03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Brexit”lə əlaqədar referendum keçirilməsi üçün imza toplanıb

Böyük Britaniyada “Brexit”lə əlaqədar ikinci referendumun keçirilməsi üçün 1,5 milyon imza toplanıb.Azərtac xəbər verir ki, bununla əlaqədar ölkənin Nazirlər Kabinetinə ərizələr göndərilib.“Independent” qəzetinin başlatdığı “Son söz” kampaniyasında 1 milyon 75 min, “Xalqın səsi” kampaniyasında isə 337 min imza toplanıb.Səsvermənin nəticələri eks təhsil naziri Castin Qrininq, Liberal Demokrat Partiyasının lideri Vins Keybl və İşçi Partiyasından deputat Çuk Umuna tərəfindən təqdim olunub.Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə Baş nazir Tereza Meyin təklif etdiyi saziş dekabrın 11-də parlamentdə səsverməyə çıxarılacaq. Həmin sənəd dekabrın 5-dən etibarən beş iş günü ərzində müzakirə olunacaq.xeber100.com  

Dekabr 5, 2018 1:31

France-Presse agentliyinin məlumatına görə…

Fransanın Baş naziri Eduar Filipp “sarı jiletlər”in etiraz aksiyaları fonunda benzinin vergisinin artırılmasına moratorium qoymağa hazırlaşır.France-Presse agentliyi xəbər verir ki, Baş nazir dekabrın 4-də “İrəli, Respublika” partiyasının deputatlarına ölkənin icra hakimiyyətinin qərarını elan edəcək. Moratorium bir neçə ay qüvvədə qalacaq və “digər barışıq tədbirləri ilə müşayiət olunacaq”.Bununla yanaşı, BFMTV telekanalı “sarı jiletlər”in problemin həlli yollarını müzakirə etmək üçün Eduar Filipplə görüşdən imtina etdikləri barədə məlumat yayıb.Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən “sarı jiletlər” hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Ötən şənbə günü Parisin mərkəzi küçələrində keçirilən etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında şiddətli toqquşmalarla müşayiət olunub. Fransa paytaxtını bürüyən iğtişaşlar nəticəsində 412 nəfər saxlanılıb, 133 nəfər, o cümlədən 23 polis əməkdaşı yaralanıb.xeber100.com

Dekabr 4, 2018 3:01

Birləşmiş Millətlər Təşkilatının hesabatında

Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturuna daxil olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında bildirilir ki, hazırda dünyada müasir quldarlığın müxtəlif təzahürlərinin qurbanına çevrilən 40 milyona yaxın insan var.Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu qurbanları zorakılıq, aldatma və hakimiyyət səlahiyyətlərindən sui-istifadə yolu ilə qula çevirirlər. Vurğulanır ki, onların 42 faizini “seks sənayesində” köləliyə cəlb olunmuş qızlar və qadınlar, 58 faizini isə “kölgə iqtisadiyyatının” müxtəlif sahələrində işləyənlər təşkil edir.BƏT bu hallarla mübarizə aparmaq üçün Məcburi Əmək haqqında Protokol hazırlayıb və bu sənəd 2016-cı ilin noyabrında qüvvəyə minib. Protokolda nəzərdə tutulan tədbirlər quldarlıqla effektiv mübarizədə mühüm rol oynayır. Bundan başqa, BƏT “Azadlıq uğrunda 50” kampaniyası çərçivəsində sənədə imza atmayan əlli dövləti də Protokola qoşulmağa çağırır.Beynəlxalq Qul Əməyi ilə Mübarizə Günü dekabrın 2-də qeyd olunur. 1949-cu ilin həmin günü BMT-nin Baş Assambleyası tərəfindən insan ticarəti ilə mübarizə haqqında Konvensiya qəbul olunub.xeber100.com

Dekabr 3, 2018 1:05

Avropa İttifaqı Statistika Bürosunun məlumatı

Fransa vergilərin artırılmasının səviyyəsinə görə Avropa İttifaqında birinci yerdədir.Avropa İttifaqı Statistika Bürosunun (Eurostat) məlumatına görə, ötən il Fransa vergi yükü üzrə (ümumi daxili məhsulun 48,4 faizi) birinci, Belçika (47,3 faizi) ikinci, Danimarka (46,5 faizi) isə üçüncü yerdə olub. İrlandiya məcburi vergi ödəmə yükünə görə (23,5 faiz) ən gəlirli ölkədir.Sosial ödəmələr Fransada 18,8 faiz təşkil edir. Bu göstərici Avropa İttifaqında orta hesabla 13,3 faizdir. Avropa İttifaqının 28 üzv ölkəsindən 15-də vergi yükü artıb, digər 13-də isə azalıb. Hazırda ölkədə yanacaq vergisinin əhəmiyyətli dərəcədə artmasına qarşı etiraz aksiyaları davam edir.

