03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Belçika Futbol Federasiyası yeni müqavilə imzalayıb

Belçika Futbol Federasiyası milli komandanın baş məşqçisi Roberto Martines ilə yeni müqavilə imzalayıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 46 yaşlı ispaniyalı mütəxəssislə müqavilənin müddəti 2022-ci ildə keçiriləcək dünya çempionatının sonunadək uzadılıb.Qeyd edək ki, R.Martines 2016-cı ildən millinin baş məşqçisidir.xeber100.com

May 3, 2020 9:17

İngiltərə Premyer Liqasında ən yaxşı əcnəbi futbolçular müəyyənləşib

İngiltərə Premyer Liqasında iştirak edən ən yaxşı əcnəbi futbolçular müəyyənləşib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, “Givemesport” nəşri bununla bağlı araşdırma aparıb. Hazırda 66 fərqli yığma komandadan olan futbolçuların Premyer Liqa klublarında çıxış etdiyi vurğulanıb.Siyahıda “Vulverhempton” klubunda yer alan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da var. 21 yaşlı hücumçunun çempionatdakı yeganə azərbaycanlı futbolçu olduğu və əsas komandada debüt etmədiyi vurğulanıb. Dadaşovun 6 dəfə Azərbaycan millisinin formasını geyindiyi də yazıda əksini tapıb.İndiyədək İngiltərə Premyer Liqasında 111 ölkənin futbolçuları çıxış edib.Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.xeber100.com

May 3, 2020 7:13

Milli Olimpiya Komitəsi yeni layihəyə start verib

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və “CBC Sport” ölkə teleməkanında yeni layihəyə - “Olimpiya günləri” verilişinə start verib.MOK-dan Azərtac-a bildiriblər ki, tamaşaçılara tam fərqli formatda təqdim olunan proqramda Azərbaycanın Olimpiya Oyunlarında iştirakının tarixi, milli olimpiyaçılarımızı qələbəyə aparan yolu, tanınmış idmançılar, eləcə də komitə və federasiya rəhbərləri, habelə Beynəlxalq Olimpiya hərəkatının görkəmli nümayəndələri, həmçinin idmanla məşğul və ya bağlılığı olan tanınmış simalarla maraqlı söhbətlərin planlaşdırıldığı proqramın tək idman ictimaiyyəti üçün deyil, bütün televiziya tamaşaçıları üçün cəlbedici olması nəzərdə tutulub. Proqramda Olimpiya idman növləri ilə bağlı yeniliklər və maraqlı hadisələr haqqında məlumat veriləcək, atletlərimizin gündəlik həyatı, məşqləri, maraq dairələri ilə bağlı mövzulara toxunulacaq.Tamaşaçılar üçün hədiyyəli viktorinaların təşkil olunacağı proqram həftənin şənbə günü saat 12:00-da yayımlanacaq.xeber100.com

May 3, 2020 7:10

“Bayer Leverkuzen” futbol klubu yeni müqavilə imzalayıb

Almaniyanın “Bayer Leverkuzen” futbol klubu yarımmüdafiəçisi Çarles Aranqislə yeni müqavilə imzalayıb.Azərtac xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa qədər uzadılıb.Xatırladaq ki, çilili futbolçu cari mövsümdə Bundesliqada 18 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.xeber100.com

May 2, 2020 6:58

Velosiped idmanı üzrə Avropa çempionatı təxirə salınıb

İtaliyanın Trento şəhərində velosiped idmanı üzrə Avropa çempionatı koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.Azərtac xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Qitə çempionatının əvvəlcə 2020-ci ilin sentyabrın 9-dan 13-dək keçirilməsi planlaşdırılmışdı.Avropa çempionatının 2021-ci il sentyabrın birinci yarısında keçirilməsi nəzərdə tutulub. Dəqiq tarixlə bağlı son qərarı Beynəlxalq Velosipedçilər İttifaqı verməlidir.xeber100.com

May 2, 2020 6:56

Onlayn şahmat turnirinin qalibləri müəyyənləşib

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü Rauf Məmmədovun təşəbbüsü və dəstəyi ilə “Biz birlikdə güclüyük” adlı onlayn turnir keçirilib.Azərtrac xəbər verir ki, 17 yaşadək şahmatçıların iştirak etdikləri yarış İsveçrə sistemi üzrə təşkil edilib və 11 turdan ibarət olub. Oyunlar Rauf Məmmədov tərəfindən canlı olaraq şərh edilib.Yarışda ən yüksək nəticə əldə edən Xəzər Babazadə ümumi hesabda birinci yeri tutub. Elmar Atakişiyev ikinci, Mələk İsmayıl üçüncü pillələrdə qərarlaşıblar. Qızlar arasında Aysel Cəfərova, 12 yaşadək şahmatçılar arasında Əli Süleymanov birinci yeri tutublar.Qeyd edək ki, R.Məmmədov tərəfindən ayrılan 500 manat mükafat fondu ümumi turnirdə ilk 10 yeri tutan və eyni zamanda, qızlar və 12 yaşadək uşaqlar arasında ilk pillədə qərarlaşan şahmatçılar arasında bölüşdürülüb.xeber100.com

