05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Krit adası yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib

Afina Seysmologiya Laboratoriyasının məlumatına əsasən, Krit adası yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Xaniya şəhərindən 74 kilometr qərb istiqamətində dənizdə 30 kilometr dərinlikdə baş verib.Azərtac xəbər verir ki, təkanlar Afinada da hiss olunub. Xəsarət alanlar barədə məlumat yoxdur.xeber100.com

Noyabr 27, 2019 12:56

Vikinqlər dövrünə aid insan məskəni və gəmi aşkar edilib

Norveçin qərb hissəsindəki Edoya adasında yerləşən kilsə yaxınlığında Norveç Mədəni İrsin Tədqiqatları İnstitutunun arxeoloqları tərəfindən aparılan arxeoloji qazıntı işləri zamanı vikinqlər dövrünə aid olması ehtimal edilən insan məskəninin və gəminin qalıqları aşkar edilib.Azərtac xəbər verir ki, bu ərazidə arxeoloji tədqiqatlar tarixi izləri aşkar etməyə imkan verən ən yeni georadar texnologiyalarından istifadə edilməklə aparılıb.Edoya adasındakı kəşf ilə arxeoloqlar tərəfindən bu il Yelestadda aşkar edilmiş tapıntı arasında xeyli oxşarlıq var. Hər iki gəmi torpağın üst qatından bir az aşağıda yerləşirdi, Orada əvvəl kurqan olub. Georadar məlumatlarında diametri 18 metr olan kurqanın mərkəzində gəminin 13 metr uzunluğunda kili aydın görünür. Arxeoloqlar vurğulayırlar ki, gəminin nə vaxt inşa olunmasını dəqiq təyin etmək mümkün deyil, amma, bununla belə, onlar əmindirlər ki, gəminin yaşı 1000-dən çoxdur.xeber100.com

Noyabr 26, 2019 1:16

Böyük Britaniyanın Baş Naziri seçki manifestini açıqlayıb

Böyük Britaniyanın Baş Naziri Boris Conson Qərbi Midlandsdakı Şropşir əyalətində çıxışı zamanı Mühafizəkarlar Partiyasının seçki manifestini açıqlayıb.Azərtac xəbər verir ki, seçkiyə 18 gün qalmış açıqlanan 59 səhifəlik manifestdə partiyanın Brexiti yekunlaşdıracağı və yeni ölkə qurulacağı vəd olunur.O, çıxışında səhiyyə sahəsində dəyişiklik olacağına və 50 min tibb işçisinin işə başlayacağını vəd edib.Conson immiqrasiya sisteminə nəzarətin gücləndiriləcəyinə, gəlir vergisi, milli sığorta və Əlavə Dəyər Vergisi (ƏDV) dərəcələrinin artırılmayacağını da qeyd edib.Qeyd edək ki, Leyboristlər, Liberal Demokratlar və Yaşıllar (The Green) partiyaları öz manifestolarını ötən həftə açıqlayıblar.xeber100.com

Noyabr 25, 2019 2:25

“BeiDou” naviqasiya sisteminin növbəti iki peyki orbitə çıxarılıb

Çin “BeiDou” naviqasiya sisteminin növbəti iki peykini orbitə çıxarıb.Azərtac xəbər verir ki, sistemin 50-ci və 51-ci peykləri Siçanq kosmik mərkəzindən “Long March-3B” raketdaşıyıcısı ilə buraxılıb. Buraxılış yerli vaxtla səhər 8:55-də baş tutub. Təxminən 3 saatdan sonra peyklər nəzərdə tutulan orbitə çatıblar.Bu, "Long March" raketdaşıyıcılarının 319-cu buraxılışı olub.Qeyd edək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “BeiDou” peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. “BeiDou” sistemi dünyada GPS (ABŞ), “GLONASS” (Rusiya) və “Galileo”dan (“Avropa İttifaqı) sonra 4-cü naviqasiya sistemidir. Orbitdə “Beidou” sisteminin formalaşdırılmasının 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.xeber100.com

Noyabr 23, 2019 5:26

UNESKO Baş Konfransının 40-cı sessiyasında

UNESKO Baş Konfransının 40-cı sessiyasında Polşa bu təşkilatın İcraiyyə Şurasının üzvü seçilib.Azərtac xəbər verir ki, bundan sonra Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü olaraq təşkilatın gələcək simasını müəyyən edəcək islahatlarla bağlı qərar qəbuletmə prosesində iştirak edəcək.İcraiyyə Şurası UNESKO-nun konstitusiya qanununa uyğun olaraq yaradılan üç qurumundan biridir. Bu, təşkilatın proqramı və büdcəsinin icrasına nəzarət edən və bütün müvafiq qərarlar üzrə nəticələri araşdıran ən vacib hökumətlərarası orqandır. Şura dördillik müddətə seçilən 58 ölkədən ibarətdir.xeber100.com

