05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Çin çempionatı iyun və ya iyul aylarında başlayacaq

Çin Futbol Federasiyaları Assosiasiyasının (CFA) rəhbərliyi milli çempionatların iyun və ya iyul aylarında başlanmasını nəzərdə tutur.“Goal.com” xəbər verir ki, mövsümün başlanğıcı əvvəlcə fevralın 22-nə təyin edilmişdi, lakin sonradan koronavirus pandemiyasının yayılması səbəbindən oyunlar qeyri-müəyyən vaxta təxirə salınmışdı.Mənbənin bildirdiyinə görə, federasiya bütün klublara milli çempionatın davamına hazırlaşmağa başlaya biləcəkləri haqqında təlimat verib.Təlimatda matçların dəqiq tarixi bilinməsədə, ancaq ilk oyunların iyun və ya iyulda keçiriləcəyi göstərilib. Mövsüm başlamazdan əvvəl bütün futbolçular, məşqçilər və komanda heyəti iki dəfə koronavirus testindən keçiriləcək.xeber100.com

Aprel 17, 2020 7:21

“Tour de France” veloyürüşün keçiriləcəyi vaxt müəyyənləşib

"Tour de France" çoxgünlük veloyürüşün keçiriləcəyi vaxt müəyyənləşib.Azərtac xəbər verir ki, veloyürüş avqustun 29-dan sentyabrın 20-dək keçiriləcək.Təqvimə görə mötəbər yarış iyunun 27-dən iyulun 19-dək təşkil olunmalı idi. Ancaq təşkilatçılar koronavirus pandemiyasına görə yarışın vaxtını dəyişiblər.xeber100.com

Aprel 16, 2020 10:25

Avqustun 30-na planlaşdırılan Formula 1 azarkeşsiz keçiriləcək

Avqustun 30-na planlaşdırılan Formula 1 Belçika Qran-Prisi təşkil olunmaya bilər. Yürüşün keçirilməsinə 4 ay qalmasına baxmayaraq, Qran-Prinin taleyi ilə bağlı müəyyən suallar yaranıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Belçika hökuməti koronavirus pandemiyasına görə, karantin rejiminin vaxtını uzadıb. Həmçinin avqustun 31-dək ölkədə təşkil ediləcək bütün idman yarışları qadağan edilib. Belə olan halda yarışın azarkeşsiz keçirilməsi gündəmə gəlib.Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının yeni mövsümünün startı gecikir. Belə ki, artıq Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Azərbaycan da daxil olmaqla, Vyetnam, Bəhreyn, Çin, İspaniya, Niderland və Kanada mərhələləri qeyri-müəyyən vaxta təxirə salınıb. Fransa Qran-Prisinin keçirilməsi isə sual altındadır.xeber100.com

Aprel 16, 2020 10:22

Şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək

Aprelin 19-dan 26-dək “Təhsil” Respublika İdman Mərkəzinin şahmatçıları arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək.Azərtac xəbər verir ki, Qran-Pri turnirində 17 yaşadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin və şahmat klublarının qeyd olunan yaşadək şahmatçıları iştirak edə bilərlər.Qran-Pri yarışları 7 mərhələdən ibarətdir. İlk 6 mərhələ seçmə, 7-ci mərhələ isə final xarakteri daşıyır. Seçmə mərhələlərdə yarışlar İsveçrə sistemi ilə keçirilir və 11 turdan ibarət olacaqdır.xeber100.com

Aprel 15, 2020 11:09

“Anadolu Efes” komandası ilə müqavilə yenilənəcək

Şeyn Larkin Türkiyənin “Anadolu Efes” komandası ilə müqavilə müddətini yeniləməklə bağlı razılığa gəlib.Azərtac xəbər verir ki, basketbolçu İstanbul klubunda daha 2 il çıxış edəcək. Amma MBA klublarından təklif alacağı halda, amerikalı basketbolçu vətəninə azad agent statusu ilə qayıda bilər.Xatırladaq ki, müdafiəçi Avroliqa dayandırılanda yarışın ən məhsuldar oyunçusu idi. Ötən mövsüm məhz onun liderliyi sayəsində “Anadolu Efes” Avroliqanın finalına yüksələ bilmişdi.xeber100.com

