11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Fransanın “Paris Sen-Jermen” futbol klubu məşqlərini bərpa edib

Fransanın “Paris Sen-Jermen” futbol klubu koronavirus pandemiyasının yaratdığı fasilədən sonra məşqləri bərpa edib.Azərtac xəbər verir ki, komandanın liderləri Neymar və Kilian Mbappe də daxil olmaqla, bütün heyət klubun bazasında toplaşıb.Qeyd edək ki, Fransada 2019-2020-ci il futbol mövsümü pandemiya səbəbindən vaxtından əvvəl başa çatdırılıb və PSJ qalib elan olunub.xeber100.com

İyun 23, 2020 1:25

Futbol üzrə İtaliya A Seriyasının 27-ci turuna start verilib

İyunun 22-də futbol üzrə İtaliya A Seriyasının 27-ci turuna start verilib.Azərtac xəbər verir ki, “Renato Dall Ara” stadionunda baş tutan görüşdə “Bolonya” klubu turnir cədvəlinin hazırkı lideri “Yuventus”u qəbul edib. Görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Matçda hesab birinci hissənin ortalarında açılıb. Qarşılaşmanın 23-cü dəqiqəsində Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə “Yuventus” azarkeşlərini sevindirib. Matçın 36-cı dəqiqəsində Paulo Dibala Turin klubunun hesabdakı üstünlüyünü artırıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.Qeyd edək ki, “Yuventus” 66 xalla A Seriyasının yarış cədvəlində birinci yerdədir. “Bolonya” isə 34 xalla 10-cu yerdə qərarlaşıb. Növbəti turda “Yuventus” öz meydanında “Leççe” ilə görüşəcək. “Bolonya” isə “Sampdoriya”nın qonağı olacaq.xeber100.com

İyun 23, 2020 12:43

“Keşlə” futbol klubu yeni mövsümə ilk transferini reallaşdırıb

Paytaxtın “Keşlə” futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində ilk transferini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, komandamız müdafiəçi Tural Axundov ilə müqavilə imzalayıb.Karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” klublarında çıxış edən 32 yaşlı futbolçunun sonuncu klubu “Neftçi” olub.Topaz Premyer Liqasının 2019-2020-ci il mövsümündə 20 turdan sonra 30 xal toplayan “Keşlə” klubu çempionatı üçüncü pillədə başa vurub.xeber100.com

İyun 23, 2020 12:22

Beynəlxalq Triatlon Şurası reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Triatlon Şurası kişi idmançıların növbəti Olimpiya reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 2632 xalla 47-ci pillədə qərarlaşıb.Reytinq cədvəlinə ispaniyalı Mola Mario liderik edir. İlk üçlüyü Fransa təmsilçisi Vinsent Luis və avstraliyalı Cakob Bertvistl qapayırlar.xeber100.com

İyun 23, 2020 12:18

Türkiyə çempionatının XXVIII turu çərçivəsində

Futbol üzrə Türkiyə çempionatının XXVIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Qaziantep”i qəbul edib.Azərtac xəbər verir ki, gərgin keçən görüşdə tərəflər hər biri üç top vuraraq heç-heçə ediblər. “Qalatasaray”ın qollarını Radmel Falkao (36), Yunis Belhanda (40) və Sofian Fequli vurub. Qonaqların heyətində isə Papi Djilobodji (17), Patrik Tvumasi (78) və Aleksandru Maksim (90+14) fərqləniblər. Həmçinin meydan sahiblərinin heyətində Əhməd Çelik 56-cı dəqiqədə qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.Günün digər oyunlarında “Konyaspor” doğma divarlar arasında “Sivasspor”la heç-heçə edib - 2:2. “Fənərbağça” isə səfərdə “Kasımpaşa”ya 2:0 hesabı ilə uduzub.XXVIII tura iyunun 22-də “Alanyaspor” – “Trabzonspor” və “Antalyaspor” – “Rizəspor” görüşləri ilə yekun vurulacaq.Türkiyə çempionatında hazırda “Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. Ondan bir oyun az keçirmiş “Trabzonspor” 56 xalla ikincidir. "Sivasspor" 53 xalla üçüncü, “Qalatasaray” klubu isə 51 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Beşiktaş” (47 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (43 xal) və digər komandalar gəlir.xeber100.com

