşması və investisiyaların azalması ilə əlaqədar ABŞ-dakı neft layihələrinin 70 faizinin ləğv edilmə riski var. Həmin layihələrin çoxu istehsal xərci yüksək olan şist nefti layihələridir.xeber100.com

İyul 16, 2016 3:58

TASS informasiya agentliyinin məlumatına əsasən…

İŞİD qruplaşması iyulun 14-də Fransanın Nitsa şəhərində baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Qeyd edək ki, iyunun 14-də axşam saatlarında Fransanın Nitsa şəhərində sürücü yük avtomobilini milli bayram şənliyi ilə əlaqədar atəşfəşanlıqdan qayıdan minlərlə insanın üzərinə sürüb. Şahidlərin ifadəsinə görə, yük maşını dayanmadan ziqzaqvari hərəkət edərək təxminən 2 kilometr məsafədə insanları əzib. Bundan sonra terrorçu polis əməkdaşları ilə atışmağa başlayıb və öldürülüb. Hadisə nəticəsində 84 nəfər həlak olub, 200 nəfərə qədər insan yaralanıb. Həyatını itirənlər arasında xarici ölkə vətəndaşlarının da olduğu bildirilir.

İyul 16, 2016 3:50

Bolqarıstan Meteorologiya və Hidrologiya İnstitutunun məlumatına əsasən…

Bolqarıstan Meteorologiya və Hidrologiya İnstitutunun məlumatına görə, yüksək temperatur səbəbindən ölkənin 21 rayonunda “sarı” təhlükə kodu elan olunub. Vidin, Montana, Vratsa, Pleven, Loveç, Qabrovo, Veliko Tırnovo, Ruse, Silistra, Sofiya şəhəri, Sofiya bölgəsi, Pernik, Kustendil, Blagoevqrad, Pazardjik, Plovdiv, Stara Zaqora, Smolyan, Kırdjali, Xaskovo və Yambol rayonlarında 33-38 dərəcə istilik gözlənilir.xeber100.com

İyul 15, 2016 11:56

Səudiyyə Ərəbistanı Asiya bazarı uğrunda Rusiya ilə neft müharibəsinə hazırlaşır

Son üç ayda Rusiya Çinə ixrac etdiyi neftin həcmini xeyli artıraraq Səudiyyə Ərəbistanını geridə qoyub. Əl-Riyad isə cavabında Asiya ölkələri üçün neftin qiymətini aşağı salacağını bəyan edib. “reuters.com” xəbər verir ki, Səudiyyə Ərəbistanı Asiya bazarı uğrunda Rusiya ilə neft müharibəsinə hazırlaşır. İyunun sonuna olan məlumatlara əsasən, bu ilin mayında Rusiya Çinə əsas xam neft istehlakçısı hesab olunan Səudiyyə Ərəbistanını xeyli qabaqlayıb. Mayda Rusiya Çinə sutkada 1,24 milyon barrel, Səudiyyə Ərəbistanı isə 961 min barrel neft ixrac edib. Çin ekspertlərinin fikrincə, Rusiya nefti gələcəkdə Çin şirkətləri üçün cəlbedici olacaq. Çünki neftin nəqli ilə bağlı Rusiya şirkətlərinin irəli sürdüyü təkliflər daha real təsir bağışlayır. Bununla yanaşı, Səudiyyə Ərəbistanının rəsmiləri Asiya və Amerika bazarı üçün neftin qiymətində güzəştlər ediləcəyini bəyan ediblər. “Amerikan Thinker” jurnalının ekspertləri isə hesab edirlər ki, Səudiyyə Ərəbistanının bu qərarı Asiya bazarı uğrunda nəinki Rusiya ilə, hətta onunla eyni keyfiyyətdə və oxşar çeşiddə neft istehsalçısı olan Birləşmiş Ərəb Əmirlikləri ilə rəqabətin də kəskinləşməsinə gətirib çıxara bilər.xeber100.com

İyul 14, 2016 2:27

NHK kanalının yaydığı məlumata əsasən…

Yaponiya İmperatoru Akihito yaxın bir neçə ildə taxt-tacdan imtina etmək qərarına gəlib. NHK televiziya kanalının yaydığı məlumata əsasən, İmperator bu barədə yaxın köməkçilərinə məlumat verib. Akihito taxt-tacı 56 yaşlı vəliəhd-şahzadə Naruhitoya həvalə edəcək. İmperatora yaxın mənbələrin bildirdiyinə görə, Akihito səhhəti onun üzərinə düşən vəzifələri yerinə yetirməyə imkan verməməsi səbəbindən taxt-tacdan uzaqlaşmaq istəyir. NHK-nın məlumatına görə, İmperator bu barədə ailə üzvlərini də xəbərdar edib. İmperator Sarayının İşlər İdarəsinin Akihitonun müvafiq bəyanatla xalqa müraciət etməsi üçün münasib vaxt axtardığı da bildirilir.xeber100.com  

İyul 14, 2016 2:06

Avropa bank sisteminin dəstəklənməsi üçün 150 milyard avro tələb olunur

"Deutsche Bank"ın baş iqtisadçısı Devid Folkerts Landau hesab edir ki, Avropa bank sisteminin dəstəklənməsi üçün 150 milyard avro vəsait ayırmaq lazımdır. Çünki Avropa maliyyə institutlarının kapitallaşdırılmaya ehtiyacı var.  “banks.eu” saytı xəbər verir ki, iqtisadçı bu barədə "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib. Mütəxəssisin sözlərinə görə, ABŞ 2008-ci ildə 100 milyard dollar dəyərində bank sektorunun sağlamlaşdırılması planını təqdim edib. "İtaliya daha çox narahatlıq doğurur, burada vaxtı keçmiş kreditlərin həcmi 350 milyard avroya çatıb. Eyni zamanda, Avropa Mərkəzi Bankının cərimə faizləri Avropa maliyyə bazarına mənfi təsir edir, səhmlərin aşağı kursu isə yeni sərmayələrin cəlb edilməsini çətinləşdirir", - deyə iqtisadçı qeyd edib.xeber100.com

İyul 13, 2016 11:01
    Page 259 of 299« First«...102030...257258259260261...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az