03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Renn” futbol klubu hazırkı heyətini qorumağa çalışır

Fransanın “Renn” futbol klubu hazırkı heyətini qorumağa çalışır.Azərtac xəbər verir ki, komandanın mövsümü üçüncü pillədə başa vurması və növbəti ildən Çempionlar Liqasında çıxış etməsi bu addımı atmağa məcbur edib.Klub müqavilə ilə “Roma”ya məxsus olan və icarə əsasında komandada çıxış edən Stiven Nzonzi ilə müqavilənin müddətini artırıb. Otuz bir yaşlı yarımmüdafiəçi 2021-ci ilədək icarə əsasında “Renn”də çıxış edəcək.xeber100.com

May 1, 2020 6:47

Formula 1 üzrə 2020-ci il mövsümü üçün təqvimin ilkin versiyasında

Formula 1 üzrə 2020-ci il mövsümü üçün təqvimin ilkin versiyasında Almaniya Qran prisi nəzərdə tutulmayıb, çünki ötən mövsümdə bu mərhələ “Mercedes”in pulu hesabına keçirilib, bu mövsümdə isə promouterlər pul tapmayıblar.Azərtac xəbər verir ki, koronavirus pandemiyası bu sahədə vəziyyəti “sıfırlaşdırıb”: indi “Liberty Media”da televiziya şirkətləri ilə cari müqavilə üzrə zəruri olan minimum 15 yürüşün keçirilməsi üçün mərhələni təşkil etməyə yer axtarırlar və əgər həmin yürüşlər tamaşaçısız keçirilsə, bunun üçün ödəniş etməyə hazırdırlar.“Frankfurter Allgemeine Zeitung” nəşrində yayılmış məlumata görə, Formula 1-in rəhbərliyi Qran prinin keçirilməsi vaxtı və ona hazırlıq məsələsi ilə əlaqədar, Hokkenhaym avtodromunun rəhbərliyinə müraciət edib.Hokkenhaymda bu məsələ ilə əlaqədar Formula 1 ilə danışıqlar aparılmasını və avtodromun istənilən təkliflər üçün açıq olduğunu təsdiq ediblər.xeber100.com

Aprel 30, 2020 10:18

FIDE şahmatçıların aprel ayı üçün reytinq siyahısını açıqlayıb

FIDE şahmatçıların aprel ayı üçün reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, koronavirus infeksiyası səbəbindən iddiaçılar turnirindən imtina edən şahmatçımız Teymur Rəcəbov 9-cu pillədəki mövqeyini qoruyub (2765). Qrossmeysterimiz Şəhriyar Məmmədyarov da əvvəlki kimi 11-ci pillədədir (2764).Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664, 74-cü yer), Rauf Məmmədov (2654, 90-cı yer) ilk yüzlükdə yer alıblar.Siyahıda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) ilk üçlükdə qərarlaşıblar.Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci yeri çinli Hou Yifan (2658) tutub. İkinci pillədə Hindistan şahmatçısı Humpi Koneru (2586), üçüncü yerdə isə rusiyalı Aleksandra Qoryaçkina (2582) qərarlaşıblar.Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443, 29-cu yer), Gülnar Məmmədova (2382, 77-ci yer) Xanım Balacayeva (2376, 86-cı yer) ilk yüzlükdə yer alıblar.xeber100.com

Aprel 30, 2020 10:15

Avropa Futbol Assosiasiyaları İttifaqının məlumatı

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) tibb komitəsi iştirakçıların sağlamlığına zəmanət verən tövsiyələrə riayət edilməsi şərti ilə yarışların bərpa olunmasını mümkün sayır. Azərtac xəbər verir ki, bunu UEFA komitəsinin başçısı Tim Meyer bildirib.Avropa milli turnirlərinin, demək olar, hamısı, Avropa Kuboku yarışları və yığmaların görüşləri koronavirus pandemiyası səbəbindən dayandırılıb. Rusiya Futbol İttifaqı (RFİ) bütün yarışları mayın 31-nə qədər dayandırıb."Öz yarışlarını bərpa etməyi düşünən bütün futbol təşkilatları iştirakçıların sağlamlığının müdafiəsinə dair sanitariya şərtlərini müəyyən edən müfəssəl protokollar hazırlayırlar. Bu cür şəraitdə və yerli qanunvericiliyə tam riayət edildikdə, şəksiz ki, yarışların bərpasını planlaşdırmaq olar", - deyə Meyer bildirib.Yeni koronavirusun doğurduğu xəstəlik ocağı 2019-cu ilin sonunda Mərkəzi Çində qeydə alınıb, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı onu pandemiya kimi tanıyıb. Pandemiya başlanandan 3,1 milyondan çox adam koronavirusa yoluxub.xeber100.com

