07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

İspaniya La Liqasının 29-cu turun sonuncu görüşü keçirilib

İyunun 18-də futbol üzrə İspaniya La Liqasının 29-cu turun sonuncu görüşü keçirilib.Azərtac xəbər verir ki, çempionluğa iddialı “Real Madrid” klubu doğma azarkeşlər önündə “Valensiya” komandasını qəbul edib.Görüş madridlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı meydan sahibləri qarşılaşmanın ikinci hissəsində açıb. Kərim Benzema Eden Azarın başladığı hücumu dəqiq zərbə ilə tamamlayıb. Qarşılaşmanın 74-cü dəqiqəsində Marko Asensio cinah ötürməsindən sonra qapıya dəqiq zərbə vurub. Matçın 87-ci dəqiqəsində Kərim Benzema yenidən fərqlənərək oyunda son nöqtəni qoyub. Oyunun son dəqiqələrində baş hakim “Valensiya” klubunun müdafiəçisi Kanq Leninə qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb.Bu qələbədən sonra “Real Madrid” xal ehtiyatını 62-yə çatdıraraq turnir cədvəlində ikinci, “Valensiya” isə 43 xalla 8-ci yerdə qərarlaşıb.Növbəti turda “Kral klubu” səfərdə “Real Sosyedad”, “Valensiya” isə öz meydanında “Osasuna” ilə qarşılaşacaq.Qeyd edək ki, turnir cədvəlinə 64 xalla “Barselona” başçılıq edir. Katalonyalılar ötən gün öz meydanında “Leqanes” komandasını məğlub ediblər (2:0).xeber100.com

İyun 19, 2020 2:29

Futzal üzrə “Avro-2022”nin təqvimi açıqlanıb

UEFA futzal üzrə “Avro-2022”nin təqvimini açıqlayıb.Azərtac xəbər verir ki, turnirin ilkin seçmə mərhələsinin pley-off oyunları bu il noyabrın 2-dən 11-dək keçiriləcək. Yarışın əsas qrup mərhələsinin oyunları dekabrın 6-dan gələn il aprelin 14-dək, pley-off qarşılaşmaları isə noyabrın 14-dən 17-dək təşkil olunacaq.XII Avropa çempionatına Niderland ev sahibliyi edəcək. Yarış 2022-ci il yanvarın 19-dan fevralın 6-dək keçiriləcək.xeber100.com

İyun 19, 2020 2:24

“Bavariya” müdafiəçisinə yeni müqavilə təklif etmək istəyir

Almaniyanın “Bavariya” klubu müdafiəçisi Alabaya yeni müqavilə təklif etmək istəyir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Münxen klubunun rəhbərliyi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb. İyirmi yeddi yaşlı avstriyalı futbolçuya 2024-cü ilədək yeni müqavilə təklif olunacaq.Qeyd edək ki, iyunun 17-də “Bavariya” 32-ci turda “Verder Bremen” üzərində minimal hesablı qələbə sayəsində vaxtından əvvəl Almaniya çempionu olub.xeber100.com

İyun 19, 2020 2:07

“Fənərbağça” klubu “Şaxtyor”un yarımmüdafiəçisini transfer edəcək

Türkiyənin “Fənərbağça” klubu Ukraynanın “Şaxtyor” komandasının yarımmüdafiəçisi Aleksandr Zubkovu transfer etməyə hazırlaşır.Azərtac xəbər verir ki, Superliqa təmsilçisi ukraynalı legioneri icarəyə götürmək istəyir. Cari mövsümü Macarıstanın “Ferensvaroş” klubunda icarə əsasında keçirən 23 yaşlı yarımmüdafiəçi mövsümün sonunda Donetsk təmsilçisinə geri dönəcək.Bir müddət əvvəl yarımmüdafiəçiyə Belçika təmsilçiləri “Genk” və “Gent” də elçi düşüb. İtaliyanın “Sampdoriya” komandası da onun xidmətində maraqlıdır.Qeyd edək ki, A.Zubkov cari mövsüm Macarıstan çempionu adına yiyələnib. Yarımmüdafiəçi “Ferensvaroş”un heyətində keçirdiyi 36 oyunda 9 qolun və 6 məhsuldar ötürmənin müəllifi olub.xeber100.com

