07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

XXI əsrin ən yaxşı 100 idmançısının adı açıqlanıb

İspaniyanın “Marca” nəşri XXI əsrin ən yaxşı 100 idmançısının siyahısını dərc edib.Azərtac xəbər verir ki, siyahıya üzgüçülük üzrə 23 qat olimpiya çempionu Maykl Felps başçılıq edir. İkinci yerdə qaçış üzrə Olimpiya çempionu Useyn Bolt, üçüncü pillədə isə tennisçi Rocer Federer qərarlaşıb.Futbolçulardan “Barselona”nın kapitanı Lionel Messi 7-ci və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo isə onuncu olub.xeber100.com

İyun 12, 2020 1:23

“Paris Sen-Jermen” futbol klubu yeni müqavilə imzalamayacaq

Fransanın “Paris Sen-Jermen” futbol klubu Erik Şupo-Motinqlə yeni müqavilə imzalamayacaq.Azərtac xəbər verir ki, Paris təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə iyunun sonunda başa çatacaq müqavilənin müddətini uzatmayacaq. Futbolçu avqustda bərpası planlaşdırılan UEFA Çempionlar Liqasında oynamayacaq və azad agent olacaq.Qeyd edək ki, Şupo-Motinq cari mövsümdə “Paris Sen-Jermen”in heyətində keçirilən 17 oyunda 5 qol vurub.xeber100.com

İyun 12, 2020 1:19

Şahmat üzrə “ABC Grand Prix” turniri start götürür

İyunun 12-də Azərbaycan şahmatçısı Vüqar Rəsulovun da iştirak edəcəyi “ABC Grand Prix” turniri start götürür.Azərtac xəbər verir ki, yarış “Lichess.org” onlayn şahmat platforması üzərindən təşkil olunacaq. Yarış çərçivəsində 3 turnir (blits ( 3 dəqiqə), bullet (1 dəqiqə+1 saniyə), blits (3 dəqiqə+2 saniyə) keçiriləcək.V.Rəsulov hər 3 turnirdə mübarizə aparacaq.xeber100.com

İyun 12, 2020 1:17

“Sumqayıt” futbol klubu “Qəbələ” ilə yoxlama oyunu keçirib

Azərbaycan Premyer Liqasına hazırlıqlarını davam etdirən "Sumqayıt" klubu iyunun 10-da "Qəbələ" ilə yoxlama oyunu keçirib.Azərtac xəbər verir ki, "Kapital Bank Arena"da keçirilən matçda qalib müəyyənləşməyib. Görüşdə "Sumqayıt"ın qollarını Elvin Cəfərquliyev (8) və Amil Yunanov (73) vurub. "Qəbələ"nin heyətində isə Roman Hüseynov (42) və Nikolas Raysel (60) fərqləniblər.Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada 23 xalla 4-cü, "Qəbələ" isə 19 xalla sonuncu - 8-ci yerdədir. Turnirin iyunun 21-də bərpa ediləcəyi açıqlanıb.xeber100.com

İyun 11, 2020 9:38

Almaniya kubokunun ikinci yarımfinal görüşü keçirilib

İyunun 10-da futbol üzrə Almaniya kubokunun ikinci yarımfinal görüşü keçirilib.Azərtac xəbər verir ki, bir oyundan ibarət görüşdə “Bavariya” “Allianz Arena”da “Ayntraxt” komandası ilə qarşılaşıb. Oyunda hesabı erkən qolla (14-cü dəqiqə) Münxen təmsilçisi açıb. İvan Perişiç Tomas Müllerin ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Birinci hissədə hesab dəyişilməsə də, fasilədən sonra “Ayntraxt” hesaba tarazlıq gətirib. Oyuna yenicə daxil olmuş Danni Da Kosta adını tabloya yazdırıb. Qoldan altı dəqiqə sonra “Bavariya” yenidən hesabda önə keçib. Robert Levandovskiy çoxötürməli kombinasiyanı qola çevirib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, “Bavariya” Almaniya kubokunun final mərhələsinə vəsiqə qazanıb. Paytaxt təmsilçisi həlledici görüşdə iyunun 9-da “Saarbrükken” klubunu 3:0 hesabı ilə məğlub edən “Bayer Leverkuzen” komandası ilə qarşılaşacaq.Final görüşünün iyulun 4-də keçirilməsi planlaşdırılır.xeber100.com

