03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Növbədənkənar prezident seçkilərinə 25 milyon dollar ayrılıb

Qazaxıstan hökuməti ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri üçün təxminən 9,4 milyard təngə (25 milyon ABŞ dolları) ayırıb. Seçkilər üçün məbləğin Qazaxıstan Respublikası Hökumətinin ehtiyat fondundan ayrılması haqqında qətnamə qəbul edilib.Qeyd edək ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün Maliyyə Nazirliyinə 12 milyard təngənin (31,5 milyon dollar) ayrılması ilə əlaqədar müraciət etmişdi.xeber100.com

Aprel 15, 2019 1:11

“Ai Everything” Ümumdünya Sammiti keçirilməsi planlaşdırılır

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hökumətin, biznesin və cəmiyyətin gələcəyi məsələlərinə dair qlobal dialoq imkanlarını genişləndirmək məqsədilə süni intellektə həsr edilmiş “'Ai Everything” Ümumdünya Sammiti keçirilməsi planlaşdırılır.Azərtac WAM informasiya agentliyinə istinadla xəbər verir ki, birinci “'Ai Everything” forumu bu il aprel ayında Dubaydakı Dünya Ticarət Mərkəzində keçiriləcək. BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay hökmdarı şeyx Məhəmməd bin Rəşid Al Maktumun himayəsi ilə keçiriləcək ikigünlük tədbirdə bu sahədə dünya liderləri toplaşacaqlar. Onlar idarəetmənin və biznesin əsaslarını müəyyən etmək, dünyada xoşbəxt cəmiyyət yaratmaq mövzusunda müzakirələr aparacaqlar.xeber100.com  

Aprel 15, 2019 1:09

Fövqəladə vəziyyət və komendant saatı ləğv olunub

Sudanda fövqəladə vəziyyət və komendant saatı ləğv olunub.Trend-in məlumatına görə, bu barədə ölkənin müvəqqəti hərbi şurasının yeni başçısı Əbdelfəttah Əl-Burhan deyib. "Fövqəladə vəziyyət və komendant saatının ləğv olunmasını elan edirəm", - deyə Əl-Burhan bildirib.O, həmçinin, qeyd edib ki, şuranın fəaliyyətdə olacaq dövr ən çoxu 2 il təşkil edəcək. Əl-Burhan şuranın hakimiyyəti mülki hökumətə ötürmək öhdəliyini də vurğulayıb.xeber100.com

Aprel 13, 2019 7:13

Prezident seçkilərində akkreditasiya tarixləri müəyyənləşdirilib

Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərində iştirak edəcək beynəlxalq müşahidəçilər üçün akkreditasiya tarixlərini müəyyənləşdirib.Azərtac xəbər verir ki, qərar Qazaxıstan MSK-nın geniş tərkibli iclasında qəbul edilib.Qazaxıstanda növbədənkənar prezident seçkilərində iştirak edəcək beynəlxalq müşahidəçilər və media nümayəndələri üçün akkreditasiya cari il aprelin 10-da başlayacaq və iyunun 3-də başa çatacaq.Bildirilib ki, xarici KİV nümayəndələrinin ölkənin Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olunması barədə vəsiqəsi olduğu halda onlar seçkiləri müşahidə edə bilərlər.xeber100.com

Aprel 12, 2019 2:05

Təhsil sistemindəki dəyişikliklərə qarşı etiraz aksiyası keçirilir

Yunanıstanda müəllimlər 24 saatlıq tətil edirlər. Azərtac xəbər verir ki, Yunanıstan Orta Məktəblərin Müəllimlər Birliyi (OLME) tərəfindən təşkil olunan tətil ali təhsil sistemində nəzərdə tutulan dəyişikliklərə qarşı etiraz aksiyasıdır. Tətil Afina, Saloniki və digər şəhərləri əhatə edib. Müəllimlər və şagirdlər bildirirlər ki, yeni dəyişikliklərə əsasən təhsil alanların üzərinə daha çox ağırlıq düşəcək və dövlət ali təhsil müəssisələrinə qəbul çətinləşəcək.xeber100.com

