05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Parlament seçkiləri Konstitusiya günü baş tutacaq

Danimarkada parlament seçkiləri keçiriləcək.Trend-in məlumatına görə, seçkilər ölkənin Milli bayramı günü - Konstitusiya günü baş tutacaq.Ümumilikdə 13 partiyadan 900-dən çox namizəd 179 mandat üçün mübarizə aparacaq. İctimai rəy sorğuları göstərir ki, sol mərkəz blokunun mandatın əksəriyyətini əldə etməyə daha çox şansı var.Seçki məntəqələri yerli vaxtla saat 9:00-da açılacaq.Səsvermə saat 20:00-a kimi davam edəcək.xeber100.com

İyun 5, 2019 3:04

Yunanıstanda parlament seçkilərinin tarixi təsdiqlənib

Yunanıstan Baş naziri Aleksis Tsipras iyunun 10-da Yunanıstan prezidenti Prokop Pavlopulosdan parlamenti ləğv etməsini və 7 İyulda vaxtından əvvəl seçkilərin keçirilməsini xahiş edəcəyini təsdiq edib.Trend-in məlumatına görə, bu barədə Yunanıstan baş naziri "ERT" televiziyasında müsahibəsində bildirib.A.Tsipras deyib ki, ölkənin hakim partiyası "SİRİZA", "Yeni demokratiya" müxalifət partiyasına məğlub olduğu Avropa Parlament seçkilərindən sonra demokratiya prinsipləri vaxtından əvvəl seçkilərin keçirilməsini tələb edir.A.Tripras qeyd edib ki, seçkilər iyunun 7-də keçiriləcək:"Mən, iyunun 10-da Yunanıstan Prezidenti ilə görüşüb parlamentin ləğvi və vaxtından əvvəl seçkilərin təyin edilməsini xahiş edəcəm".Baş nazir əlavə edib ki, o istefaya getmir.xeber100.com

İyun 5, 2019 12:43

Çin hökuməti vətəndaşlarına xəbərdarlıq edib

Çin hökuməti öz vətəndaşlarına ABŞ-a turist kimi səfər etməklə əlaqədar xəbərdarlıq edib.Azərtac xəbər verir ki, Çinin Mədəniyyət və Turizm Nazirliyi ölkə vətəndaşlarını Birləşmiş Ştatlarda son vaxtlar baş verən silahlı hücumlar, soyğunçuluq və oğurluq hallarını xatırladaraq, bu ölkəyə səfər etməzdən əvvəl mümkün riskləri nəzərə almağa çağırıb.Nazirlik çinli turistləri səfərdən əvvəl gedəcəyi yer haqqında təhlükəsizlik vəziyyəti və qanunlar barədə ətraflı məlumat toplamağı, səyahət zamanı öz təhlükəsizlikləri məsələsində sayıq olmağı tövsiyə edib.Qeyd edək ki, iyunun 3-də Çinin Təhsil Nazirliyi öz vətəndaşlarını təhsil almaq və elmi işlər üçün ABŞ-da səfər etməklə bağlı risklər barədə xəbərdar etmişdi. Bütün bunlar son aylar iki ölkə arasında müşahidə olunan soyuq münasibətlərin fonunda baş verir.xeber100.com

İyun 4, 2019 3:26

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində daha çox 4 partiyanın üzvləri deputat mandatı qazanacaqlar.Azərtac xəbər verir ki, bu barədə Ukraynanın 3 yerli sosial mərkəzinin birgə keçirdiyi rəy sorğusunda qeyd edilir.Sorğuya əsasən, Vladimir Zelenskinin partiyası olan “Xalqın xidmətçisi” daha çox 40,9 faiz səs toplayıb. “Müxalifət platforması” 11,1 faiz, sabiq Prezident Petro Poroşenkonun yeni yaratdığı “Avropa həmrəyliyi” partiyası 10,5 faiz, Ukraynanın sabiq Baş Naziri Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” partiyası isə 9,3 faiz səs qazana bilib.Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri oktyabr ayında keçirilməli idi. Lakin Prezident Vladimir Zelenski parlamentin buraxılması barədə fərman imzalayıb və növbədənkənar parlament seçkiləri iyulun 21-nə təyin olunub.xeber100.com