Aprel 15, 2020 11:04

“Barselona” klubu müdafiəçisi ilə yeni müqavilə imzalayacaq

İspaniyanın “Barselona” klubu müdafiəçisi Nelson Semedu ilə yeni müqavilə imzalaya bilər.Azərtac xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.Məlumatda bildirilir ki, Kataloniya təmsilçisi bu ilin əvvəlində portuqaliyalı müdafiəçiyə yeni - 2025-ci ilin yayına qədər müddəti nəzərdə tutan müqavilə təklif etsə də, koronavirus pandemiyası ilə əlaqədar danışıqlarda məcburi fasilə yaranmışdı.Qeyd edək ki, N.Semedu “Barselona”nın yeganə nominal sağ müdafiəçisidir. Bəzən onun mövqeyində Serxio Roberto çıxış etməli olur.xeber100.com

Aprel 14, 2020 6:00

“Qalatasaray” futbol klubu yeni transfer edəcək

Türkiyənin “Qalatasaray” klubu Çinin “Shanghai Shenhua” klubunda çıxış edən Halkı transfer etmək istəyir.Azərtac xəbər verir ki, Çində oyunçuların maaşları kəskin şəkildə azalacağı üçün futbolçular klublarından ayrılmağı düşünür.Çin Super Liqasının ulduzu olan 33 yaşlı hücumçu Avropaya qayıtmağı düşünür. Bu səbəbdən də braziliyalı futbolçunun “Qalatasaray”dan təklif gələcəyi halda danışığa gedəcəyi gözlənilir.Qeyd edək ki, Halk daha öncə Çində pula görə oynadığını demişdi: “Peşəkar futbolçuların 10 illik karyerası olur. Bunu diqqətə almalıyıq. Çinə pul qazanmağa gəlirik. Yoxsa hamımız Avropada oynamağa davam edərik”.xeber100.com

Aprel 14, 2020 5:56

Dünya çempionatı 2022-ci ilin iyununda keçiriləcək

Futbol üzrə klublararası dünya çempionatı 2022-ci ilin iyununda keçiriləcək.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, əvvəlcə turnir 2021-ci il iyunun 17-dən iyulun 4-dək Çində keçirilməli idi, lakin Avropa çempionatının 2021-ci ilin yayına keçirilməsi səbəbindən klublararası çempionat təxirə salınıb.Futbol üzrə klublararası dünya çempionatı yeni formatda təşkil olunacaq: iştirakçı komandaların sayı 7-dən 24-dək artırılacaq, yarışlar isə dörd ildən bir keçiriləcək.xeber100.com

Aprel 14, 2020 5:52

Portuqaliya Futbol Federasiyası seçmə mərhələsində

Xəbər verildiyi kimi, Portuqaliya Futbol Federasiyası (FPF) 2020-ci ilin Avropa çempionatının finalı uğrunda seçmə mərhələsinə görə mükafatın məbləğinin yarısını COVID-19 koronavirusu səbəbindən ləğv edilmiş həvəskar futbol matçlarına dəstək fonduna keçirəcək.Azərtac xəbər verir ki, portuqal futbolçu, "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanın bəyanatına görə, ianələrin təşəbbüskarı Kriştianu Ronaldudur.Bernardu Silva "Instagram" sosial şəbəkəsinin "Bleacher Report" səhifəsində müsahibəsində deyib: "Kriştianu Ronaldu kömək etməyə həmişə hazırdır. Həvəskar klublara yardım üçün ianə ideyası ona məxsusdur. Portuqaliya komandasının oyunçuları "Euro 2020"də iştiraka görə mükafatın məbləğinin yarısını ianə edəcəklər və bu ideyanın təşəbbüskarı məhz odur".xeber100.com

Aprel 14, 2020 5:48

“Tour de France” və “Giro d’Italia” veloyürüşlərinin vaxtı dəyişdiriləcək

“Tour de France” və “Giro d'Italia” çoxgünlük veloyürüşlərinin vaxtı dəyişdiriləcək.Azərtac xəbər verir ki, yarışların təşkilatçıları artıq yeni tarixi müəyyənləşdirməyə çalışırlar. Belə ki, mayda keçirilməsi nəzərdə tutulan “Giro d'Italia”nın oktyabrda təşkil olunması planlaşdırılır.Təqvimə əsasən iyunun 27-dən iyulun 19-dək keçirilməli olan “Tour de France” yarışının isə nə vaxta təxirə salınacağı hələ məlum deyil.xeber100.com

Aprel 13, 2020 9:33
    Page 294 of 830« First«...102030...292293294295296...300310320...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az