05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

İngiltərə Premyer Liqasının 31-ci turunun oyunu keçirilib

İyunun 24-də futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turunun bir neçə oyunu keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” öz meydanında “Kristal Palas” komandasını qəbul edib.Görüş Mersesayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.“Liverpul”un heyətində Trend Aleksander-Arnold, Məhəmməd Salah, Fabinyo və Sadio Mane fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 86-a çatdıran “Liverpul” liderliyini davam etdirir. “Kristal Palas” isə 42 xalla 9-cü yerdə qərarlaşıb.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Manmester Yunayted” - “Şeffild Yunayted” - 3:0; “Nyukasl Yunayted” - “Aston Villa” - 1:1; “Norviç Siti” - “Everton” - 0:1; “Volverhemton” - “Bormunt” - 1:0.xeber100.com

İyun 25, 2020 1:11

“Chessable Masters” yarışında dörddəbir final oyunları start götürəcək

İyunun 25-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsi — “Chessable Masters” yarışında dörddəbir final oyunları start götürəcək.Azərtac xəbər verir ki, yarışda M.Karlsen amerikalı Fabiano Karuana, rusiyalı şahmatçı Vladislav Artemiyev həmyerlisi Yan Nepomnyaşi, ABŞ-ın daha bir təmsilçisi Hikaru Nakamura çinli Liren Dinq, rusiyalı zəka ustası Aleksandr Qrişuk hollandiyalı Aniş Giri ilə görüşəcəklər.Qeyd edək ki, “Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yekun nəticəyə görə 4,5 xal toplayıb və beşinci yerdə qərarlaşıb. İlk dörd yeri tutan şahmatçılar isə dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.Xatırladaq ki, beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsi - “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələ - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.xeber100.com

İyun 25, 2020 1:08

“Borussiya Dortmund” futbol klubu yeni müqavilə imzalayıb

Almaniyanın “Borussiya Dortmund” futbol klubu idman direktoru Maykl Zorkla yeni müqavilə imzalayıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, onunla müqavilənin müddəti 2022-ci ilin yayınadək uzadılıb.Qeyd edək ki, M.Zork 1998-ci ildən Dortmund təmsilçisində idman direktoru vəzifəsində çalışır.xeber100.com

İyun 25, 2020 1:05

“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə imzalayıb.Qeyd edək ki, 27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran” və “Keşlə” klublarının formasını geyinib.“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlini transfer edib.xeber100.com

İyun 25, 2020 1:02

İspaniya Liqasının 31-ci turunun növbəti oyunu keçirilib

İyunun 23-də futbol üzrə İspaniya Liqasının 31-ci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Barselona” öz meydanında “Atletik Bilbao” komandasını qəbul edib.Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda yeganə qolun müəllifi 74-ci dəqiqədə İvan Rakitiç olub. O, Lionel Messinin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Bu qələbədən sonra xal ehtiyatını 68-ə çatdıran Kataloniya təmsilçisi turnir cədvəlində müvəqqəti olsa da birinci pilləyə yüksəlib. Bir oyun az keçirən “Real Madrid” 65 xalla ikinci yerdədir.“Atletik Bilbao” (42 xal) 10-cu yerdə qərarlaşıb.xeber100.com

İyun 24, 2020 2:39

Ukrayna ikinci liqasının üç oyunu təxirə salınıb

Futbol üzrə Ukrayna ikinci liqasının üç oyunu təxirə salınıb.Azərtac xəbər verir ki, yarışın rəhbərliyi koronavirus pandemiyasının ölkədə geniş yayılması səbəbindən bu addımı atıb.İyunun 25-də keçirilməsi nəzərtə tutulan "Balkan" - "Çerkaşin", "Çernomorets" - "Volın" və iyulun 7-nə planlaşdırılan "Rux" - "Aqrobiznes" matçları təxirə düşüb.xeber100.com

İyun 24, 2020 2:37

Beynəlxalq Triatlon Şurası reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Triatlon Şurası qadın idmançıların növbəti Olimpiya reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kseniya Levskovskaya reytinq cədvəlində 967 xalla 106-cı pillədə qərarlaşıb. Yığmamızın digər üzvü Darina Moskalenko isə 336 xalla 147-ci yerdədir.Reytinq cədvəlinə ABŞ idmançısı Katya Zaferes liderik edir. İlk üçlüyü Böyük Britaniya təmsilçisi Corcia Teylor-Braun və ABŞ triatlonçusu Teylor Spivey qapayırlar.xeber100.com

İyun 24, 2020 2:34

“Neftçi” futbol klubu yeni transferlər etməyə hazırlaşır

Bəzi oyunçularla yollarını ayıran “Neftçi” yeni transferlər etməyə hazırlaşır. Bakı klubu bir neçə legioner ilə ilkin razılıq əldə edib.Azərtac xəbər verir ki, braziliyalı Tailsonla anlaşan “flaqman” daha 4 legioner futbolçunun yolunu gözləyir. Həmin legionerlərin yaxın günlərdə ölkəmizə gələcəyi gözlənilir.Qeyd edək ki, “Neftçi” Tural Axundov, Soni Mustivar, Vangelis Platellasla başa çatan müqavilələri uzatmayıb. Həmçinin Baqali Dabo və Dario Frederikonun da komandadan gedəcəyi gözlənilir.xeber100.com

İyun 24, 2020 2:30

Fransanın “Paris Sen-Jermen” futbol klubu məşqlərini bərpa edib

Fransanın “Paris Sen-Jermen” futbol klubu koronavirus pandemiyasının yaratdığı fasilədən sonra məşqləri bərpa edib.Azərtac xəbər verir ki, komandanın liderləri Neymar və Kilian Mbappe də daxil olmaqla, bütün heyət klubun bazasında toplaşıb.Qeyd edək ki, Fransada 2019-2020-ci il futbol mövsümü pandemiya səbəbindən vaxtından əvvəl başa çatdırılıb və PSJ qalib elan olunub.xeber100.com

İyun 23, 2020 1:25

Futbol üzrə İtaliya A Seriyasının 27-ci turuna start verilib

İyunun 22-də futbol üzrə İtaliya A Seriyasının 27-ci turuna start verilib.Azərtac xəbər verir ki, “Renato Dall Ara” stadionunda baş tutan görüşdə “Bolonya” klubu turnir cədvəlinin hazırkı lideri “Yuventus”u qəbul edib. Görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Matçda hesab birinci hissənin ortalarında açılıb. Qarşılaşmanın 23-cü dəqiqəsində Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə “Yuventus” azarkeşlərini sevindirib. Matçın 36-cı dəqiqəsində Paulo Dibala Turin klubunun hesabdakı üstünlüyünü artırıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.Qeyd edək ki, “Yuventus” 66 xalla A Seriyasının yarış cədvəlində birinci yerdədir. “Bolonya” isə 34 xalla 10-cu yerdə qərarlaşıb. Növbəti turda “Yuventus” öz meydanında “Leççe” ilə görüşəcək. “Bolonya” isə “Sampdoriya”nın qonağı olacaq.xeber100.com

İyun 23, 2020 12:43
    Page 272 of 830« First«...102030...270271272273274...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az