11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində

Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk oyununa çıxıb. Millimiz səfərdə Avstriya yığmasının qonağıdır. Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan matçda Avstriya millisinin start heyətində Haynts Lindner, Maksimilian Vöber, Kevin Danso, Nikolas Seyvald, Marsel Sabitzer, Mixael Qreqoritş, Filipp Muene, Kristof Baumqartner, Konrad Laymer, Patrik Vimmer və Qernot Trauner yer alıblar. Azərbaycan seçməsinin heyətində meydana Yusif İmanov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bəxtiyar Həsənalızadə, Riçard Almeyda və Ozan Can Kökçü çıxıblar. Qarşılaşmanı polşalı baş hakim Bartoş Frankovski idarə edir. Ona həmyerliləri Marcin Boniek və Yakub Vinkler kömək göstərirlər. Dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirir.xeber100.com

Mart 24, 2023 1:47

“Bolonya” futbol klubunun müdafiəçisi yenidən MLS-ə qayıdıb

İtaliyanın “Bolonya” futbol klubunun müdafiəçisi Qabriele Korbo yenidən MLS-ə qayıdıb. 23 yaşlı italiyalı futbolçu Kanadanın “Monreal” klubuna transfer olunub. Tərəflər 2023-cü il dekabrın 31-dək müqavilə imzalayıblar. Mərkəz müdafiəçisi daha əvvəl də icarə əsasında “Monreal”da forma geyinib. O, 2022-ci ilin yanvarından dekabrınadək bu komandada 17 rəsmi oyuna çıxıb. “Spetsiya”nın yetirməsi olan Korbo 2018-ci ilin yayından “Bolonya”da çıxış edirdi. Müdafiəçi “Askoli”də də icarədə oynayıb.xeber100.com

Mart 23, 2023 2:01

Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər. AFFA xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan U-19-un Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşlərində azərbaycanlı referilər iş başında olacaqlar. Martın 24-dəki görüşdə Kamran Əliyev ədalət təmsilçisi olacaq. Ona Asif Abdullayev və Rasim Axundov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şamil İmanzadə yerinə yetirəcək. Bundan üç gün sonra komandaların ikinci duelində əsas hakim Əli Əliyev olacaq. Orxan İbişov və Zakir Şükürzadə yan xətt, İslam Məmmədov isə ehtiyat hakim olacaq. Qeyd edək ki, hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.xeber100.com

Mart 23, 2023 1:57

Güləşçilər arasında Avropa çempionatı başa çatıb

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb. Qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub. Ötən il komanda hesabında çempion olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası adına sahib çıxıb. Beləliklə, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yerdə qərarlaşıb. Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub. Yığmamızın üzvlərindən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıblar.xeber100.com

Mart 20, 2023 12:14

Boksçular arasında dünya kuboku yarışlarına yekun vurulub

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku yarışlarına yekun vurulub. Azərbaycan Boks Federasiyası xəbər verir ki, millimiz 25 ölkədən 176 (58 qız, 118 oğlan) idmançının qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla başa vurub. Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından təmsilçimiz yarışı ikinci pillədə bitirib. Beləliklə, yığmamızın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Ö.Aslanlıdan əvvəl Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.xeber100.com

Mart 20, 2023 12:12

“Zirə” futbol klubu yoxlama matçı keçirəcək

“Zirə” futbol klubu milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə yoxlama matçı keçirəcək. Klub xəbər verir ki, paytaxt təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq. Martın 25-də Zirə İdman Kompleksində keçiriləcək görüş saat 16:00-da başlayacaq. Qeyd edək ki, "Zirə" Azərbaycan Premyer Liqasında 37 xalla turnir cədvəlində dördüncü, "Şamaxı" isə 20 xalla doqquzuncu pillədə qərarlaşıb.

Mart 20, 2023 12:06

Azərbaycan Taekvondo Federasiyası: Belçika çempionatı başa çatıb

Lommel şəhərində keçirilən taekvondo üzrə açıq Belçika çempionatı başa çatıb. Azərbaycan Taekvondo Federasiyası xəbər verir ki, G2 kateqoriyalı yarışı millimiz 1 gümüş və 2 bürünc medalla başa vurub. Yığmanın heyətində Səyyad Dadaşov (54 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar.xeber100.com

Mart 20, 2023 12:04

Azərbaycan Premyer Liqasının XXVII turunda…

Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”ın qonağı olan “Qarabağ” 6:0 hesabı ilə qalib gəlib. Nəticədə Qurban Qurbanovun yetirmələrinin səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb. Peşəkar Futbol Liqası xəbər verir ki, Ağdam klubu cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan Q.Qurbanovun yetirmələri sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”lə görüşdə məğlub olub – 1:3. Rəqib meydanında keçirilən son 23 qarşılaşmada 19 qələbəsi olan “Qarabağ” 4 dəfə heç-heçə edib. Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb. 1999-2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” mütləq rekordçu idi. “Qarabağ” bu göstəricini 22 ildən sonra təkrarlamağa nail olub. Ağdam təmsilçisi növbəti səfər qarşılaşmasında yeni rekord müəyyənləşdirə bilər.xeber100.com

Mart 19, 2023 12:16

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə beynəlxalq tədbir keçiriləcək

Bu il Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə daha bir beynəlxalq tədbir keçiriləcək. Federasiya xəbər verir ki, iyunun 17-də Dənizkənarı Milli Parkda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş gimnastika hamı üçün növü üzrə birinci beynəlxalq “Challenge” turniri təşkil ediləcək.xeber100.com

Mart 19, 2023 12:14

Azərbaycan Güləş Federasiyası: Güləş üzrə U-23 Avropa çempionatı davam edir

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyası xəbər verir ki, üç sərbəst güləşçimiz yarımfinala yüksəlib. Belə ki, yarımfinala Turan Bayramov (74 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) irəliləyiblər. T.Bayramov finala gedən yolda Kristian Biron (Rumıniya), A.Şabanov Andro Margişvili (Gürcüstan), V.Qalayev isə Solomon Manaşvili (Gürcüstan) ilə üzləşəcək. Ayxan Abdullazadə (61 kq) və Fərid Cabbarov (86 kq) ilk görüşlərində məğlub olublar. Onlar rəqibləri finala çıxsa, sabah təsəlliverici görüşə qatılacaqlar. Bu gün, həmçinin Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq) və İslam İlyasov (97 kq) qızıl medal uğrunda mübarizə aparacaq. Onlar finalda, müvafiq olaraq Xamzat Arsamerzoyev (Fransa), Hayk Papikyan (Ermənistan) və Oktay Çiftçi (Türkiyə) ilə güləşəcəklər. Nurəddin Novruzov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qarşılaşmalarına çıxacaqlar. Üçüncü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa)/Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, S.Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək. Avropa çempionatı martın 19-da başa çatacaq.xeber100.com

Mart 18, 2023 1:37
    Page 42 of 831« First«...102030...4041424344...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az