03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

5,1 bal gücündə zəlzələ baş verib

İyunun 22-də İndoneizya sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Sibolqa şəhərindən 176 kilometr cənub-qərbdə, ocağı dəniz dibinin 33,8 kilometr dərinliyində yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.xeber100.com

İyun 22, 2016 3:48

Turizm obyektlərinə nəzarət gücləndirilir

Bolqarıstanın Gəlirlər üzrə Milli Agentliyinin əməkdaşları bu il vergilərin və yığımların yerli otel, restoran və digər əyləncə müəssisələri sahibləri tərəfindən düzgün ödənildiyini yoxlamaq üçün Qara dəniz ətrafında yerləşən kurortlara göndəriliblər. Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, artıq vergi əməkdaşları Burqas və Varna şəhərlərinin hava limanlarında ölkəyə gələn turistlərin sayını qeydiyyata almağa başlayıblar ki, onlardan tutulan vergilərin real gəlirlərlə müqayisəsini aparmaq mümkün olsun. Agentliyin məlumatına görə, bu il ölkədəki hər bir kassa aparatı nəzarətdə olacaq. Bolqarıstanın vergi xidməti bu il yalnız bir mövsüm üçün təşkil edilmiş turizm firmalarına xüsusi diqqət yetirəcək. Artıq ölkədə vergi yayındırmaqda şübhəli bilinən və düzgün bəyannamələr təqdim etməyən firmaların yoxlanılmasına başlanılıb. Hökumət rəsmilərinin sözlərinə görə, turizm firmalarının əksəriyyəti bəyannamədə Bolqarıstan qanunçuluğunda nəzərdə tutulan minimal gəlir həddini qeyd etsə də, ən bahalı daşınmaz əmlak alırlar.xeber100.com

İyun 22, 2016 3:30

Silah satışına nəzarət barədə qanun layihəsi qəbul edilməyib

ABŞ senatı silah satışına nəzarət barədə səsverməyə çıxarılan 4 qanun layihəsinin heç birini qəbul etməyib. Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, demokrat-senatorların səsverməyə çıxardığı layihə silah almaq istəyən hər kəsin şəxsiyyətinin mütləq şəkildə yoxlanılmasını nəzərdə tutur. Səsvermənin gedişində respublikaçılar demokratların layihəsini həddən artıq sərt adlandıraraq rədd edib, demokratlar isə öz növbələrində respublikaçıların layihəsini yetərincə effektiv saymayıb. Senatorlar qrupu həftənin sonunadək kompromisli qanun layihəsi hazırlamağa ümid edir. Son sosioloji sorğunun nəticəsinə görə, ölkədə silah satışına nəzarətin tətbiq edilməsini istəyən amerikalıların sayı 71 faizə çatıb. Xatırladaq ki, zorakılığa meylli insanlara silah satışının məhdudlaşdırılmasına dair qanunun qəbul edilməsinin vacibliyi barədə mübahisələr bu yaxınlarda Floridanın Orlando şəhərində yerləşən gecə klubunda insanların kütləvi şəkildə güllələnməsi ilə nəticələnən faciəvi hadisədən sonra yenidən qızışıb.xeber100.com

