UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində

Martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki cavab görüşü keçiriləcək.Azərtac xəbər verir ki, mərhələnin maraq doğuran oyunu “Allianz” stadionunda baş tutacaq. İtaliyanın “Yuventus” klubu İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edəcək. Bu komandaların Madriddə keçirilən görüşündə meydan sahibləri üstün olublar – 2:0. Turin təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün üç top fərqi ilə qalib gəlməlidir.Turinlilərin heyətində Aleks Sandro cəzalı, Andrea Barzayyi və Sami Xedira isə zədəli olduqları üçün oyunda iştirak etməyəcəklər. Mattia De Şilyonun isə matçda iştirakı sual altındadır. Madrid klubunda isə Tomas Partey, Dieqo Koşta cəzalı, Filipe Luis və Lukas Ernandes zədəlidir. Dieqo Qodinin oyunda iştirak edib-etməməsi isə qarşılaşmanın başlanma saatlarında müəyyənləşəcək.Günün digər oyununda Almaniyanın “Şalke” klubu İngiltərə çempionu “Mançester Siti” komandasının qonağı olacaq. Səfərdə rəqibini 3:2 hesabı ilə üstələyən “şəhərlilər”ə bugünkü matçda heç-heçə də sərf edəcək. İngiltərə təmsilçisinin heyətində Klaudio Bravo və Kevin De Brüyne zədəli olduqları üçün meydana çıxa bilməyəcəklər. Nikolas Otamendi və Fernandinyo isə cəzalıdır. Qonaqların heyətində isə Alessandro Şöpf zədəlidir.Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Yuventus” - “Atletiko Madrid” görüşü “CBC Sport”, “Mançester Siti” - “Şalke” oyunu isə “İdman Azərbaycan” kanallarında birbaşa yayımlanacaq.xeber100.com

Mart 12, 2019 2:31

Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.Milli.az bildirir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Səbail"i qəbul edib. Baş hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.İlk yarıda tərəflərdən heç biri qol vura bilməyib. Fasilədən sonra "qırmızı-qaralar" sürətli qollarla istəklərinə çatıblar. Ceyms Adeniyi 49 və 55-ci dəqiqələrdə çoxgedişli kombinasiyaları dəqiq zərbələrlə tamamlayıb. Bununla da nigeriyalı yarımmüdafiəçi aktivindəki qolların sayını 8-ə çatdırıb.73-cü dəqiqədə isə "Qəbələ" azlıqda qalıb. Bəhlul Mustafazadə ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. "Səbail" say üstünlüyündən təsəlli qolunu vurmaqla yararlanıb. 84-cü dəqiqədə künc zərbəsindən sonra yeni transfer Elvin Yunuszadə başla topu tora göndərib. Qalan dəqiqələrdə qonaqlar hesabı bərabərləşdirmək imkanlarından yararlana bilməyiblər.Beləliklə, bu qələbə sayəsində xallarını 28-ə çatdıran "Qəbələ" 3-cü pillədəki "Səbail"lə xal fərqini 3-ə endirib.Qeyd edək ki, turun açılış oyununda "Keşlə" "Sabah"ı darmadağın edib - 3:0. "Qarabağ" - "Zirə" matçı isə qolsuz yekunlaşıb. Tura bu gün saat 16:30-da başlanacaq "Sumqayıt" - "Neftçi" matçı ilə yekun vurulacaq.xeber100.com

Mart 10, 2019 3:34