İyun 19, 2020 2:00

“Atletiko Madrid” futbol klubunun qapıçısı yeni rekorda imza atıb

İspaniyanın “Atletiko Madrid” futbol klubunun qapıçısı Yan Oblak La Liqada yeni rekorda imza atıb.Azərtac xəbər verir ki, 27 yaşlı sloveniyalı qapıçı çempionatda 100-cü qolsuz oyununu keçirib.Y.Oblak bu nəticəyə ən tez çatan qapıçı adına yiyələnib. Sloveniyalı qolkiper 182-ci matçında 100-cü dəfə qapısını toxunulmaz saxlayıb.Qeyd edək ki, Oblak cari mövsümdə Madrid təmsilçisinin heyətində 38 matç keçirib.xeber100.com

İyun 18, 2020 1:09

Tennis üzrə ABŞ açıq çempionatının keçiriləcəyi elan edilib

Nyu-Yorkun qubernatoru Endryu Kuomo bu mövsüm tennis üzrə ABŞ açıq çempionatının keçiriləcəyini elan edib.Azərtac xəbər verir ki, turnir plana əsasən avqustun 31-də başlayacaq və sentyabrın 13-də yekunlaşacaq.Kuomo təşkilatçıların təhlükəsizliklə bağlı sərt tədbirlər görəcəyini də bildirib. Onun sözlərinə görə, tennisçilər turnir boyunca müntəzəm olaraq testdən keçəcək və onların qalacağı ərazi daim dezinfeksiya olunacaq. Onlara xüsusi nəqliyyat vasitəsi ayrılacaq və paltardəyişmə otağında sosial məsafə qaydası tətbiq ediləcək.N.Cokoviç başda olmaqla bəzi tennisçilər belə şərtlər altında çıxış etməyin əleyhinə olduqlarını bildiriblər.xeber100.com

İyun 18, 2020 1:07

Futzal üzrə “Avro-2022”nin təqvimi açıqlanıb

UEFA qadınlardan ibarət milli komandaların iştirakı ilə futzal üzrə “Avro-2022”nin təqvimini açıqlayıb.Azərtac xəbər verir ki, turnirin ilkin mərhələsinin görüşləri gələn il mayın 4-dən 9-dək, əsas mərhələsinin oyunları oktyabrın 19-dan 24-dək, final mərhələsinin qarşılaşmaları isə 2022-ci il martın 24-dən 27-dək keçiriləcək.xeber100.com

İyun 18, 2020 12:59

“Leyptsiq” klubunun hücumçusunun transferi rəsmiləşib

Almaniyanın “Leyptsiq” futbol klubunun hücumçusu Timo Vernerin İngiltərənin “Çelsi” komandasına transferi rəsmiləşib.Azərtac London klubunun saytına istinadla xəbər verir ki, İngiltərə təmsilçisi 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. Cari mövsümün sonunadək “Leypsiq”də qalacaq hücumçu iyulda yeni klubuna qoşulacaq.London klubu Verner üçün 47,5 milyon funt sterlinq ödəyib. Bunun 15 faizi Timonun 2016-cı ilədək oynadığı “Ştutqart”a çatacaq. Hücumçunun özü həftədə təxminən 170 min funt qazanacaq.Qeyd edək ki, almaniyalı hücumçu cari mövsümdə “Leyptsiq”in heyətində keçirdiyi 43 oyununda 32 qol vurub və 8 məhsuldar ötürmə edib.xeber100.com

İyun 18, 2020 12:56

İspaniya mətbuatının məlumatına görə…

“Barselona” futbol klubu qapıçısı Andre Ter-Ştegenlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirir.İspaniya mətbuatı xəbər verir ki, tərəflər danışıqlarda irəliləyiş əldə ediblər. Bildirilib ki, 29 yaşlı qapıçı ilə müqavilənin müddəti 2025-ci ilin yayınadək uzadılacaq. Onunla cari mövsümün sonunadək rəsmi müqavilə imzalanacağı gözlənilir.Qeyd edək ki, Ter-Ştegenin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.xeber100.com

İyun 17, 2020 12:06

“Bavariya” futbol klubu Almaniya çempionu olub

“Bavariya” klubu sona iki tur qalmış Almaniya çempionu olub.Azərtac xəbər verir ki, Münhen təmsilçisi buna Bremendə “Verder”ə 0:1 hesablı qələbəsi sayəsində nail olub. Bununla da tarixində ardıcıl 8-ci, ümumilikdə isə 30-cu dəfə çempion adını qazanıb.Qeyd edək ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Borussiya Dortmund” klubunun 66 xalı var və “Bavariya”dan 10 xal geri qalır.xeber100.com

İyun 17, 2020 11:56
    Page 275 of 831« First«...102030...273274275276277...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az