İyun 21, 2016 3:33

BMT-nin yaydığı hesabata görə…

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ümumdünya Qaçqınlar Günü münasibətilə yaydığı hesabata görə, 2015-ci ildə dünyada qaçqın, məcburi köçkün və sığınacaq axtaran insanların sayı 65,3 milyon nəfər olub. Hələ 2011-ci ildə BMT dünyadakı qaçqınların sayının 42,5 milyona çatdığını elan etmişdi. Cəmi beş il keçməsinə baxmayaraq bu kədərli rekordu daha böyük rəqəmlə yeniləmək lazım gəlib. Hesabatda bildirilir ki, planetimizdə hər 113-cü insan qaçqınlıq həyatı yaşamağa məcburdur və cəmi bir il ərzində qaçqınların sayı 12,4 milyon çoxalıb. Yeni qaçqın kütləsinin yarıdan çoxu cəmi üç ölkənin payına düşür: Suriya (4,9 milyon nəfər), Əfqanıstan (2,7 milyon nəfər) və Somali (1,1 milyon nəfər). Türkiyə artıq ikinci ildir ki, ən çox qaçqın qəbul edən ölkələr siyahısında ilk yerdə durur. Bu ölkəyə pənah gətirən qaçqınların sayı 2,5 milyondan artıqdır. Ekspertlərin rəyincə, “soyuq müharibə” dövründən qalmış və həllini gözləyən münaqişələr, eləcə də son illərdə alovlanan yeni münaqişə ocaqları və vətəndaş müharibələri qaçqınların sayının sürətlə artmasının əsas səbəbləridir.xeber100.com

İyun 21, 2016 2:21

Növbəti terror həyəcanı…

Brüssel polisi paytaxtın mərkəzində yerləşən “City 2” ticarət mərkəzi yaxınlığında üzərində partlayıcı kəmər olduğu ehtimal edilən bir nəfəri saxlayıb. Lakin sonradan onda partlayıcı qurğunun olması barədə məlumat təsdiqini tapmayıb. Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bir qədər sonra KİV-lər Belçika polisi tərəfindən Skarbek kommunasında partlayıcı kəmər taxmış daha bir nəfərin saxlanıldığı barədə informasiya yayılıb. Bu informasiya da hələ ki, rəsmən təsdiq olunmayıb. Belçikanın Baş naziri Şarl Mişel insidentlə əlaqədar böhran qərargahının iclasını keçirib və vəziyyətin nəzarət altında olduğunu bildirib. Bununla yanaşı, Belçika Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhlükələrin Analizi üzrə Koordinasiya Mərkəzi təcili iclasın nəticəsinə əsasən Brüsseldə terror təhlükəsinin hazırkı 3-cü səviyyəsini dəyişməz saxlayıb.xeber100.com

İyun 21, 2016 2:16

İtaliyada bələdiyyə seçkilərinin ikinci turu başa çatıb

Bazar günü İtaliyada bələdiyyə seçkilərinin ikinci turu seçilib. Faktinfo-nun  xarici KİV-lərə əsasən verdiyi məlumata əsasən seçkinin nəticələri hakim Demokrat partiyası üçün məğlubiyyət sayıla bilər. Belə ki, baş nazir Matteo Renzinin rəhbərlik etdiyi Demokrat partiyası demək olar ki, bütün iri şəhərləri müxalifətə uduzub.Seçkilərin ən maraqlı nəticəsi paytaxt Romada və Turində qeydə alınıb. Belə ki, Roma tarixində şəhər merliyi uğrunda mübarizədə qadın namizəd qalib gəlib.Bu müxalifətdəki “5 ulduz” hərəkatının nümayəndəsi 37 yaşlı Virciniya Raccidir.Virciniya Racci böyük bir üstünlüklə (64 %) Roma bələdiyyəsinin rəhbəri vəzifəsinə seçilib.xeber100.com