Noyabr 30, 2018 3:38

Turist vizalarının ləğv edilməsi məsələsi müzakirə edilir

Rusiya və İran arasında turist vizalarının ləğv edilməsi məsələsi müzakirə edilir.RİA Novosti agentliyi xəbər verir ki, bu barədə İranın energetika naziri və Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri Reza Ardakaian məlumat verib.R. Ardakaian deyib: “Biz turist vizalarının ləğv edilməsi barədə razılığa gəlmişik. İndi yalnız bu məsələ ilə əlaqədar imzalanmış sənədlərin icrasını reqlamentləşdirmək lazımdır”.Həmin reqlamentin hazırlanması bir-iki ay davam edə bilər.xeber100.com

Noyabr 29, 2018 3:45

Prezident seçkilərinin ikinci turu davam edir

Gürcüstanda prezident seçkilərinin ikinci turu davam edir. Seçici fəallığı saat 12:00 üçün 19,6 faiz təşkil edib.Azərtac xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze məlumat verib.O deyib ki, seçkilərin birinci turunun eyni göstəricisi ilə müqayisədə seçici fəallığı daha yüksəkdir. Seçkilərin oktyabrın 28-də keçirilmiş birinci turunda saat 12:00 üçün seçici fəallığı 15,95 faiz olub.xeber100.com

Noyabr 28, 2018 3:02

Birləşmiş Millətlər Təşkilatının yeni hesabatında…

BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin yeni hesabatında bildirilir ki, 2017-ci ildə öldürülən təxminən 87 min qadının yarısından çoxu öz partnyorları və ya ailə üzvləri tərəfindən qətlə yetirilib.Azərtac xəbər verir ki, təşkilatın dəyərləndirməsinə görə, hesabat dövründə bütün dünyada təxminən 50 min qadın öldürülüb. Bu, hər gün 137, hər saat isə 6 qadının qətlə yetirilməsi deməkdir.“Qətl qurbanlarının böyük əksəriyyətinin kişilər olmasına baxmayaraq, gender bərabərsizliyi, ayrı-seçkilik və neqativ stereotiplərin nəticəsi hələ də qadınlara baha başa gəlir”, - deyə idarənin icraçı direktoru Yuri Fedotov dərc olunmuş hesabata daxil edilən bəyanatda bildirir.Hesabat Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə dərc edilib. Tədqiqatların nəticəsi, həmçinin göstərir ki, Afrika və Amerika qitəsində yaşayan qadınlar öz partnyorları və ailə üzvləri tərəfindən qətlə yetirilmə riskinə daha çox məruz qalırlar.xeber100.com

Noyabr 27, 2018 12:56

Çexiyanın Maliyyə Nazirliyinin proqnozlarına görə…

Çexiyanın Maliyyə Nazirliyinin proqnozlarına görə, gələn il çex iqtisadiyyatının avrozona ölkələri səviyyəsində 85 faizə çatması ilə əlamətdar olacaq.Azərtac xəbər verir ki, ölkənin ötən il üçün göstəricisi 83 faiz olub, cari ildə isə 84 faiz həddinə çatmaq nəzərdə tutulur. Əgər artım tempi qorunub saxlanılarsa, 2019-cu ildə Çexiya bu göstəriciyə bir faiz də əlavə edə bilər.Bundan başqa, ölkədə qiymətlərin səviyyəsi də artır. 2017-ci ildə ölkənin orta göstəriciləri avrozona səviyyəsinin 66 faizini təşkil edib, 2019-cu ildə isə bu rəqəmin 71 faizə çatacağı gözlənilir.xeber100.com

Noyabr 26, 2018 11:19

6,4 bal gücündə zəlzələ baş verib

İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə zəlzələ baş verib. İlkin məlumata görə, zəlzələ nəticəsində azı 70 nəfər xəsarət alıb.AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Tehran Universitetinin geofiziki seysmoloji mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:07-də qeydə alınıb. Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.xeber100.com

Noyabr 26, 2018 11:15

İsveçrə Konfederasiyasında növbəti referendum keçirilib

Noyabrın 26-da İsveçrə Konfederasiyasında növbəti referendum keçirilib.İsveçrə Xalq Partiyasının (SVP) təşəbbüsü ilə milli hüququn beynəlxalq hüquqdan üstünlüyünü təsbit etməli olan qanun layihəsi əhali tərəfindən rədd edilib. Partiyanın apardığı kampaniyada İsveçrənin beynəlxalq saziş, müqavilə və konvensiyalarla bağlı müstəqil qərar verməsi, eləcə də beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qərarlarda beynəlxalq hüquq deyil, milli hüququn üstün tutulması tələb olunurdu. Kampaniyanın konkret hədəfləri sırasında Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarlara İsveçrənin tabe olmaması hüququnun referendumla təsdiqlənməsi idi. Lakin səsvermədə iştirak edən əhalinin 67 faizi bu təşəbbüsə mənfi cavab verib.Eyni zamanda, əhali bir qrup təşəbbüsçü tərəfindən referenduma çıxarılan və fermerlərə buynuzlu mal-qara saxlamağa görə dövlət tərəfindən subsidiya verilməsi təklifini əks etdirən məsələyə də mənfi münasibət göstərib və səsvermədə iştirak edənlərin 54 faizi bu qanun layihəsinin əleyhinə səs veriblər.xeber100.com

Noyabr 26, 2018 11:12
    Page 99 of 299« First«...102030...979899100101...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az