07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Cüdo Federasiyasının məlumatı əsasında…

Almaniyanın Bremen şəhərində keçirilən gənclər arasında beynəlxalq “Masters” turnirində Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər. Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, turnirdə 21 ölkəni, o cümlədən Yaponiya, Braziliya, Almaniya, Fransa və Niderlandı təmsil edən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycan yarışda cüdo üzrə gənclərdən ibarət milli komandanın 17 üzvü ilə təmsil olunub. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik ediblər. Turnirdə Nicat Şirinov (60 kq) və Qadir Hüseynov (73 kq) qızıl, Aydın Rzayev (66 kq) gümüş, Əli Hacıyev (60 kq) isə bürünc medal qazanıblar. Məmmədrza Hacızadə (81 kq) yarışı beşinci, Əjdər Bağırov, Nicat Şıxəlizadə (90 kq), Atabala Niftəliyev, Tamerlan Cabbarov (100 kq) və Məhəmməd Məhəmmədzadə (+100 kq) yeddinci yerdə başa vurublar. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi komanda hesabında birinci yeri tutub. Qeyd edək ki, idmançılarımız martın 27-29-da Bremendə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

Mart 27, 2023 2:50

“Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində

Bu gün “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində daha səkkiz oyun keçiriləcək. Bütün qarşılaşmalar eyni saatda start götürəcək. Günün oyunları aşağıdakılardır: B qrupu 22:45. Niderland - Cəbəllütariq 22:45. İrlandiya - Fransa Xal durumu: Fransa - 3, Yunanıstan - 3, İrlandiya - 0 (oyun keçirməyib), Cəbəllütariq - 0, Niderland - 0 E qrupu 22:45. Polşa - Albaniya 22:45. Moldova - Çexiya Xal durumu: Çexiya - 3, Farer adaları - 1, Moldova - 1, Albaniya - 0 (oyun keçirməyib), Polşa - 0 F qrupu 22:45. İsveç - Azərbaycan 22:45. Avstriya - Estoniya Xal durumu: Avstriya - 3, Belçika - 3, Estoniya - 0 (oyun keçirməyib), İsveç - 0, Azərbaycan - 0 G qrupu 22:45. Macarıstan - Bolqarıstan 22:45. Monteneqro - Serbiya Xal durumu: Serbiya - 3, Monteneqro - 3, Macarıstan - 0 (oyun keçirməyib), Bolqarıstan - 0, Litva – 0.xeber100.com

Mart 27, 2023 2:48

Azərbaycan Şahmat Federasiyası: Beynəlxalq turnirə start veriləcək

Martın 27-də Özbəkistanda rapid üzrə beynəlxalq turnirə start veriləcək. Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, yarışda Nodirbek Abdusattarov, Aleksandr Qrişuk, Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar iştirak edəcəklər. Turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək. Özbəkistandakı yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov olacaq. Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdır.xeber100.com

Mart 27, 2023 2:46

Basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması baş tutub

Martın 26-da Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması baş tutub. "Gəncə" və "NTD" komandalarının üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başlayıblar. Lakin oyunun ikinci hissəsində 20 xal fərqindən geri dönüş edən "NTD" komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda "Gəncə" 100-89 hesablı qələbə qazanaraq kubokun qalibi olub. Finalın ən dəyərli basketbolçusu "Gəncə" komandasının oyun qurucusu Kollin Törner seçilib. Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Kollin Törner - 38 xal, 13 ribaund ), "NTD BK" (Zak Hadson - 20 xal, 8 ribaund). Mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini xanım Mariana Vasileva və basketbol federasiyasının rəyasət heyətinin üzvləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyevdə iştirak ediblər. Kuboku "Gəncə" komandasının kapitanı Amil Həmzəyevə xanım Mariana Vasileva təqdim edib.xeber100.com