İyun 3, 2019 3:29

Yunanıstanda seçkilərin ikinci mərhələsi keçiriləcək

Yunanıstanda bu gün yerli hakimiyyət orqanlarına seçkilərdə ikinci mərhələsi keçiriləcək.Trend-in məlumatına görə, seçki məntəqələri yerli saat ilə 07:00-dan 19:00-dək açıq olacaq.Bundan sonra ekzitpolların ilkin nəticələri açıqlanacaq.Seçkilər zamanı ümumilikdə ölkənin 13 bölgə və 332 bələdiyyəsinin başçıları seçiləcək.Merlər, qubernatorlar, bələdiyyə və regional şuraların üzvləri 4 il müddətinə seçilir.xeber100.com

İyun 2, 2019 2:24

“BFMTV” telekanalının məlumatına görə…

Fransada "sarı jiletlər" hərəkatının ötən gün keçirilən növbəti aksiyasında təxminən 9,5 min insan iştirak edib.Trend-in "BFMTV" telekanalına istinadən verdiyi məlumata görə, ölkənin paytaxtında aksiyada təxminən 1,5 min insan iştirak edib.Ötən həftə keçirilən aksiyaya ölkə üzrə 12,5 min, paytaxtda isə 2,1 min etirazçı qoşulmuşdu.Təşkilatçıların sözlərinə görə, isə Fransa üzrə aksiyalara 23,6 min insan qoşulub.xeber100.com

İyun 2, 2019 2:15

“Apple” korporasiyası “iTunes”dan imtina etməyə hazırlaşır

"Apple" korporasiyası "iTunes"dan tam olaraq imtina etməyə hazırlaşır.Trend-in məlumatına görə, proqram "macOS 10.15"lin çıxması ilə birgə musiqi, televiziya və podkastlar üçün tətbiqlə əvəzlənəcək."Bloomberg" yazır ki, bu qərar tam olaraq "Apple"in strategiyasına uyğundur, çünki "iTunes"siz istifadəçilər öz qadjetləri ilə "Music" tətbiqi vasitəsi ilə idarə edə biləcəklər.ehtimal olunur ki, şirkət rəhbəri Tim Kuk iyunun 3-də "WWDS 2019" konfransında dəyişikliklər barədə elan edəcək.xeber100.com

İyun 1, 2019 9:58

ABŞ-ın Havay ştatının səhiyyə departamenti xəbərdarlıq edib

ABŞ-ın Havay ştatının səhiyyə departamenti turistlərə təhlükəli qurdla bağlı xəbərdarlıq edib.Trend-in məlumatına görə, son dövrlərdə bir neçə nəfərdə beyinə daxil olan parazit qurd aşkar edilib.Qeyd olunur ki, bu cür qurdlar ilbizlərin orqanizmində inkişaf edir. Yoluxmuş ilbizlə qidalandıqda bu, insanda eozinofil meningitə səbəb ola bilər.Bu xəstəliyə yoluxma ilə bağlı say açıqlanmasa da, ildən-ilə artdığı deyilir.xeber100.com

May 31, 2019 6:46

Növbədənkənar parlament seçkilərinin tarixi müəyyənləşib

Yunanıstan hökumətinin təmsilçisi Dimitris Tsanakopulos bildirib ki, ölkədə parlament seçkiləri iyulun 7-də keçiriləcək. O deyib ki, Baş Nazir Aleksis Tsipras iyulun 7-si tarixini məhz ona görə seçib ki səsvermə, universitetlərə qəbul imtahanları ilə üst-üstə düşməsin.Qeyd edək ki, Baş naziri Aleksis Tsiprasın rəhbərlik etdiyi Sol Radikal Qüvvələrin Koalisiyası Partiyası (SİRİZA) Avropa Parlamentinə seçkilərdə müxalif Yeni Demokratiya Partiyasından az səs toplayıb. Bundan sonra Aleksis Tsipras tezliklə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı bəyanat yayıb.xeberr100.com

May 30, 2019 2:44

Böyük Britaniyada 5G xidməti fəaliyyətə başlayıb

Böyük Britaniyanın altı şəhərində 5G xidməti fəaliyyətə başlayıb.London, Kardiff, Belfast, Edinburq, Birminqam və Mançester gələcək nəsil texnologiyasından faydalana biləcək ilk şəhərlərdir.İnternetin sürətini 4G-dən bir neçə dəfə daha sürətli təklif etməsi gözlənilən 5G yalnız seçilmiş bir neçə telefonda fəaliyyət göstərəcək. Samsung, LG və HTC bu firmaların arasındadır.İlin sonuna kimi 5G Bristol, Qlazqo, Liverpul, Nottingem, Leyster kimi bölgələrdə və 1500-dən çox iş yerində də fəaliyyətə başlayacaq.xeber100.com

May 30, 2019 2:39
    Page 77 of 299« First«...102030...7576777879...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az