Noyabr 22, 2019 1:42

Avropa İttifaqı Şurası viza rejimini sadələşdirəcək

Avropa İttifaqı Şurası Belarusla viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalamağa hazır olması qərarını açıqlayıb.Azərtac xəbər verir ki, sənəd Aİ-nin rəsmi jurnalının saytında yerləşdirilib.Qərarın mətnində deyilir: “Bu sənədə əsasən, Aİ adından Belarus Respublikası ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişi imzalamağa icazə verilir”.Qeyd edək ki, Belarus və Avropa İttifaqı daha əvvəl viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalamağı planlaşdırıblar. Aİ-nin Belarus nümayəndəliyinin başçısı Andrea Viktorin bildirib ki, viza rejiminin sadələşdirilməsi haqqında sazişin mətninə dair bütün razılaşmalar artıq əldə olunub.xeber100.com

Noyabr 18, 2019 7:07

Belarus parlamentinə seçkilərdə vaxtından əvvəl səs verilib

Belarus parlamentinin nümayəndələr palatasına (aşağı palata) seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib.BelTA agentliyi xəbər verir ki, bu barədə məlumat şənbə günü Belarus Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Növbədənkənar səsvermə noyabrın12-də başlayıb və bu gün başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39, 41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28, 56 faiz) qeydə alınıb.Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır. Nümayəndələr palatasına deputat seçkiləri noyabrın 17-də keçiriləcək. Palatada 110 yerə 513 namizəd iddia edir. Ölkənin 6,8 milyon sakini seçki hüququna malikdir.xeber100.com

Noyabr 16, 2019 10:28

İtaliya hökuməti fövqəladə vəziyyət elan edib

İtaliya hökuməti Venesiyada baş vermiş sel ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib. Yağan yağışlar və Adriatik dənizinin səviyyəsinin artması səbəbindən şəhəri su basaraq təhlükəli vəziyyət doğurub.Azərtac xəbər verir ki, İtaliyanın Baş Naziri Cüzeppe Konte şəhərdə vəziyyətin ciddi nəzarətə götürülməsi və ortaya çıxa biləcək xərclər üçün büdcədən 20 milyon avro ayrılması barədə göstəriş verib. Şəhərə əlavə xilasedici qüvvələr cəlb olunub. Evlərini su basmış əhaliyə hər ev üçün əlavə 5 min avro da yardım ediləcək.Mütəxəssislərin proqnozlarına əsasən, suyun səviyyəsi qalxmaqda davam edəcək.xeber100.com

Noyabr 15, 2019 1:53

İranda növbəti parlament seçkiləri keçiriləcək

İranda növbəti parlament seçkiləri gələn ilin fevral ayının 21-də keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib. O, seçki məntəqəsinin açılışında bildirib ki, dekabr ayının 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacaq.Xatırladaq ki, İranda namizədlərin qeydiyyatı, seçkiyə hazırlıq və seçkilərin keçirilməsi ölkənin Daxili İşlər Nazirliyi tərəfindən reallaşdırılır.xeber100.com

Noyabr 11, 2019 2:35

Kyodo agentliyinin məlumatı əsasında…

Noyabrın 9-da Yaponiyanın “Kansay” aeroportunun uçuş-enmə zolaqları ərazidə uçan drona görə növbəti dəfə bağlanıb.Azərtac xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.Xatırladaq ki, bu, həftə ərzində baş verən ikinci belə hadisədir. Belə ki, noyabrın 7-dən 8-nə keçən gecə beynəlxalq aeroportun operatoru naməlum uçan obyektə görə uçuş-enmə zolaqlarını bağlamaq məcburiyyətində qalmışdı. Həmin gün təqribən 30 reys ya təxirə salınmış, ya da digər aeroportlara yönəldilmişdi.Bildirilir ki, aeroportun təhlükəsizlik xidmətinin polislə birlikdə apardığı araşdırmalar hələlik heç bir nəticə verməyib. Eyni zamanda, həmin gün aeroportun təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi qərara alınıb.Qeyd edək ki, “Kansay” aeroportu “Narita” və “Haneda” aeroportlarından sonra Yaponiyanın üçüncü ən böyük beynəlxalq aeroportudur.xeber100.com

Noyabr 9, 2019 8:39
    Page 62 of 299« First«...102030...6061626364...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az