Aprel 12, 2019 1:59

Sakit okean sahillərində 6 bal gücündə zəlzələ olub

Aprelin 11-də Yaponiyanın Sakit okean sahillərində 6 bal gücündə zəlzələ olub. Azərtac Yaponiya Baş Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar Hönşü adasının şimal-şərqində və Hokkaydo adasının cənubunda hiss olunub.Zəlzələnin ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

Aprel 11, 2019 12:57

Parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

İsrailin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.Milli.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.Məlumata görə, səslərin 96 faizinin hesablanmasından sonra İsrail baş naziri Benyamin Netanyahunun hakim "Likud" partiyası müxalifətin "Kaxol-Lavan" mərkəzçi blokunu cüzi fərqlə üstələyir.Netanyahunun partiyası beləcə Knessetdə 37 mandat qazanıb. Benni Qansın (Benny Gantz) başçılıq etdiyi müxalifət bloku isə 36 deputatla parlamentdə təmsil olunacaq.Bundan əvvəl yayılan ekzit-pol nəticələri isə Qansın qələbə çalacağı ehtimallarını artırmışdı. İlkin nəticələr açıqlanmazdan əvvəl hər iki partiya lideri tərəfdarları qarşısında öz qələbələrini elan etmişdi.xeber100.com

Aprel 10, 2019 11:48

BMT təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım edib

BMT İranda baş verən təbii fəlakət nəticəsində zərər çəkənlərə 1,42 milyon dollar yardım edib.Azərtac xəbər verir ki, bu sözləri BMT-nin İrandakı rezident əlaqələndiricisi Uqoçi Daniels deyib. O bildirib ki, BMT sel zamanı evlərini itirmiş insanlara humanitar yardım şəklində dava-dərman, isti paltar, içməli su, çadır və digər ləvazimatlardan əlavə, İrana 1,42 milyon dollar həcmində pul da verib.İran hökuməti bu vəsaiti fəlakət bölgəsində evlərin və infrastrukturun bərpasına yönəldəcək.xeber100.com

Aprel 9, 2019 1:41

Əlcəzair parlamenti dövlət başçısının adını açıqlayıb

Əlcəzair parlamentinin yuxarı palatası - Millət Şurası ölkənin müvəqqəti dövlət başçısının adını açıqlayıb. Sabiq Prezident Əbdüləziz Buteflikanın istefasından sonra keçid dövründə ölkəyə rəhbərlik Əbdülkader Bensalehə həvalə olunub.Reuters agentliyi xəbər verir ki, parlamentarilər bu qərarı ölkə Konstitusiyasının 102-ci maddəsi əsasında qəbul ediblər. Həmin maddəyə görə, dövlət başçısının istefası və ya ölümü baş verdikdə, parlamentin spikeri 90 gün müddətində - yeni seçkilər keçirilənə qədər keçici olaraq dövlət başçısının seçilməsi üçün qanunverici orqanın aşağı və yuxarı palatalarını toplaya bilər.Sessiyada parlamentin hər iki palatasından 470 deputat iştirak edib və onların hamısı Bensalehin namizədliyini dəstəkləyib.xeber100.com

Aprel 9, 2019 1:39

Avtobus marşrutları reyslərində irimiqyaslı əməliyyat keçirilib

Belçikanın iri şəhərlərinin polisi beynəlxalq avtobus marşrutları reyslərində reydlər aparır.Azərtac xəbər verir ki, şənbə günü Antverpendə beynəlxalq avtobus daşıyıcılarından istifadə edən sərnişinlərin baqajının və şəxsiyyətinin yoxlanılması ilə bağlı irimiqyaslı polis əməliyyatı həyata keçirilib. Axtarışlar narkotik maddə daşınmasının aşkarlanmasına istiqamətlənib. Yoxlanılmış 171 nəfər sərnişindən 41-də narkotik maddələr aşkarlanıb. Bu isə onların təxminən dörddəbiri deməkdir!Sərnişinlərin əksəriyyətində viza və ya ölkədə müvəqqəti yaşamağa icazə sənədi etibarlı olmayıb. Reydlər zamanı axtarışda olan 3 nəfər də tutulub.xeber100.com

Aprel 8, 2019 2:27
    Page 84 of 299« First«...102030...8283848586...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az