03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə 34-cü turun növbəti oyunu keçirilib

İyulun 7-də futbol üzrə 34-cü turun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, “Mançester Siti” klubu öz meydanında “Nyukasl Yunayted” komandasını qəbul edib.Görüş Mançester təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.“Şəhərli”lərin heyətində Qabriel Jesus, Riyad Mahrez, David Silva, Rahim Sterlinq və Federiko Fernandes (avtoqol) fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 69-a çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci yerini qoruyub. “Nyukasl Yunayted” 43 xalla 13-cü yerdə qərarlaşıb.Günün digər görüşlərində “Şeffild Yunayed” öz meydanında “Volverhemton”ı (1:0), “Börnli” isə səfərdə “Vest Ham Yunayted”i məğlub edib (1:0).Günün son görüşündə çempionluğunu vaxtından əvvəl təmin etmiş “Liverpul” səfərdə “Brayton”un qonağı olacaq.xeber100.com

İyul 8, 2020 10:43

“Verder” futbol klubunun hücumçusu karyerasını bitirib

Almaniyanın “Verder” futbol klubunun hücumçusu Klaudio Pisarro karyerasını bitirib.Azərtac xəbər verir ki, 41 yaşlı futbolçu qərarını “Haydenhaym”la pley-off oyunundan (2:2) sonra açıqlayıb.Qeyd edək ki, Peru millisinin sabiq üzvü “Çelsi” və “Bavariya” kimi klubların da şərəfini qoruyub.xeber100.com

İyul 7, 2020 10:06

Beynəlxalq Velosipedçilər İttifaqı dünya çempionatını ləğv edib

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) velosiped idmanının BMX növü üzrə 2020-ci ildə keçirilməsi planlaşdırılan dünya çempionatını ləğv edib.Azərtac xəbər verir ki, bu barədə UCI-nin mətbuat xidməti məlumat yayıb. Yarış mayın 26-dan 31-dək Amerikanın Hyuston şəhərində keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən turnir əvvəlcə qeyri-müəyyən vaxta təxirə salınsa da, təşkilatçılar dünya çempionatı üçün alternativ tarix müəyyənləşdirə bilmədiklərindən çempionat ləğv olunub.Qeyd edək ki, BMX üzrə növbəti dünya çempionatı 2021-ci ilin avqustun 20-dən 25-dək Hollandiyada keçiriləcək.xeber100.com

İyul 7, 2020 10:02

İspaniya La Liqasının 34-cü turunun növbəti oyunu keçirilib

İyulun 5-də futbol üzrə İspaniya La Liqasının 34-cü turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, çempionluğa iddialı “Barselona” səfərdə “Villareal”ı qəbul edib.Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.Kataloniya təmsilçisinin heyətində Luis Suares, Antuan Qrizman, Ansu Fati və Pou Torres (avtoqol) fərqləniblər. “Villyareal”ın təsəlli qoluna Jerard Moreno imza atıb.Bu qələbə sayəsində “Barselona” aktivinə 73 xal yazaraq lider “Real Madrid”dən dörd xal geri qalır. “Villyareal” isə 54 xalla 5-ci yerdə qərarlaşıb.xeber100.com

İyul 6, 2020 6:17

Yüksək Liqada 2019/2020-ci il mövsümünə yekun vurulub

Futzal üzrə Yüksək Liqada 2019/2020-ci il mövsümünə yekun vurulub. “Araz” 15 dəfə hamıdan güclü olub.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb. Bu, sayca 27-ci ölkə çempionatı idi. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odur ki, ilk çempionat 1993-cü ilin payızında təşkil olunub.xeber100.com

