11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Uikomb” klubu yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq

İngiltərənin “Uikomb” futbol klubu yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.Azərtac xəbər verir ki, komanda İngiltərə birinci liqasının pley-off mərhələsinin finalında “Oksford Yunayted”i məğlub edərək (2:1), Çempionşipə vəsiqə qazanıb.“Uikomb” 133 illik klub tarixində ilk dəfə Çempionşipə yüksəlib.xeber100.com

İyul 15, 2020 10:36

İspaniya La Liqasının 36-cı turunun son oyunu keçirilib

İyulun 13-də futbol üzrə İspaniya La Liqasının 36-cı turunun son oyunu keçirilib.Azərtac xəbər verir ki, turun son oyununda “Real Madrid” klubu səfərdə “Qranada” komandasının qonağı olub.“Nuevo Los Carmenes” stadionunda keçirilən görüş Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 2:1.“Kral” klubun heyətində Ferland Mendi, Kərim Benzema fərqləniblər. “Qranada”nın yeganə qolunu isə Darvin Macis vurub.Bu qələbədən sonra xal ehtiyatını 83-ə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyini davam etdirir. “Qranada” isə 50 xalla 10-cu yerdədir.xeber100.com

İyul 14, 2020 9:02

Türkiyə çempionatının 32-ci turunun üçüncü gün qarşılaşmasında

İyulun 13-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun üçüncü gün qarşılaşmasında "Başakşəhər" səfərdə "Konyaspor"un qonağı olub.Azərtac xəbər verir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri istanbulluları 4:3 hesabı ilə məğlub ediblər.Günün digər görüşündə isə turnir cədvəlində ikinci pillədə qərarlaşan "Trabzonspor" səfərdə "Dənizlispor"a minimal fərqlə uduzub -2:1. "Yeni Malatyaspor" isə doğma divarlar arasında "Beşiktaş"la bacarmayıb 0:1. "Kasımpaşa" isə öz meydanında "Rizəspor"u sınağa çəkib. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib. "Kayserispor" – "Qaziantep" görüşündə isə qalib müəyyənləşməyib -1:1.Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 57 xalla üçüncü, "Beşiktaş" klubu isə 56 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Qalatasaray" (52 xal), "Alanyaspor" (51 xal), "Fənərbağça" (50 xal) və digər komandalar gəlir.xeber100.com

İyul 14, 2020 9:00

Beynəlxalq Voleybol Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Voleybol Federasiyası (BVF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.Azərtac BVF-yə istinadla xəbər verir ki, hesabında 127 reytinq xalı olan qadın voleybolçulardan ibarət milli komandamız mövqeyini qoruyub. Millimiz 26-cı pillədə qərarlaşıb.Siyahıya 391 xalla Çin voleybolçuları başçılıq edirlər. İlk üçlüyü ABŞ (382 xal) və Braziliya (328) yığmaları tamamlayır.xeber100.com

İyul 14, 2020 8:57

“Barselona” futbol klubu əsas formasını ictimaiyyətə təqdim edib

İspaniyanın “Barselona” futbol klubu yeni mövsüm üçün əsas formasını ictimaiyyətə təqdim edib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, “Barselona”nın 2020/2021-ci il mövsümü üçün formasında dəyişiklik olmayıb.xeber100.com  

İyul 14, 2020 8:54

“Sabah” futbol klubunda yeni təyinatlar həyata keçirilib

Bakının “Sabah” futbol klubunda yeni təyinatlar həyata keçirilib.Azərtac klubun saytına istinadla xəbər verir ki, Ramin Quliyev klubun idman direktoru vəzifəsinə təyin edilib. Futbolçu karyerası ərzində “Bakı”, “Olimpik”, “Standart”, “Şəfa”, “Neftçi” və “Qəbələ” klublarında çıxış etmiş R.Quliyev, Azərbaycan millisinin də üzvü olub. O, ötən ilin oktyabrından “Sabah”da məşqçi kimi çalışırdı.Ukraynalı məşqçi Qleb Platov baş məşqçinin köməkçisi, ispaniyalı mütəxəssis Xesus Pinedo isə fiziki hazırlıq üzrə məşqçi təyin olunub.Platov karyerası ərzində “Dinamo”nun (Kiyev, Ukrayna) gənclərdən ibarət komandasında, Qətərin U-23 milli komandasında və “Aspire “Akademiyası”nda məşqçi kimi çalışıb.xeber100.com

İyul 13, 2020 7:45

Türkiyə birinci liqasında qalib müəyyənləşib

Türkiyə birinci liqasında mövsümün sonuna bir tur qalmış qalib müəyyənləşib.Azərtac xəbər verir ki, 33-cü turda “Hatayspor” çempionluğunu rəsmiləşdirib. Sözügedən komanda səfərdə “Adanaspor”u 2:1 məğlub etməklə buna nail olub.Qeyd edək ki, 1967-ci ildə yaranan “Hatayspor” ilk dəfə Superliqaya vəsiqə qazanır.xeber100.com

İyul 13, 2020 7:43

Milli Hokkey Liqasında draft mərasiminin vaxtı müəyyənləşib

Milli Hokkey Liqasında növbəti mövsüm üçün draft mərasiminin vaxtı müəyyənləşib.Azərtac liqanın saytına istinadla xəbər verir ki, mərasim oktyabrın 9-10-da keçiriləcək.Mərasim adəti üzrə adi qaydada yox, onlayn formatında təşkil olunacaq.xeber100.com

İyul 13, 2020 7:41

İspaniya La Liqasına yüksələn ilk klubun adı məlum olub

Sequndanın bitməsinə 2 tur qalmış İspaniya La Liqasına yüksələn ilk klubun adı məlum olub.Azərtac xəbər verir ki, Sequndaya 40 turdan sonra 69 xalla liderlik edən “Kadiz” liderliyi təmin edib.“Hueska” 64 xalla ikinci, “Saraqosa” isə 62 xalla üçüncüdür.Qeyd edək ki, “Kadiz” sonuncu dəfə 2005-2006-cı il mövsümündə La Liqada çıxış edib.xeber100.com

İyul 13, 2020 7:38

“Çelsi” futbol klubu “Şeffild Yunayted” komandasının qonağı olub

İyulun 11-də futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, "Çelsi" klubu səfərdə "Şeffild Yunayted" komandasının qonağı olub. “Bramall Lane” stadionunda keçirilən görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. “Şeffild Yunayted”in heyətində David Makqoldrik (2) və Oliver Makburni fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 54-ə çatdıran “Şeffild Yunayted” turnir cədvəlində 6-ci yerə yüksəlib. “Çelsi” isə 60 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com

İyul 12, 2020 7:49
    Page 266 of 831« First«...102030...264265266267268...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az