İyun 22, 2020 10:01

İspaniya La Liqasının 30-cu turunun oyunlarına yekun vurulub

İyunun 21-də futbol üzrə İspaniya La Liqasının 30-cu turunun oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyun günündə çempionluğa iddialı “Real Madrid” səfərdə “Real Sosyedad” komandasının qonağı olub.Görüş Madrid təmsilçilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı “Kral” klubu ikinci hissədə açıb. Qayda pozuntusuna görə hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Serxio Ramos dəqiq yerinə yetirib. Matçın 68-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirsələr də baş hakim VAR (videonəzarət) sisteminə baxdıqdan sonra qolu saymayıb. Qarşılaşmanın 71-ci dəqiqəsində “Real Madrid” hesab arasındakı fərqi iki topa çatdırıb. Kərim Benzema Federiko Valverdenin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Görüşün 83-cü dəqiqəsində meydan sahibləri qollardan birinin əvəzini çıxıb. Mikel Mirino adını tabloya yazdırıb. Qoldan sonra irəli atılan “Real Sosyedad” fərqlənməyə yaxın olsa da hesabı dəyişə bilməyib.Bu qələbədən sonra xal ehtiyatını 65-ə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib, “Real Sosyedad” isə 47 xalla 6-cı yerdə qərarlaşıb.xeber100.com

İyun 22, 2020 9:58

“Bavariya” futbol klubu Almaniya Bundesliqasının 33-cü turunda

Münxenin “Bavariya” futbol klubu Almaniya Bundesliqasının 33-cü turunda “Frayburq”u məğlub etməklə (3:1) rekorda imza atıb.Azərtac xəbər verir ki, Münxen təmsilçisi Bundesliqada ardıcıl 15 oyundur, qələbə qazanır. Bu, ölkə çempionatı üçün rekord göstəricidir.Qeyd edək ki, “Bavariya” Bundesliqada ötən tur çempionluğunu rəsmiləşdirib.xeber100.com

İyun 22, 2020 9:55

“Chessable Masters” turnirində növbəti beş turun oyunları keçiriləcək

İyunun 22-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən “Chessable Masters” turnirində A qrupunun növbəti beş turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, yarışda Maqnus Karlsen, amerikalı Hikaru Nakamura, rusiyalı şahmatçılar Vladislav Artemiyev, Daniel Dubov, Aleksandr Qrişuk, hindistanlı Pentala Harikrişna mübarizə aparacaqlar.A qrupunun ilk beş turunun oyunlarından sonra Vladislav Artemiyev 3,5 xalla liderdir.Azərbaycan şahmatçısı Teymur Rəcəbov turnirin B qrupunda mübarizə aparır. Şahmatçımız artıq qrupun 5 turunda iştirak edib. Onun aktivində 1,5 xal var.Bu yarış M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Seriya turnirinin birinci mərhələsi aprelin 18-dən mayın 3-dək keçirilib. “Magnus Carlsen Invitational” adlanan ilk turun qalibi norveçli dünya çempionu özü olub. Mayın 19-dan iyunun 3-dək keçirilmiş ikinci yarışda - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.Seriyanın dördüncü mərhələsi (Legends of Chess) iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək. Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.xeber100.com

İyun 22, 2020 9:51

“Neftçi” futbol klubu birinci transferini rəsmiləşdirib

Paytaxtın "Neftçi" futbol klubu 2020-2021-ci il mövsümü üçün birinci transferini rəsmiləşdirib.Azərtac xəbər verir ki, Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb. 23 yaşlı müdafiəçi “Neftçi”nin heyətində 2 nömrəli formanı geyinəcək.Qeyd edək ki, bunadək "Keşlə"də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış C.Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.xeber100.com

İyun 21, 2020 10:51

İngiltərə Premyer Liqasının 30-cu turunun növbəti oyunları keçirilib

İyunun 21-də futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “Çelsi” klubu səfərdə “Aston Villa” komandasının qonağı olub.Oyunda hesabı meydan sahibləri birinci hissəsinin (43-cü dəqiqə) sonlarında açıblar. Kortney Hause fərqlənib.Fasilədən sonra qonaqlar hesaba tarazlıq gətiriblər. Kristian Pulişiç cinah ötürməsindən sonra qapıya dəqiq zərbə vurub. Qoldan iki dəqiqə sonra “Çelsi” hesabda önə keçib. Olivye Jiru adını tabloya yazdırıb.Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.Bu qələbədən sonra xal ehtiyatını 51-ə çatdıran “Çelsi” turnir cədvəlində dördüncü yerini möhkəmlədib. “Aston Villa” isə 26 xalla 19-cu yerdə qərarlaşıb.Növbəti turda “Çelsi” son çempion “Mançester Siti”ni, “Aston Villa” isə “Volverhemton” klubunu qəbul edəcək.xeber100.com

İyun 21, 2020 10:48
    Page 274 of 831« First«...102030...272273274275276...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az