Terrorçu PKK qruplaşmasına 20-yə yaxın ölkə silahla dəstək verir.
Bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, terrorçu PKK-nın Türkiyədə uşaqları, qadınlar və başqa dinc sakinləri öldürdüyü silahların çoxu Rusiya, keçmiş SSRİ-nin siyasi-ideoloji blokuna aid Şərqi Avropa ölkərləri və Çində istehsal olunub. Bir qisim silah-sursat isə ABŞ, Almaniya, Britaniya, İtaliya və İspaniya silah şirkətlərinin - hərbi sənayesinin məhsullarıdır. (report)
Terrorçuların Türkiyədə partlayışlar törətdiklər plastik partılayıcılar isə Portuqaliyada istehsal edilib. Bundan başqa, PKK silahlılarının əlində İran-İraq müharibəsi zamanından qaldığı iddia edilən partlayıcı maddə və qurğular da var.
"SA" ("Yer-Hava"), "SAM-7", "Strela", "İqla" tipli raketlər başda Rusiya və Ermənistan olmaqla, Şərqi Avropa bloku ölkələri, İran də Suriya istehsalıdır.xəbər100