07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

İtaliyanın “Napoli” klubu futbolçusu ilə müqaviləni yeniləyib

İtaliyanın “Napoli” klubu futbolçusu Stanislav Lobotka ilə müqaviləni yeniləyib. Klub xəbər verir ki, slovakiyalı futbolçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb. Müqaviləyə əməkdaşlığın daha bir il müddətinə uzadılması variantı da daxil edilib. Yarımmüdafiəçinin “Napoli” ilə əvvəlki müqaviləsi 2025-ci ilin yayınadək idi. Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 1 qol vurub, 1 qolun ötürməsini edib.xeber100.com

Mart 16, 2023 3:17

UEFA Konfrans Liqasında final mərhələsinin cavab matçlarına start verilib

UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinin cavab matçlarına start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib. “Başakşehir” klubu İstanbulda Belçikanın “Gent” komandasını qəbul edib. Görüş Belçika təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. İki görüşün nəticəsinə görə, “Gent” turnirin dörddəbir final mərhələsinə yüksəlib. “Gent” turnirin pley-off mərhələsində Ağdamın "Qarabağ" klubunu mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, bu mərhələnin digər oyunları martın 16-da keçiriləcək.xeber100.com

Mart 16, 2023 3:13

Azərbaycan Boks Federasiyası: Boksçular arasında Dünya Kuboku davam edir

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha üç boksçusu mərhələ adlayıb. Azərbaycan Boks Federasiyası xəbər verir ki, 51 kq çəkidə rinqə çıxan Sübhan Məmmədov 1/8 final çərçivəsində Kris Hippokrata (Fransa) qalib gəlib. O, rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. S.Məmmədov növbəti döyüşündə rusiyalı Amin Abdillinlə üz-üzə gələcək. Məhəmmədəli Aşurəliyev (57 kq) də ilk döyüşünü aktivinə yazıb. Dimo Toniyev (Bolqarıstan) üzərində 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:25) hesabı ilə qələbə qazanan boksçu 1/4 finalda belçikalı Lorenzo Kamposeo ilə münasibətinə aydınlıq gətirəcək. Aynur Mikayılova (52 kq) isə artıq özü üçün bürünc medalı təmin edib. O, buna 1/4 finalda Özdəm İrəmi (Türkiyə) 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub etməklə nail olub. A.Mikayılova yarımfinalda Anastasiya Kulla (Rusiya) qarşılaşacaq.xeber100.com  

Mart 16, 2023 3:11

Futbol Federasiyaları Assosiasiyası: FIFA-nın 73-cü Konqresi keçiriləcək

Bu gün Ruandanın paytaxtı Kiqali şəhərində FIFA-nın 73-cü Konqresi keçiriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) xəbər verir ki, AFFA-nın baş katibi Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva Konqresdə iştirak edəcəklər. AFFA) xəbər verir ki, AFFA-nın baş katibi Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva Konqresdə iştirak edəcəklər.xeber100.com

Mart 16, 2023 3:09

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək. Günün ilk oyununda “Sumqayıt” klubu “Qarabağ”ı qəbul edəcək. “Sumqayıt” klubu 21 xalla turnir cədvəlində yeddinci, Ağdam təmsilçisi 68 xalla birinci pillədə qərarlaşıb. Günün ikinci matçında “Sabah” komandası “Zirə”nin qonağı olacaq. Meydan sahibləri 37 xalla dördüncü, “Sabah” isə 59 xalla ikinci yerdədir. Qeyd edək ki, XXVII turun "Səbail" - "Turan Tovuz" və "Neftçi" - "Kəpəz" oyunları martın 16-da, "Qəbələ" - "Şamaxı" görüşü isə martın 17-də keçiriləcək.xeber100.com

Mart 15, 2023 12:42

Azərbaycan Şahmat Federasiyası: Avropa çempionatına start veriləcək

Martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək. Azərbaycan Şahmat Federasiyası xəbər verir ki, 11 turdan ibarət qitə çempionatına 35 ölkədən zəka sahibləri qatılacaqlar. Azərbaycanı qitə çempionatında Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcəklər. Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edir. Qitə çempionatına martın 29-da yekun vurulacaq.xeber100.com

Mart 15, 2023 12:41

UEFA Konfrans Liqasında final mərhələsinin cavab matçlarına start veriləcək

Bu gün UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinin cavab matçlarına start veriləcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək. “Başakşehir” klubu Türkiyədə Belçikanın “Gent” komandasını qəbul edəcək. İstanbul təmsilçisi ilk görüşdə 1:1 hesablı heç-heçə edib. Qeyd edək ki, bu mərhələnin digər oyunları martın 16-da keçiriləcək.xeber100.com

Mart 15, 2023 12:39

FIFA futbol üzrə klublararası dünya çempionatının formatında dəyişiklik edib

FIFA futbol üzrə klublararası dünya çempionatının formatında dəyişiklik edib. Çempionat 2025-ci ildən 32 komandanın iştirakı ilə keçiriləcək. Turnirdə UEFA Çempionlar Liqasının 2021-2024-cü illərdəki qalibləri, Avropanın reytinqə görə ilk 8 klubu, Afrika, Asiya və Şimali Amerikanın hərəsindən 4, Cənubi Amerikadan 6, Avstraliyadan 1 və ev sahibi ölkənin 1 klubu iştirak edəcək. Qeyd edək ki, indiyədək çempionat altı komandanın iştirakı ilə təşkil olunurdu. Bunlar beş kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisi idi.xeber100.com

Mart 15, 2023 12:37

Futbol üzrə İtaliya A seriyasında 26-cı tura yekun vurulub

Futbol üzrə İtaliya A seriyasında 26-cı tura yekun vurulub. Turun son oyununda “Milan” öz meydanında “Salernitana”nı qəbul edib. “Rossonyerlər” bu oyunda qələbə qazana bilməyiblər. Görüş 1:1 hesabı ilə başa çatıb. “Milan”ın heyətində 45-ci dəqiqədə Jiru fərqlənib – 1:0. Matçın 61-ci dəqiqəsində Dia fərqlənərək hesaba tarazlıq gətirib -1:1. Beləliklə, hesabında 48 xal olan “Milan” dördüncü pillədə qalıb. “Salernitana” isə 26 xalla 16-cıdır.xeber100.com

Mart 14, 2023 2:41

Həndbolçuların Azərbaycan çempionatında növbəti oyunları keçirilib

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub. XV turda autsayder U-16 komandası ilə qarşılaşan “Qarabağ” pərəstişkarlarını inamlı qələbə ilə sevindirib – 51:20. Turun “Azərsu”–“İdman Akademiyası” matçında da sürpriz qeydə alınmayıb. Oyun meydançaya favorit qismində çıxan nominal qonaqların 42:19 hesablı qələbəsi ilə nəticələnib. XVI turun görüşləri də eyni ssenari ilə yadda qalıb. Bu dəfə meydançaya ev sahibi kimi çıxan “Qarabağ” U-16-nı daha böyük hesabla məğlub edib – 46:12. “İdman Akademiyası” həndbolçuları isə “Azərsu” komandasına göz açmağa imkan verməyib – 42:14. “Azəryol” 34 xalla çempionatın vahid lideridir. “İdman Akademiyası” ondan 8 xal geri qalır. “Qarabağ” 24 xalla üçüncüdür. “Azərsu”nun 9, U-16-nın 3 xalı var.xeber100.com

Mart 14, 2023 2:39
    Page 43 of 831« First«...102030...4142434445...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az