23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Apple” korporasiyası “iTunes”dan imtina etməyə hazırlaşır

"Apple" korporasiyası "iTunes"dan tam olaraq imtina etməyə hazırlaşır.Trend-in məlumatına görə, proqram "macOS 10.15"lin çıxması ilə birgə musiqi, televiziya və podkastlar üçün tətbiqlə əvəzlənəcək."Bloomberg" yazır ki, bu qərar tam olaraq "Apple"in strategiyasına uyğundur, çünki "iTunes"siz istifadəçilər öz qadjetləri ilə "Music" tətbiqi vasitəsi ilə idarə edə biləcəklər.ehtimal olunur ki, şirkət rəhbəri Tim Kuk iyunun 3-də "WWDS 2019" konfransında dəyişikliklər barədə elan edəcək.xeber100.com

İyun 1, 2019 9:58

ABŞ-ın Havay ştatının səhiyyə departamenti xəbərdarlıq edib

ABŞ-ın Havay ştatının səhiyyə departamenti turistlərə təhlükəli qurdla bağlı xəbərdarlıq edib.Trend-in məlumatına görə, son dövrlərdə bir neçə nəfərdə beyinə daxil olan parazit qurd aşkar edilib.Qeyd olunur ki, bu cür qurdlar ilbizlərin orqanizmində inkişaf edir. Yoluxmuş ilbizlə qidalandıqda bu, insanda eozinofil meningitə səbəb ola bilər.Bu xəstəliyə yoluxma ilə bağlı say açıqlanmasa da, ildən-ilə artdığı deyilir.xeber100.com

May 31, 2019 6:46

Növbədənkənar parlament seçkilərinin tarixi müəyyənləşib

Yunanıstan hökumətinin təmsilçisi Dimitris Tsanakopulos bildirib ki, ölkədə parlament seçkiləri iyulun 7-də keçiriləcək. O deyib ki, Baş Nazir Aleksis Tsipras iyulun 7-si tarixini məhz ona görə seçib ki səsvermə, universitetlərə qəbul imtahanları ilə üst-üstə düşməsin.Qeyd edək ki, Baş naziri Aleksis Tsiprasın rəhbərlik etdiyi Sol Radikal Qüvvələrin Koalisiyası Partiyası (SİRİZA) Avropa Parlamentinə seçkilərdə müxalif Yeni Demokratiya Partiyasından az səs toplayıb. Bundan sonra Aleksis Tsipras tezliklə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı bəyanat yayıb.xeberr100.com

May 30, 2019 2:44

Böyük Britaniyada 5G xidməti fəaliyyətə başlayıb

Böyük Britaniyanın altı şəhərində 5G xidməti fəaliyyətə başlayıb.London, Kardiff, Belfast, Edinburq, Birminqam və Mançester gələcək nəsil texnologiyasından faydalana biləcək ilk şəhərlərdir.İnternetin sürətini 4G-dən bir neçə dəfə daha sürətli təklif etməsi gözlənilən 5G yalnız seçilmiş bir neçə telefonda fəaliyyət göstərəcək. Samsung, LG və HTC bu firmaların arasındadır.İlin sonuna kimi 5G Bristol, Qlazqo, Liverpul, Nottingem, Leyster kimi bölgələrdə və 1500-dən çox iş yerində də fəaliyyətə başlayacaq.xeber100.com

May 30, 2019 2:39

Latviyada prezident seçkiləri açıq səsvermə yolu ilə keçirilib

Mayın 29-da Latviya Seymində ölkənin yeni Prezidentini seçmək üçün səsvermə keçirilib.Azərtac xəbər verir ki, 61 səslə Egil Levits Latviyanın Prezidenti seçilib.İqtidar tərəfindən namizədliyi irəli sürülmüş Egil Levits Avropa İttifaqının hakimlərindən biri olub. O, həmçinin Latviya Konstitusiyasının girişinin müəllifidir.Səsvermə Latviya tarixində ilk dəfə olaraq açıq şəkildə keçirilib.xeber100.com