İyul 6, 2020 6:15

“Azərreyl” klubu heyətini gücləndirməkdə davam edir

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.Azərtac xəbər verir ki, avrokubokda oynayacaq yeganə Azərbaycan təmsilçisi bu dəfə amerikalı hücumçu Naya Krittendeni rənglərinə bağlayıb.Voleybolçu ilə 1 mövsümlük müqavilə imzalanıb. Son mövsümü İsveçrənin “Franş-Montan” klubunda oynayan Krittenden Azərbaycana gələnədək daha 2 ölkədə legioner həyatı yaşayıb. O, 2016-2017-ci il mövsümündə İtaliyanın “Kazerta”, növbəti ildə isə Macarıstanın “Budapeşt” klublarının şərəfini qoruyub.Qeyd edək ki, “Azərreyl” daha öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova, millimizin üzvləri Tovuz Ələkbərova, Kseniya Pavlenko və Valeriya Kondratyeva ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Kazmier Braun, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib.xeber100.com

İyul 6, 2020 6:12

“Barselona” klubu “Fənərbağça”nın basketbolçusunu transfer edəcək

“Barselona” klubu “Fənərbağça”nın basketbolçusu Yan Veselını transfer etməyi planlaşdırır.Azərtac xəbər verir ki, katalonlar çexiyalı forvarda bu günlərdə komandanı tərk edən Ante Tomiçin əvəzləyicisi gözü ilə baxırlar. Elə çexiyalı basketbolçu da “Fənərbağça”nı maliyyə sıxıntılarına görə tərk etmək istəyir. Məsələ ondadır ki, növbəti mövsüm üçün İstanbul klubunun büdcəsi azaldılacaq. Artıq bunu əsas gətirərək komandanın baş məşqçisi Jelko Obradoviç və forvardı Luici Datome İstanbulu tərk edib. Belə vəziyyətdə “Fənərbağça” 2,5 milyon avro məvacib alan Veselının tələblərini qarşılaya bilmir. Yaxın günlərdə Nando De Kolo və Kostas Slukasın da “Fənərbağça”dan ayrılacağı gözlənilir.xeber100.com

İyul 6, 2020 6:10

“Real Madrid” futbol klubu “Atletik Bilbao” klubunun qonağı olub

İyulun 4-də futbol üzrə İspaniya La Liqasının 34-cü turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, lider “Real Madrid” səfərdə “Atletik Bilbao” klubunun qonağı olub.“San Mames Barria” stadionunda keçirilən görüş madridlilərin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.Oyunda yeganə qolun müəllifi 73-cü dəqiqədə Serxio Ramos olub.Bu qələbə sayəsində “Real Madrid” xal ehtiyatını 77-ə çatdıraraq turnir cədvəlində əsas izləyici “Barselona”dan 7 xal irəli keçib. “Atletik Bilbao” isə 48 xalla 8-ci yerdə qərarlaşıb.Qeyd edək ki, “Barselona” axşam saat 00:00-da səfərdə “Villyareal” klubunun qonağı olacaq.xeber100.com

İyul 5, 2020 9:51

Rusiya Premyer Liqasının 26-cı turunun növbəti oyunu keçirilib

İyulun 4-də futbol üzrə Rusiya Premyer Liqasının 26-cı turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, lider “Zenit” səfərdə “Krasnodar” klubunun qonağı olub.Görüş Peterburq təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.Bu qələbə sayəsində “Zenit” turnir cədvəlində “Lokomotiv” komandasını 13 xal qabaqlayaraq sona 4 tur qalmış çempion adi qazanıb.Bu “Zenit”in tarixində 6-cı çempionluğudur.xeber100.com

İyul 5, 2020 9:48

“Chessable Masters” turnirində final mərhələsinin ikinci matçı oynanılacaq

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən “Chessable Masters” turnirində iyulun 4-də final mərhələsinin ikinci matçı oynanılacaq.Azərtac xəbər verir ki, M.Kalsen hollandiyalı Aniş Giri ilə qarşılaşacaq. Norveçli şahmatçı iyulun 3-də keçirilmiş birinci matçda hollandiyalı rəqibini məğlub edib.“Chessable Masters” M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Bu mərhələnin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.Beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin - “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.xeber100.com

İyul 4, 2020 10:26
    Page 268 of 830« First«...102030...266267268269270...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az