11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futzal üzrə “Avro-2022”nin təqvimi açıqlanıb

UEFA qadınlardan ibarət milli komandaların iştirakı ilə futzal üzrə “Avro-2022”nin təqvimini açıqlayıb.Azərtac xəbər verir ki, turnirin ilkin mərhələsinin görüşləri gələn il mayın 4-dən 9-dək, əsas mərhələsinin oyunları oktyabrın 19-dan 24-dək, final mərhələsinin qarşılaşmaları isə 2022-ci il martın 24-dən 27-dək keçiriləcək.xeber100.com

İyun 18, 2020 12:59

“Leyptsiq” klubunun hücumçusunun transferi rəsmiləşib

Almaniyanın “Leyptsiq” futbol klubunun hücumçusu Timo Vernerin İngiltərənin “Çelsi” komandasına transferi rəsmiləşib.Azərtac London klubunun saytına istinadla xəbər verir ki, İngiltərə təmsilçisi 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. Cari mövsümün sonunadək “Leypsiq”də qalacaq hücumçu iyulda yeni klubuna qoşulacaq.London klubu Verner üçün 47,5 milyon funt sterlinq ödəyib. Bunun 15 faizi Timonun 2016-cı ilədək oynadığı “Ştutqart”a çatacaq. Hücumçunun özü həftədə təxminən 170 min funt qazanacaq.Qeyd edək ki, almaniyalı hücumçu cari mövsümdə “Leyptsiq”in heyətində keçirdiyi 43 oyununda 32 qol vurub və 8 məhsuldar ötürmə edib.xeber100.com

İyun 18, 2020 12:56

İspaniya mətbuatının məlumatına görə…

“Barselona” futbol klubu qapıçısı Andre Ter-Ştegenlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirir.İspaniya mətbuatı xəbər verir ki, tərəflər danışıqlarda irəliləyiş əldə ediblər. Bildirilib ki, 29 yaşlı qapıçı ilə müqavilənin müddəti 2025-ci ilin yayınadək uzadılacaq. Onunla cari mövsümün sonunadək rəsmi müqavilə imzalanacağı gözlənilir.Qeyd edək ki, Ter-Ştegenin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.xeber100.com

İyun 17, 2020 12:06

“Bavariya” futbol klubu Almaniya çempionu olub

“Bavariya” klubu sona iki tur qalmış Almaniya çempionu olub.Azərtac xəbər verir ki, Münhen təmsilçisi buna Bremendə “Verder”ə 0:1 hesablı qələbəsi sayəsində nail olub. Bununla da tarixində ardıcıl 8-ci, ümumilikdə isə 30-cu dəfə çempion adını qazanıb.Qeyd edək ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Borussiya Dortmund” klubunun 66 xalı var və “Bavariya”dan 10 xal geri qalır.xeber100.com

İyun 17, 2020 11:56

“Azərreyl” klubu heyətini gücləndirib

Bakının qadınlardan ibarət “Azərreyl” klubu heyətini yeni voleybolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, yeni mövsümdən Çağırış kuboku yarışlarında mübarizə aparacaq Bakı təmsilçisi Anastasiya Bessonova ilə birillik müqavilə imzalayıb.Yığmamızın üzvü daha əvvəl yerli klublarla yanaşı, Sloveniyanın “Maribor” və Rumıniyanın “Alba” komandalarında da çıxış edib.Daha öncə Bakı təmsilçisi sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə birillik müqavilə imzalayıb.xeber100.com

İyun 17, 2020 11:53

“Masters” seriyalı tennis turniri Nyu-Yorkda keçiriləcək

Sinsinnatidə nəzərdə tutulan “Masters” seriyalı tennis turniri Nyu-Yorkda keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə turnirin təşkilatçıları məlumat verib.Turnir “US Open”dən dərhal sonra təşkil olunacaq. Daha doğrusu təşkilatçılar tennisçiləri ABŞ-ın bir tərəfindən digərinə üzücü yol keçməməsi üçün belə bir addım atmağa məcbur olublar. İndiki vəziyyətdə ölkədə koronavirus sürətlə yayıldığından tennisçilər arasında yoluxma riskinin qarşısını almaq üçün hər iki turniri eyni şəhərdə keçirmək məqsədəuyğun sayılıb.xeber100.com

