Yaponiya hökuməti fövqəladə vəziyyəti müzakirə etməyi planlaşdırır

Yaponiya hökuməti fövqəladə vəziyyət rejiminin ləğvi məsələsini hər həftə mütəxəssislərlə müzakirə etməyi planlaşdırır.Azərtac xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyatın Bərpa naziri Nişimura Yasutoşi məlumat verib.Həmçinin koronavirusla mübarizəyə cavabdeh olan N.Yasutoşi Yaponiyanın nəhəng işgüzar assosiasiyalarının liderləri və prefekturaların nümayəndələri ilə keçirilən telekonfrans zamanı onları insanlar arasında təmasları azaltmaq yolu ilə koronavirusun yayılmasının qarşısını almaq üçün işbirliyinə çağırıb.Nazir əlavə olaraq bildirib ki, o, mayın 14-də və 21-də fövqəladə vəziyyət rejiminin aradan qaldırılması, hər bir prefekturada iqtisadi və ictimai fəaliyyətin bərpası məqsədilə məhdudiyyətlərin yumşaldılması üçün mütəxəssislərin rəyini dinləyəcək.Bu zaman koronavirusa yoluxanların sayı, yerli səhiyyə sisteminin vəziyyəti və virus testlərinin miqdarı kimi göstəricilər əsas götürüləcək. Bu məsələlərlə əlaqədar rəqəmlərin rəsmi nümayəndələr tərəfindən təqdim ediləcəyi bildirilir.Əlavə olaraq qeyd edək ki, mayın 7-də yerli vaxtla saat 11:30-a olan son məlumatlara əsasən, Yaponiyada koronavirusa yoluxanların sayı 16 min 189 nəfər təşkil edib. Onlardan 5 min 569 nəfərin sağaldığı, 590 nəfərin isə öldüyü bildirilir. Bununla yanaşı, 312 nəfərin vəziyyətinin çox ağır olduğu vurğulanır.xeber100.com

May 7, 2020 9:41

ABŞ senatorları fəaliyyətlərini tam bərpa ediblər

Pandemiya səbəbindən iş yerlərini tərk etmiş ABŞ senatorları infeksiyanın yayılması ilə bağlı təhlükəyə baxmayaraq, beş həftəlik fasilədən sonra bazar ertəsi günü fəaliyyətlərini tam bərpa ediblər.Azərtac Amerika KİV-lərinə istinadla xəbər verir ki, respublikaçıların nəzarətində olan Konqresin yuxarı palatasının müvəqqəti sədri Çak Qrassli iclasın başladığını elan edib.Senatorlar zalda tibbi maska və əlcəkdə, bir-birindən iki metr aralı əyləşməlidir. Onların üzərinə köməkçilərinin sayını müvəqqəti ixtisar etmək, həmçinin müntəzəm həkim müayinəsindən keçmək öhdəliyi qoyulub. Qanunvericilər çıxış etməzdən əvvəl maskalarını çıxarırlar. Ötən beş həftədə Senat təcili qaydada tam tərkibdə yalnız xəstəliyin yayılması ilə əlaqədar iqtisadi tədbirlər paketini təsdiqləmək üçün toplaşıb.Bununla yanaşı, demokratların çoxluq təşkil etdiyi Nümayəndələr palatasının qanunvericiləri işə növbəti həftə qayıdacaqlar. Konqresin aşağı palatasının spikeri Nensi Pelosi bildirib ki, bu qərar baş müalicə həkimi ilə məsləhətləşmələrdən sonra qəbul olunub.Senatın işini bu məqamda bərpa etməsi birmənalı qarşılanmayıb. Ekspertlərin narahatlığı Amerika senatorlarının orta yaşının 60-dan yuxarı olması səbəbindən qanunvericilərdən bir çoxunun infeksiyaya həssaslığı ilə bağlıdır.Pandemiyanın statistikasını aparan Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da indiyədək koronavirusa 1,17 milyon yoluxma və 68 mindən çox ölüm faktı qeydə alınıb.xeber100.com

May 5, 2020 9:33