May 2, 2020 6:54

FPF II Liqanın klublarına bir milyon avro ayıracaq

Portuqaliya Futbol Federasiyası (FPF) II Liqanın klublarına bir milyon avro ayıracaq.Azərtac xəbər verir ki, federal orqan tərəfindən verilən bu məbləğ fondun klub stadionlarının şəraitini yaxşılaşdırmaq üçün ayırdığı vəsaitin bir hissəsidir və müstəsna hallarda digər məqsədlər üçün istifadə oluna bilər.İnfrastruktur Fondunun vəsaiti Portuqaliya Peşəkar Futbol Liqasının (LPFP) və FPF-in 500 min avroya bərabər illik ödənişi ilə bir yerdə bir milyon avro təşkil edir.xeber100.com

May 2, 2020 6:51

2019-2020-ci il mövsümünün qalibi “Paris Sen-Jermen” klubu olub

Koronavirus pandemiyası səbəbindən ləğv olunan futbol üzrə Fransa çempionatının 2019-2020-ci il mövsümünün qalibi “Paris Sen-Jermen” klubu olub.Azərtac xəbər verir ki, Fransa Liqa 1-in saytı Paris təmsilçisini cari mövsümün qalibi elan olunmasını rəsmən açıqlayıb.Mövsümü 2-ci sırada başa vuran “Marsel” PSJ ilə birlikdə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. 3-cü sıradakı “Renn” komandası tarixində ilk dəfə olaraq Çempionlar Liqasının pley-off mərhələsində çıxış edəcək. “Lill”, “Reyms” və “Nitsa” klubları isə Avropa Liqasında oynayacaq.Turnir cədvəlinin son 2 pilləsində qərarlaşan “Amyen” və “Tuluza” Liqa 2-yə düşüb. Əvəzində isə aşağı dəstənin çempionu “Loryan” və 2-ci sırada qərarlaşmış “Lans” elitaya yüksəlib.xeber100.com

May 1, 2020 7:55

Şahmat üzrə onlayn superturnirdə ilk qarşılaşma keçiriləcək

Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən şahmat üzrə onlayn superturnirdə mayın 1-də yarımfinal mərhələsinin ilk qarşılaşması keçiriləcək.Azərtac xəbər verir ki, bugünkü görüşdə qrup mərhələsinin lideri amerikalı şahmatçı Hikaru Nakamura həmyerlisi Fabiano Karuana ilə üz-üzə gələcək.Qeyd edək ki, onlayn superturnirdə qrup mərhələsini H.Nakamura və çinli Liren Dinq hərəyə 15, M.Karlsen və F.Karuana hərəyə 13, rusiyalı Yan Nepomnyaşi 8, niderlandlı Aniş Giri, FIDE təmsilçisi Əlirza Firuzca hərəyə 7, fransalı Maksim Vaşe-Laqrav 6 xalla başa vurublar.İlk 4 yeri tutan şahmatçılar yarışı yarımfinal mərhələsindən davam etdirirlər.xeber100.com

May 1, 2020 7:53

Tennis üzrə Madrid turnirinin qalibləri müəyyənləşib

Tennis üzrə virtual Madrid turnirinin qalibləri müəyyənləşib.Azərtac xəbər verir ki, kişi tennisçilər arasında fərdi yarışların finalında Böyük Britaniya təmsilçisi Endi Marrey belçikalı David Qoffeni 7:6 (7:5) hesabı ilə məğlub edib.Qadınların mübarizəsində isə niderlandlı Kiki Bertens Fransa tennisçisi Fiona Ferrodan üstün olub – 6:2.Qeyd edək ki, turnirin yarımfinal mərhələsində E.Marrey argentinalı Dieqo Şvartsmanı, K.Bertens isə Danimarka təmsilçisi Karolina Voznyaçkini məğlub edib.xeber100.com

May 1, 2020 6:49
    Page 289 of 830« First«...102030...287288289290291...300310320...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az