İyun 20, 2016 12:02

ABŞ əleyhinə ən böyük aksiyalardan biri keçirilib

Bu gün Yaponiyanın Okinava adasında ABŞ əleyhinə son 20 ildə ən böyük aksiyalardan biri keçirilib. “Reuters” agentliyinin verdiyi məlumata görə, minlərlə insanın iştirak etdiyi bu aksiya ABŞ-ın Okinava adasının digər hissəsində hərbi baza yerləşdirmək planını təhlükə altında qoyur. Sonuncu dəfə Okinava adasında belə böyük aksiya 20 il əvvəl 3 amerikalı hərbçinin 12 yaşlı yapon qızı zorlamasından sonra keçirilib. Aksiyalardan sonra ABŞ və Yaponiya Futenma hərbi bazasının Okinavada əhalinin sıx yaşadığı rayondan adanın digər hissəsinə köçürülməsi barədə razılıq əldə edib. Lakin bu plan hələ də həyata keçirilməyib. Okinavada amerikalı hərbçilər əleyhinə hər il aksiya keçirilir. Bu il isə adada amerikalı hərbçilərin iştirak etdiyi iki böyük insident yaşanıb. Bu ilin mayında Yaponiya polisi 20 yaşlı Rina Simabururo adlı yapon qızı öldürməkdə şübhəli sayılan 32 yaşlı amerikalı Kennet Franklini həbs edib. Bundan sonra sərxoş amerikalı zabitin idarə etdiyi avtomobil qəzaya yol açıb. Hazırda Okinava adasında ABŞ hərbi bazasındakı 30 min hərbçi də daxil olmaqla, 50 min amerikalı var. Bu ada 1972-ci ilə qədər ABŞ-ın işğalı altında olub, indi də adanın 20 faizi amerikalı hərbçilərin nəzarətindədir.xeber100.com

İyun 19, 2016 8:45

Liviya parlamentinin sədri səfərbərlik elan edib

Ölkənin şərqinə nəzarət edən Liviya parlamentinin sədri, Silahlı Qüvvələrin rəhbəri Aqil Saleh İsa ölkədə ümumi səfərbərlik elan edib. Apa-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, Tobruk şəhərində yerləşən hökumətin rəhbərliyi ilə Silahlı Qüvvələr hazırda Benqazi və Acdabiya şəhərlərinə nəzarət edən “Əl-Qaidə” və İŞİD terror qruplaşmalarına qarşı fəal əməliyyatlar aparır. A. S. İsa Silahlı Qüvvələrin Baş Qərargah rəisi Abdel-Razaka an-Nazurinin Aralıq dənizi sahili regionunun hərbi hökumətinin rəhbəri təyin edilməsi barədə də sərəncam imzalayıb. Benqazi və Acdabiya şəhərləri də bu regiondadır. Xatırladaq ki, bu il martın 31-də baş nazir Fayez as-Saracın rəhbərliyi ilə milli razılıq hökuməti fəaliyyətə başlayıb. 2014-cü ildə seçilmiş və ölkənin şərqində hakimiyyətini qoruyan parlament hökuməti dəstəkləməyib və hökumət hələ də ölkənin bütövlüyünü bərpa edə bilməyib.xeber100.com

İyun 19, 2016 8:30

“Sunday Times” qəzeti yazır…

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ölkə iqtisadiyyatı üçün çox ağır nəticələr yaradacaq. Bu fikri Britaniyanın Baş naziri Devid Kemeron “Sunday Times” qəzetinə müsahibəsinə bildirib. Baş nazir ölkənin Avropa İttifaqından çıxmasının tərəfdarı olan konservatorlar Maykl Qouvu və Boris Consonu təşviqat kampaniyası zamanı həqiqətə uyğun olmayan bəyanatlar səsləndirməkdə günahlandırıb. Xatırladaq ki, Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı referendum iyunun 23-də keçiriləcək.xeber100.com

İyun 19, 2016 6:15

Elektron bəyannamənin yeni sistemi işə salınır

Avstraliyada vergi xidməti 1999-cu ildən fəaliyyətdə olan “e-tax” onlayn platforma üzərindən vergi bəyannamələrinin təqdim edilməsini dayandırıb. Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, indi bu sistemi “myTax” əvəz edəcək. Yeni sistem vergi sənədləşməsini əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan yaradır. Bu sistemin əsas üstünlüklərindən biri də mobil cihazlardan və planşetlərdən istifadə imkanı yaratmasıdır. Ölkənin vergi xidmətindən qeyd olunub ki, 1999-cu ildən “e-tax” sisteminə alışmış ödəyicilər müəyyən çətinliklər çəkəcəklər. Lakin onlar yeni sistemə keçdikdə vergi sənədləşməsi üçün itirdikləri vaxt minimuma enəcək.xeber100.com

İyun 18, 2016 9:16
    Page 265 of 299« First«...102030...263264265266267...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az