Sentyabrın 25-də Nyu-Yorkda Yaponiya və ABŞ arasında ticarət müqaviləsi imzalanıb.Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Yaponiyanın Baş Naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp müqaviləni təsdiq etdikdən sonra birgə bəyanat imzalayıblar.Müqaviləni yüksək qiymətləndirən Ş.Abe deyib: “Müqavilə qüvvəyə mindikdən sonra, o şübhəsiz ki, ABŞ iqtisadiyyatına yapon investisiyalarının artırılmasına və ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirməyə imkan yaradacaq. Əminəm ki, müqavilə həm Yaponiya, həm də ABŞ üçün faydalı olacaq”.ABŞ Prezidenti D.Tramp isə deyib: “Yaponiya tərəfi ABŞ-ın mal əti, donuz əti, buğda, pendir, qarğıdalı, şərab və digər məhsullarına tarifləri əhəmiyyətli dərəcədə azaldıb və ya tamamilə ləğv edib. Bu, ABŞ fermerləri, maldarları və əkinçiləri üçün böyük qələbədir, mənim üçün isə xüsusi əhəmiyyətə malikdir”.Müqavilənin şərtlərinə görə, Yaponiya Trans-Sakit okean Tərəfdaşlığı müqaviləsində müəyyən edilmiş göstəriciləri aşmamaq şərti ilə öz bazarını ABŞ-ın kənd təsərrüfatı məhsulları üçün açır.Yaponiya ABŞ-ın mal əti üçün gömrük rüsumunu indiki 38,5 faizdən 9 faizədək azaldacaq. ABŞ-ın donuz ətinə olan rüsumlar da azaldılacaq.xeber100.com