İyun 17, 2020 11:46

Sambo üzrə son qərar iyulun ortalarında veriləcək

Yekaterinburqun ev sahibliyi edəcəyi sambo üzrə Avropa çempionatının keçirilmə tarixi ilə bağlı son qərar iyulun ortalarında veriləcək.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Ümumrusiya və Avropa Sambo federasiyalarının prezidenti Sergey Yeliseyev məlumat verib. S.Yeliseyev bildirib ki, Avropada hava nəqliyyatında vəziyyətdən asılı olaraq qitə çempionatının keçirilmə vaxtında dəyişiklik edilə bilər. Əgər hər şey normal olarsa, yarış sentyabr ayında keçiriləcək. Hər hansı bir problem olarsa, Avropa çempionatı ilin sonuna təxirə salınacaq.Onun sözlərinə görə, Yekaterinburq şəhərində Avropa çempionatına hazırlıqla bağlı bütün işlər plan üzrə gedir.Qeyd edək ki, sambo üzrə qitə çempionatının əvvəlcə mayın 22-24-də keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə sentyabrın 17-21-nə təxirə salınıb. Yarış əvvəl nəzərdə tutulduğu kimi Yekaterinburqda keçiriləcək.Xatırladaq ki, ötən il təşkil olunan Avropa çempionatında Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.xeber100.com

İyun 16, 2020 9:33

Türkiyə çempionatının XXVII turunun sonuncu qarşılaşmasında

İyunun 15-də futbol üzrə Türkiyə çempionatının XXVII turunun sonuncu qarşılaşmasında “Sivasspor” “Dənizlispor”u qəbul edib.Azərtac xəbər verir ki, görüşün taleyini bir qol həll edib. Meydan sahiblərinin hücumçusu Mustafa Yatabare komandasına qələbə qazandıran qolun müəllifi olub. Beləliklə, “Sivasspor” “Dənizlispor”u 1:0 hesabı ilə məğlub edib.Türkiyə çempionatında hazırda “Trabzonspor” 56 xalla turnir cədvəlinin liderdir. Onunla eyni xala malik olan “Başakşəhər” ikincidir. “Sivasspor” 52 xalla üçüncü, “Qalatasaray” klubu isə 50 xalla dördüncü pillə qərarlaşıb. Sonrakı yerlərdə “Beşiktaş” (44 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (43 xal) və digər komandalar gəlir.xeber100.com

İyun 16, 2020 9:29

2020-ci ilin “Golden Boy” mükafatına namizədlərin adları açıqlanıb

İtaliyanın “Tuttosport” nəşri 2020-ci ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Golden Boy” mükafatına namizədləri açıqlayıb.Azərtac xəbər verir ki, birinci olaraq 100 oyunçudan ibarət siyahıda məşhur futbolçulardan Meyson Qrinvud (Mançester Yunayted), Eduardo Kamavinqa (Renn), Alfonso Devis (Bavariya), Anssumane Fati (Barselona), Filip Foden (Mançester Siti), Erlinq Holand, Ceydon Sanço (hər ikisi Borussiya" Dortmund), Kallum Hadson-Odoi (Çelsi), Takefusa Kubo (Malyorka, Reala məxsusdur), Daniel Maldini (Milan), Reyner (Real), Sandro Tonali (Breşiya), Ferran Torres (Valensiya) yer alıb.Mükafata namizəd olacaq 20 futbolçudan ibarət yeni siyahı oktyabrın 15-i açıqlanacaq.Qeyd edək ki, ötən il bu mükafatı “Atletiko”nun futbolçusu Joau Feliks qazanıb.xeber100.com

İyun 16, 2020 9:26

İspaniya La Liqasının 28-ci turunda

İspaniya La Liqasının 28-ci turunda “Real Madrid”in “Eybar”ı məğlub etdiyi görüş (3:1) “kral” klubunun baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu, fransız mütəxəssisin baş məşqçi kimi 90-cı qələbəsi olub.O, bu göstərici ilə sələflərindən biri Leo Benhakkeri qabaqlayıb. Benhakkerin “Real”ın baş məşqçisi kimi balansında 89 qələbə var.Zidan indi yalnız Miqel Munyosdan (257 qələbə) geri qalır.“Real” Zidanın rəhbərliyi altında 200 matç keçirərək 132 qələbə qazanıb, 42 dəfə heç-heçə edib və 26 dəfə məğlub olub. Fransız klubu 10 mükafat, o cümlədən ardıcıl olaraq Çempionlar Liqasının üç kubokunu əldə edib. Komanda Zidanın başçılığı ilə keçirdiyi oyunlarda 489 qol vurub, öz qapısından isə 210 top buraxıb.Hazırda komanda 28 matçda 59 xal toplayaraq ikinci yerdə qərarlaşıb. “Real” lider “Barselona”dan 2 xal geri qalır.xeber100.com

İyun 15, 2020 9:42
    Page 276 of 831« First«...102030...274275276277278...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az