Tacikistan parlamentinin aşağı palatası hazırkı prezident Emomali Rahmonun ömürlük prezident olmasına imkan verən Konstitusiyaya dəyişikliklərini qəbul edib. “ASİA-Plus”un məlumatına görə, eyni şəxsin bu ali vəzifəyə 2 dəfədən artıq seçilməsini qadağan edən norma "Sülhün və milli birliyin banisi - millət lideri" İmomali Rahmonun xeyrinə ləğv olunub. Deputatlar dəyişikliklərin mətnini Konstitusiya Məhkəməsinə göndəriblər. Konstitusiya Məhkəməsinin yekun qərarından sonra ümumxalq referendumu təyin ediləcək. Dəyişikliklərdə həmçinin prezidentlik postuna namizədlər üçün yaş senzinin 30-a endirilməsi də nəzərdə tutulur.