07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“UFC Fight Island” yarışları çərçivəsində turnir keçiriləcək

Mütləq döyüş çempionatı üzrə “UFC Fight Island” yarışları çərçivəsində iyulda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yas adasında dörd turnir keçirəcək.Azərtac xəbər verir ki, bu barədə UFC məlumat yayıb.Abu-Dabidə yerləşən adada turnirlərin iyulun 11-də, 15-də, 18-də və 25-də keçirilməsi planlaşdırılır. Döyüşlərin keçirilməsi üçün təhlükəsizlik zonası yaradılacaq. İyirmi beş kvadratkilometrlik arenanı əhatə edəcək təhlükəsizlik zonasında otel, təlim və yemək otaqları yerləşəcək. Turnirlər üçün nəzərdə tutulmuş bu arenaya yalnız döyüşçülər, məşqçilər, UFC işçiləri, habelə obyektlərin işləməsini təmin etmək üçün Yas adasında çalışan şəxslər daxil ola biləcəklər. Döyüşlər tamaşaçısız keçiriləcək.UFC rəhbəri Dana Uayt koronavirus pandemiyası şəraitində apreldə xüsusi bir adada yarışlar təşkil etmək istədiklərini açıqlamışdı. Onun fikrincə, adada döyüşlərin təşkili epidemioloji cəhətdən daha təhlükəsizdir.xeber100.com

İyun 10, 2020 1:47

“Liqui Moly” şirkəti Formula 1-in rəsmi sponsoru olub

Almaniyanın motor yağları istehsalçısı “Liqui Moly” şirkəti Formula 1-in rəsmi sponsoru olub.Azərtac xəbər verir ki, tərəflər arasında üçillik müqavilə imzalanıb. Əməkdaşlıq iyulun 12-də Avstriyada təşkil olunacaq ikinci Qran-Pridə başlayacaq.Şirkət Formula 1 ilə ötən ildən əməkdaşlıq edir. Belə ki, həmin vaxt şirkət Formula 1-in regional sponsoru olub. Yeni müqavilə isə daha qlobal xarakter daşıyır.xeber100.com

İyun 9, 2020 11:59

Beynəlxalq Olimpiya Komitəsinin konfransı keçiriləcək

İyunun 10-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurasının videoformat şəklində konfransı keçiriləcək.Azərtac BOK-un rəsmi saytına istinadla xəbər verir ki, İcraiyyə Şurasının iclasında əvvəlcə qurumun rəhbəri Tomas Bax hesabat məruzəsi ilə çıxış edəcək. Ardınca BOK-un Koordinasiya Komissiyasının və eləcə də, “Tokio-2020”, “Pekin-2022”, “Paris-2024” Olimpiya Oyunları Təşkilat komitələrinin hesabatları dinləniləcək. Koordinasiya Komissiyasının hesabatını qurumun rəhbəri Con Kouts təqdim edəcək.İcraiyyə Şurasının toplantısında həm də BOK-un 136-cı sessiyasına hazırlıqlar müzakirə ediləcək.Tədbirin sonunda BOK prezidenti Tomas Bax KİV nümayəndələrinin suallarını cavablandıracaq.xeber100.com

İyun 9, 2020 11:56

“Zirə” klubu ilə “Səbail” yoxlama görüşü keçirəcək

İyunun 10-da iki Bakı təmsilçisi olan “Zirə” klubu ilə “Səbail” yoxlama görüşü keçirəcək.Azərtac xəbər verir ki, Zirə İdman Kompleksinin meydançasında keçiriləcək oyuna saat 18:00-da start veriləcək.Xatırladaq ki, Premyer Liqada 20-ci turdan sonra “Zirə” klubu 23 xalla beşinci, “Səbail” isə 20 xalla yeddinci pillədə qərarlaşıb.xeber100.com