İyun 11, 2020 9:34

Futbol mövsümü iyunun 12-də kubok yarışı ilə bərpa olunacaq

İtaliyada futbol mövsümü iyunun 12-də kubok yarışı ilə bərpa olunacaq. Həmin gün meydana “Yuventus” və “Milan” futbolçuları çıxacaqlar.Azərtac xəbər verir ki, iyunun 20-də isə “Torino”–“Parma” matçı ilə “A” seriyası davam etdiriləcək. Turnir yenidən dayandırılacağı təqdirdə çempionun pley-of oyunları ilə aşkarlanmasına dair qərar qəbul edilib. Hələlik 26 turdan sonra 63 xal toplayan “Yuventus” yarış cədvəlinə başçılıq edir. Liderdən 1 xal geri qalan “Latsio” ikincidir. İlk üçlüyü isə 54 xalla “İnter” tamamlayır.Bundan başqa İtaliyada transfer pəncərəsinin yeni tarixi açıqlanıb. Komandalar sentyabrın 1-dən futbolçuların keçidlərini reallaşdıra biləcəklər. Bu dövr oktyabrın 5-nə qədər davam edəcək.Xatırladaq ki, pandemiyadan əvvəl transfer pəncərəsi iyulun 1-dən sentyabrın 2-nə qədər olurdu.xeber100.com

İyun 11, 2020 9:32

“Dakar-2021” rallisinin bu gün təqdimatı olacaq

Səudiyyə Ərəbistanında təşkil olunacaq "Dakar-2021” rallisinin bu gün təqdimatı olacaq.Azərtac xəbər verir ki, onlayn formatda təşkil olunacaq təqdimatda yarışın marşrutu və yeniliklər barədə məlumat veriləcək.Yarışın rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq təqdimatda Səudiyyə Ərəbistanının idman naziri Abdulaziz bin Turki Əl Feysal Əl Saud, yarışın direktoru David Kaster, ölkənin avtomobil və motosiklet federasiyalarının nümayəndələri iştirak edəcəklər.xeber100.com

İyun 11, 2020 9:29

Futbol klubları yoxlama görüşləri keçirəcəklər

İyunun 10-da Azərbaycan futbol klubları yoxlama görüşləri keçirəcəklər.Azərtac xəbər verir ki, paytaxt təmsilçisi “Neftçi” doğma meydanda “Keşlə”ni qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.Günün digər matçında “Qəbələ” səfərdə “Sumqayıt”ın qonağı olacaq. “Kapital Bank Arena”da baş tutacaq oyun 20:00-da start götürəcək.Bakı təmsilçiləri “Zirə” və “Səbail” komandaları da üz-üzə gələcəklər. Zirə Olimpiya İdman Kompleksinin meydançasında keçiriləcək oyunun fiti saat 18:00-da veriləcək.Xatırladaq ki, ötən gün lider “Qarabağ” səfərdə “Sabah”ı 5:0 hesabı ilə məğlub edib.xeber100.com

İyun 10, 2020 1:56

“Avro-2020” könüllüləri üçün intellektual çempionat keçirilib

AFFA “Avro-2020” könüllüləri üçün ilk dəfə onlayn intellektual çempionat keçirilib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, könüllülər AFFA tərəfindən təşkil olunan çempionatda bir ay ərzində dörd mərhələdə təşkil olunan yarışda iştirak ediblər.İştirakçılar sualları beş dəqiqə ərzində cavablandırıblar. Ümumilikdə 1700 könüllünün iştirak etdiyi yarışda ilk onluqda qərarlaşan gənclər müəyyənləşib.Xatırladaq ki, cari aydan etibarən növbəti oyuna start verilir. Hər ayın qalibləri böyük finalda iştirak hüququ qazanacaqlar.xeber100.com

İyun 10, 2020 1:53

Beynəlxalq Triatlon Şurası növbəti reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Triatlon Şurası idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində mövqeyini qoruyub. Belə ki, hesabında 2414 xal olan R.Pevtsov 33-cü pillədə qərarlaşıb.Reytinq cədvəlinə fransalı Vinsent Luis liderik edir. İlk üçlüyü İspaniya idmançıları Mario Mola və Fernando Alarza qapayırlar.xeber100.com

İyun 10, 2020 1:50
    Page 277 of 831« First«...102030...275276277278279...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az