03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Şahmat Federasiyası: Avropa çempionatına start veriləcək

Martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək. Azərbaycan Şahmat Federasiyası xəbər verir ki, 11 turdan ibarət qitə çempionatına 35 ölkədən zəka sahibləri qatılacaqlar. Azərbaycanı qitə çempionatında Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcəklər. Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edir. Qitə çempionatına martın 29-da yekun vurulacaq.xeber100.com

Mart 15, 2023 12:41

UEFA Konfrans Liqasında final mərhələsinin cavab matçlarına start veriləcək

Bu gün UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinin cavab matçlarına start veriləcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək. “Başakşehir” klubu Türkiyədə Belçikanın “Gent” komandasını qəbul edəcək. İstanbul təmsilçisi ilk görüşdə 1:1 hesablı heç-heçə edib. Qeyd edək ki, bu mərhələnin digər oyunları martın 16-da keçiriləcək.xeber100.com

Mart 15, 2023 12:39

FIFA futbol üzrə klublararası dünya çempionatının formatında dəyişiklik edib

FIFA futbol üzrə klublararası dünya çempionatının formatında dəyişiklik edib. Çempionat 2025-ci ildən 32 komandanın iştirakı ilə keçiriləcək. Turnirdə UEFA Çempionlar Liqasının 2021-2024-cü illərdəki qalibləri, Avropanın reytinqə görə ilk 8 klubu, Afrika, Asiya və Şimali Amerikanın hərəsindən 4, Cənubi Amerikadan 6, Avstraliyadan 1 və ev sahibi ölkənin 1 klubu iştirak edəcək. Qeyd edək ki, indiyədək çempionat altı komandanın iştirakı ilə təşkil olunurdu. Bunlar beş kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisi idi.xeber100.com

Mart 15, 2023 12:37

Futbol üzrə İtaliya A seriyasında 26-cı tura yekun vurulub

Futbol üzrə İtaliya A seriyasında 26-cı tura yekun vurulub. Turun son oyununda “Milan” öz meydanında “Salernitana”nı qəbul edib. “Rossonyerlər” bu oyunda qələbə qazana bilməyiblər. Görüş 1:1 hesabı ilə başa çatıb. “Milan”ın heyətində 45-ci dəqiqədə Jiru fərqlənib – 1:0. Matçın 61-ci dəqiqəsində Dia fərqlənərək hesaba tarazlıq gətirib -1:1. Beləliklə, hesabında 48 xal olan “Milan” dördüncü pillədə qalıb. “Salernitana” isə 26 xalla 16-cıdır.xeber100.com

Mart 14, 2023 2:41

Həndbolçuların Azərbaycan çempionatında növbəti oyunları keçirilib

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub. XV turda autsayder U-16 komandası ilə qarşılaşan “Qarabağ” pərəstişkarlarını inamlı qələbə ilə sevindirib – 51:20. Turun “Azərsu”–“İdman Akademiyası” matçında da sürpriz qeydə alınmayıb. Oyun meydançaya favorit qismində çıxan nominal qonaqların 42:19 hesablı qələbəsi ilə nəticələnib. XVI turun görüşləri də eyni ssenari ilə yadda qalıb. Bu dəfə meydançaya ev sahibi kimi çıxan “Qarabağ” U-16-nı daha böyük hesabla məğlub edib – 46:12. “İdman Akademiyası” həndbolçuları isə “Azərsu” komandasına göz açmağa imkan verməyib – 42:14. “Azəryol” 34 xalla çempionatın vahid lideridir. “İdman Akademiyası” ondan 8 xal geri qalır. “Qarabağ” 24 xalla üçüncüdür. “Azərsu”nun 9, U-16-nın 3 xalı var.xeber100.com

Mart 14, 2023 2:39

İHİF İcraiyyə Komitəsinin növbədənkənar sessiyası keçirilib

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin 34-cü iclası və növbədənkənar Baş Assambleyasının sessiyası keçirilib. Tədbirdə Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu “Konya 2021” V İslam Həmrəyliyi Oyunları ilə bağlı hesabatla çıxış edib. Eyni zamanda İHİF-in Əsasnaməsinə dəyişikliklərin edilməsi ilə əlaqədar bir sıra önəmli məsələlər, həmçinin VI İslam Həmrəyliyi Oyunlarının keçirilməsi qaydaları ilə bağlı ən son yeniliklər müzakirə edilib.xeber100.com  

Mart 14, 2023 2:35

Azərbaycan Şahmat Federasiyası: Şahmatçılar arasında Avropa çempionatı keçirilib

Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı keçirilib. Azərbaycan Şahmat Federasiyası xəbər verir ki, şahmatçılarımızdan Nicat Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub. Bu nəticə ilə N.Abasov dünya kuboku yarışlarına vəsiqə əldə edib. Digər təmsilçimiz Əhməd Xaqan reytinqini artıraraq FIDE ustası titulunun normativini yerinə yetirib.xeber100.com

Mart 14, 2023 2:31

“Neftçi” klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb

“Neftçi” futbol klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb. Peşəkar Futbol Liqası xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XXVI turuna təsadüf edib. Bakı klubu səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib. Paytaxt təmsilçisi ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıb. Komanda evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib. Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub. Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan Ağdam təmsilçisi 505 dəfə rəqibini məğlub edib.xeber100.com

Mart 13, 2023 3:58

Futzal üzrə milli komandaların beynəlxalq reytinq cədvəli açıqlanıb

Futzal üzrə milli komandaların beynəlxalq reytinq cədvəli açıqlanıb. Azərbaycan yığması 1363 xalla 14-cü pillədə qərarlaşıb. Baş məşqçi Joze Alesionun yetirmələri ötən reytinq cədvəlinə əsasən mövqeyini qoruyub. Qeyd edək ki, siyahıya Braziliya millisi başçılıq edir. Yığmanın aktivində 1796 xal var. İspaniya (1772 xal) və Portuqaliya (1753) ilk üçlüyü tamamlayıblar.xeber100.com

Mart 13, 2023 3:56

“Barselona”nın qapıçısı La Liqada yeni rekorda imza atıb

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada yeni rekorda imza atıb. 30 yaşlı qolkiper cari mövsüm yerli çempionatda çıxdığı 25 oyunun 19-da qol buraxmayıb. Nəticədə o, belə nəticəyə imza atan ilk qapıçı adını qazanıb. Ter Ştegen 1993-1994-cü il mövsümündə La Liqada 25 oyunun 18-də qol buraxmayan "Deportivo"nun qapıçısı Fransisko Llanyonu ötüb. Qeyd edək ki, almaniyalı futbolçu 2014-cü ildən “Barselona”nın formasını geyinir.xeber100.com

Mart 13, 2023 3:54
    Page 43 of 830« First«...102030...4142434445...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az