Mart 26, 2023 7:09

“Qarabağ” və “Qalatasaray” futbol klubları arasında xeyriyyə oyunu keçirilib

Ağdamın "Qarabağ" və Türkiyənin "Qalatasaray" klubları arasında Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu keçirilib. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. “Qarabağ”ın start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cica yer alıblar. “Qalatasaray”ın heyətində meydana Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir çıxıblar. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı “Qalatasaray” açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib. Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçın 87-ci dəqiqəsində oyunda üçüncü qol vurulub. İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi penaltini dəqiq yerinə yetirib. Bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, xeyriyyə görüşü “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com  

Mart 26, 2023 7:00

Bədii gimnastika üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Martın 24-də Milli Gimnastika Arenasında start götürən bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib. Çempionatın birinci günündə 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü idmançılar halqa, top, gürzlər və lentlə təsnifat mərhələsində çıxış ediblər və çoxnövçülükdə qaliblər bəlli olub. Gənclərin yarışında Nuray Əhmədzadə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəms Ağahüseynova yarışı ikinci, Fidan Aladinova isə üçüncü pillədə başa vurublar. Böyük yaşlı gimnastların mübarizəsində Zöhrə Ağamirova birinci olub. Alina Gözəlova gümüş, İlona Zeynalova isə bürünc medal əldə ediblər. Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” idman klubu, Zirə və Sumqayıt üzrə ümumilikdə 53 gimnast gücünü sınayır. Çempionata martın 25-də yekun vurulacaq.xeber100.com

Mart 24, 2023 1:52

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində

Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk oyununa çıxıb. Millimiz səfərdə Avstriya yığmasının qonağıdır. Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan matçda Avstriya millisinin start heyətində Haynts Lindner, Maksimilian Vöber, Kevin Danso, Nikolas Seyvald, Marsel Sabitzer, Mixael Qreqoritş, Filipp Muene, Kristof Baumqartner, Konrad Laymer, Patrik Vimmer və Qernot Trauner yer alıblar. Azərbaycan seçməsinin heyətində meydana Yusif İmanov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bəxtiyar Həsənalızadə, Riçard Almeyda və Ozan Can Kökçü çıxıblar. Qarşılaşmanı polşalı baş hakim Bartoş Frankovski idarə edir. Ona həmyerliləri Marcin Boniek və Yakub Vinkler kömək göstərirlər. Dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirir.xeber100.com

Mart 24, 2023 1:47

“Bolonya” futbol klubunun müdafiəçisi yenidən MLS-ə qayıdıb

İtaliyanın “Bolonya” futbol klubunun müdafiəçisi Qabriele Korbo yenidən MLS-ə qayıdıb. 23 yaşlı italiyalı futbolçu Kanadanın “Monreal” klubuna transfer olunub. Tərəflər 2023-cü il dekabrın 31-dək müqavilə imzalayıblar. Mərkəz müdafiəçisi daha əvvəl də icarə əsasında “Monreal”da forma geyinib. O, 2022-ci ilin yanvarından dekabrınadək bu komandada 17 rəsmi oyuna çıxıb. “Spetsiya”nın yetirməsi olan Korbo 2018-ci ilin yayından “Bolonya”da çıxış edirdi. Müdafiəçi “Askoli”də də icarədə oynayıb.xeber100.com

Mart 23, 2023 2:01

Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər. AFFA xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan U-19-un Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşlərində azərbaycanlı referilər iş başında olacaqlar. Martın 24-dəki görüşdə Kamran Əliyev ədalət təmsilçisi olacaq. Ona Asif Abdullayev və Rasim Axundov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şamil İmanzadə yerinə yetirəcək. Bundan üç gün sonra komandaların ikinci duelində əsas hakim Əli Əliyev olacaq. Orxan İbişov və Zakir Şükürzadə yan xətt, İslam Məmmədov isə ehtiyat hakim olacaq. Qeyd edək ki, hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.xeber100.com

Mart 23, 2023 1:57

Güləşçilər arasında Avropa çempionatı başa çatıb

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb. Qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub. Ötən il komanda hesabında çempion olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası adına sahib çıxıb. Beləliklə, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yerdə qərarlaşıb. Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub. Yığmamızın üzvlərindən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıblar.xeber100.com

Mart 20, 2023 12:14
    Page 41 of 831« First«...102030...3940414243...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az