May 29, 2019 3:45

Avropa Parlamentinə seçkilərin ilkin nəticələri açıqlanıb

Bolqarıstanda Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrinə görə, QERB (Bolqarıstanın Avropa İnkişafı üçün Vətəndaşlar) partiyası 30,77 faiz, BSP (Bolqarıstan Sosialist Partiyası) 25,01 faiz, DPS (Ədalət və Azadlıq Hərəkatı) 13,73 faiz, BMPO 8,06 faiz, Demokratik Bolqarıstan Partiyası 6,9 faiz səs əldə edib.Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yekun nəticələr protokollar tam hesablandıqdan sonra mayın 29-da açıqlanacaq.xeber100.com

May 27, 2019 2:43

Belçikada keçirilən parlament seçkilərində

Ötən bazar günü keçirilən parlament seçkilərində “Vlaams Belang” partiyasından olan ultrasağçı qüvvələr Belçikanın flamanddilli əyalətlərində ikinci yerdə olublar. Bu, ölkə tarixində ilk dəfə baş verib.Azərtac xəbər verir ki, partiyanın lideri Tom Van Qriken bu qələbə münasibətilə söylədiyi nitqində tərəfdarlarına deyib: “bu, xalqın seçimi idi və xalqın rəyi hər şeydən üstündür”.Qriken öz tərəfdaşlarını rəqiblərinin məğlubiyyətinə gülməməyə çağırıb: “İltifatlı olun, axı ikinci yer də gözəl qələbədir”.“Bu, “Qara bazar günü” deyil, yeni ümidlər verən bazar günüdür. Biz millətin taleyi üçün məsuliyyəti öz üzərimizə götürürük”, - deyə Qriken bildirib.xeber100.com

May 27, 2019 2:41

Bu gün səsvermənin əsas mərhələsi keçiriləcək

Bu gün Avropa İttifaqında (Aİ) Avropa Parlamentinə seçkilərdə səsvermənin əsas mərhələsi keçiriləcək.Trend-in məlumatına görə, Avropa İttifaqına daxil olan 7 ölkənin (Niderland, Böyük Britaniya, İrlandiya, Çexiya, Slovakiya, Latviya və Malta) vətəndaşları 23-25 may tarixlərində artıq səs veriblər.Bu gün səsvermə digər 21 ölkədə keçiriləcək. Səsvermənin nəticələri mayın 26-sı axşam saatlarında elan ediləcək.Avropa Parlamentinə növbəti müddət üçün (2019-2024) 751 deputat seçiləcək. Hər ölkədən deputatların sayı əhalinin sayına görə təyin edilib. Ən çox deputat mandatı Almaniyada - 96, ən az isə Kipr, Malta və Lüksemburqdadır - 6.xeber100.com

May 26, 2019 4:26

Tokionun şərqində güclü zəlzələ baş verib

Tokionun şərqində Tiba prefekturasında güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, Yaponiya Milli Meteoroloji Xidməti yeraltı təkanların 5,1 bal gücündə qeydə alındığını bildirib.Zəlzələ 40 km dərinlikdə olub. Təkanların Tokioda da hiss olunduğu deyilir.Dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.Sunami xəbərdarlığı edilməyib.xeber100.com

May 25, 2019 9:09

Avropa Parlamentinə seçkilərdə səsvermə başlayıb

Latviyada bu gün saat 07:00-da Avropa Parlamentinə (AP) seçkilərdə səsvermə başlayıb.Ölkə ərazisində olan 958 və xaricində yerləşən 444 seçki məntəqəsi saat 20:00-a qədər açıq olacaq.Mərkəzi Seçki Komissiyası gün ərzində saat 08:00-dan, 12:00-dan, 16:00-dan 20:00-dan sonra seçicilərin sayı barədə məlumat verəcək.Latviyada Avropa Parlamentinə seçkilərdə ilkin nəticələri Mərkəzi Seçki Komissiyası, 26-27 May tarixləri arasında gecə yarısı elan edəcək.xeber100.com

May 25, 2019 9:05
    Page 78 of 299« First«...102030...7677787980...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az