Aprel 30, 2020 10:10

Dakar rallisində klassik komandalar da yarışa biləcək

Gələn ildən Dakar rallisində klassik komandalar da yarışa biləcək.Azərtac xəbər verir ki, bu barədə turnirin direktoru David Kastera məlumat verib.Bildirib ki, “Dakar klassikası” adlanan marafonda “Porşe 959”, “Sitroen ZX Ralli Reyd” və “Pejo 205/405” komandaları mübarizə aparacaqlar.Qeyd edək ki, onlar 2000-ci ilədək “Dakar” rallisində iştirak ediblər. Yarışda təxminən 40 pilotun starta çıxacağı gözlənilir. İlkin variant kimi turnir Səudiyyə Ərəbistanında keçiriləcək.xeber100.com

Aprel 30, 2020 10:08

İngiltərə Premyer Liqası iyun ayında bərpa oluna bilər

Koronavirus pandemiyasına görə dayandırılmış futbol üzrə İngiltərə Premyer Liqası mövsümü iyunun 13-də davam etdirə bilər.Azərtac xəbər verir ki, federasiya və klub nümayəndələri mövsümü davam etdirməklə bağlı razılığa gəliblər.Liqa rəhbərliyi artıq çempionatın davamının müddəti barədə klublara, futbolçulara və məşqçilərə məktubla müraciət edib. Komandalar qrup məşqlərini mayın ortalarında başlayacaqlar. Son qərarı isə Böyük Britaniya hökuməti verməlidir.Qeyd edilir ki, bu işlə Britaniyanın Mədəniyyəti naziri Oliver Dauden məşğul olur. O, həmçinin başqa kütləvi tədbirlərin keçirilməsinə məsuliyyət daşıyır. Məlumata görə, nazir məhdudiyyətlərin ləğvi haqqında məhsuldar danışıqlar keçirib.İngiltərə Premyer Liqasının klubları turnirin 8 iyunda davam etdirilməsi məsələsini mayın 1-də müzakirə edəcəklər.xeber100.com

Aprel 29, 2020 5:50

“Arsenal” futbol klubu məşqləri bərpa edib

Londonun "Arsenal" futbol klubu məşqləri bərpa edib.İngiltərə mətbuatı xəbər verir ki, Aleksandr Lyakazett, David Luis, Qranit Caka klubun bazasına daxil olarkən görülüb. Futbolçular meydanda məsafə qaydalarına əməl edərək fərdi şəkildə məşq ediblər.Beləliklə, "Arsenal" Premyer Liqa təmsilçiləri arasında məşqləri bərpa edən birinci klub olub.xeber100.com

Aprel 29, 2020 12:12

Argentina Futbol Assosiasiyasının məlumatı əsasında…

Argentinada cari mövsümdə keçirilən futbol çempionatı vaxtından əvvəl yekunlaşıb.Azərtac Argentina Futbol Assosiasiyasına istinadla xəbər verir ki, qurumun prezidenti Klaudo Tapia bu qərarın alınmasına koronavirus pandemiyasını səbəb göstərib. Çempionatda iki mövsüm ərzində heç bir klub elit diviziondan enməyəcək. Lakin yüksəliş olacaq. Çünki 2021/2022 mövsümündə elitada klubların sayı 24-dən 28-ə çatdırılacaq. Digər liqalar arasında mübadilə məsələsi isə gələcəkdə həllini tapacaq.xeber100.com

Aprel 29, 2020 12:07

Beynəlxalq Triatlon Şurası turnirləri ləğv etməkdə davam edir

Beynəlxalq Triatlon Şurası (ITU) reytinq xarakterli turnirləri ləğv etməkdə davam edir.Azərtac xəbər verir ki, qurum koronavirus pandemiyasına görə, avqustun 17-23-də Kanadanın Edmonton şəhərində keçirilməsi planlaşdırılan dünya seriyasının final mərhələsini ləğv edib.Turnirdə Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulmuşdu.Bir müddət əvvəl ITU iyulun ortasında Almaniyanın Hamburq şəhərində keçirilməli olan dünya seriyasının mərhələ yarışını da ləğv etmişdi.xeber100.com

Aprel 29, 2020 12:02

Şahmat üzrə onlayn superturnirdə iki görüşü keçirilib

Aprelin 28-də şahmat üzrə onlayn superturnirdə altıncı turun ilk iki görüşü keçirilib.Azərtac xəbər verir ki, dünya çempionu, norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşini “armagedon”da üstələyərək (3:2) 2 xal qazanıb. Bununla o, turnirdə yenidən liderliyi ələ alıb. Digər görüşün qalibi isə FIDE-nin iranlı təmsilçisi Əlirza Firuzca olub. Niderlandlı Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən şahmatçı aktivinə daha 3 xal yazdırıb.Hazırda turnir cədvəlinə 13 xalla M.Karlsen başçılıq edir. Amerikalı şahmatçı Hikaru Nakamura, çinli Liren Dinq 11, ABŞ-ın digər təmsilçisi Fabiano Karuana 10, Ə. Firuzca, Y.Nepomnyaşi 6, fransalı Maksim Vaşe-Laqrav 5, A. Giri 4 xala malikdirlər.xeber100.com

Aprel 29, 2020 12:00
    Page 290 of 830« First«...102030...288289290291292...300310320...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az