İyun 9, 2020 11:49

Trek üzrə Federasiya Kuboku yarışına start verilib

İyunun 9-da Bakıda Dünya Velosiped Günü münasibətilə trek üzrə Federasiya Kuboku yarışına start verilib.Azərtac xəbər verir ki, Respublika Velotrekində təşkil edilən turnirdə iştirakçılar U-15, U-17 və gənclər kateqoriyaları üzrə yarışırlar. Günün birinci yarışında 15 yaşadək idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. Bu turnir həmin icazənin verilməsindən sonra təşkil edilən birinci yarışdır.xeber100.com

İyun 9, 2020 11:08

İyunun 11-də “Dakar-2021” rallisinin təqdimatı olacaq

Səudiyyə Ərəbistanında təşkil olunacaq "Dakar-2021” rallisinin iyunun 11-də təqdimatı olacaq.Azərtac xəbər verir ki, onlayn formatda təşkil olunacaq təqdimatda yarışın marşrutu və yeniliklər barədə məlumat veriləcək.Yarışın rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq təqdimatında Səudiyyə Ərəbistanının idman naziri Abdulaziz bin Turki Əl Feysal Əl Saud, yarışın direktoru David Kaster, ölkənin avtomobil və motosiklet federasiyalarının nümayəndələri iştirak edəcəklər.xeber100.com

İyun 8, 2020 2:49

“Qarabağ” futbol klubu bir futbolçu ilə yollarını ayırıb

Ağdamın “Qarabağ” futbol klubu Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarını ayırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.Qeyd edək ki, M.Qeye “Qarabağ”da keçirdiyi 28 oyunda 8 qola imza atıb.xeber100.com

İyun 8, 2020 2:46

“Qalatasaray” komandası Çempionlar Liqasında mübarizə aparacaq

Türkiyənin “Qalatasaray” komandası növbəti mövsüm basketbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq.Azərtac xəbər verir ki, bu barədə klubun nümayəndəsi Ömər Cansever xəbər verib.Ötən mövsümədək Avroliqa bayrağı altında avrokubok turnirində mübarizə aparan İstanbul basketbolçularının qərarını dəyişməsinin səbəbi haqda məlumat yoxdur. Amma klub rəsmisi ictimaiyyətə Beynəlxalq Basketbol Federasiyası (FIBA) ilə anlaşmalarının təfərrüatına dair məlumat yayıb. Onun sözlərinə görə, Çempionlar Liqasında çıxış edən komandalara FIBA debüt mövsümündə 250 min avro ödəyir. Amma “Qalatasaray”ın marka dəyərinə görə FIBA onlara 350 min avro verəcək. O, qarşıdakı 5 mövsümdə bu liqada mübarizə aparacaqlarını açıqlayıb.xeber100.com

İyun 8, 2020 2:43

“Paris Sen-Jermen” klubunun hücumçusu transfer pəncərəsində

Fransanın “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Neymar yay transfer pəncərəsində “Barselona”ya qayıtmağı düşünür.“El Mundo Deportivo” nəşri xəbər verir ki, futbolçu bir il əvvəl buna yaxın olsa da, klublar qiymət barədə razılığa gəlməyiblər. Nəşrin məlumatına görə, parislilər pandemiya səbəbindən ulduz hücumçu üçün alınan məbləği azaltmağa hazırdırlar.Futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.xeber100.com

İyun 8, 2020 2:40

Beynəlxalq Voleybol Federasiyası reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Voleybol Federasiyası (BVF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.Azərtac BVF-yə istinadla xəbər verir ki, hesabında 127 reytinq xalı olan qadın voleybolçulardan ibarət milli komandamız mövqeyini qoruyub. Millimiz 26-cı pillədə qərarlaşıb.Siyahıya 391 xalla Çin voleybolçuları başçılıq edirlər. İlk üçlüyü ABŞ (382 xal) və Braziliya (328) yığmaları tamamlayır.xeber100.com

İyun 7, 2020 3:18
    Page 278 of 831« First«...102030...276277278279280...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az