04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Həndbolçuların Azərbaycan çempionatı davam edir

Qadın həndbolçuların Azərbaycan çempionatı davam edir.Azərtac Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın 14-cü turu da favoritlərin qələbəsi ilə yekunlaşıb. Çempionluğa iddialı komandalar növbəti iki xalı fərqli mübarizənin yekununda qazanıblar.“Azəryol” komandası “İdman Akademiyası” ilə oyunda ciddi müqavimətlə üzləşməyib. Nominal meydança sahibinin tam üstünlüyü ilə keçən görüş 38:23 hesabı ilə başa çatıb.Çempionatın lideri “Azərsu” ilə “Qarabağ”ın görüşü gözlənildiyindən də gərgin alınıb. Maraqlı mübarizə şəraitində keçən oyunun taleyi son dəqiqələrdə həll olunub. Güclü rəqibə qarşı başabaş oyun nümayiş etdirən “Qarabağ” çox çalışsa da, azarkeşlərini sevindirə bilməyib. Son nöqtəni qoymağı bacaran “Azərsu” 25:24 hesablı qələbə ilə nahaq yerə baş mükafata əsas namizəd sayılmadığını sübut edib.Hesabına 28-ci xalı yazdıran “Azərsu” turnir cədvəlində liderliyini davam etdirir. Bir oyun az keçirən “Azəryol” liderdən 4 xal geri qalır. Üçüncü yerdə qərarlaşan “Qarabağ”ın 14 xalı var. “İdman Akademiyası” və “Olimpiya” komandaları hərəyə 7 xalla sonrakı pillələri bölüşürlər. “Gənclər Birliyi”nin hələ də xalı yoxdur.xeber100.com

Fevral 18, 2019 12:40

“Paris Sen-Jermen” futbol klubu rekorda imza atıb

Fransanın “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Kilian Mbappe Liqa 1 çempionatının XXV turunda rekorda imza atıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, “Sent-Etyen”lə görüşdə qələbə qolunu vuran (0:1) hücumçu tarixə düşüb. İyirmi yaşlı fransalı müdafiəçi son 45 ildə Fransa çempionatında 19 oyunda 18 dəfə fərqlənən ilk futbolçu olub. O, komanda yoldaşı Edinson Kavanini (17 qol) üstələyib.Qeyd edək ki, Mbappe cari mövsümdə “Paris Sen-Jermen”nin heyətində 29 oyunda 24 qol vurub.xeber100.com

Fevral 18, 2019 12:36

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda

Çin idmançısı Linqlinq Lyu Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda qadınlar arasında batut üzrə fərdi proqramda qızıl medal (57.050 bal) qazanıb.Trend-in məlumatına görə, ikinci yerə Kanada təmsilçisi Rozanna Maklennan (56.245), üçüncü yerə isə yaponiyalı Tisato Doihata (55.800) layiq görülüb.Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.xeber100.com

Fevral 17, 2019 12:00

“İnter” klubunun müdafiəçisi “Mançester Yunayted”ə keçə bilər

"İnter"in müdafiəçisi Milan Şkrinyar yayda "Mançester Yunayted"ə keçə bilər.Milli.az xəbər verir ki, sloveniyalı futbolçu hazırda "qırmızı şeytanlar"ın əsas transfer hədəfi hesab olunur. Mankunyanlar daha əvvəl 23 yaşlı oyunçu üçün İtaliya klubuna 60 milyon avro təklif etsələr də, rədd cavabı almışdılar. İnter aparıcı üzvü üçün 90 milyon avro tələb edir. Bu mövsümün sonunda "Mançester Yunayted" rəhbərliyinin sözgedən məbləği ödəyərək, Milanı alacağı iddia olunur.Qeyd edək ki, Şkrinyar "İnter"ə 2017-ci ilin yayında 34 milyon avro qarşılığında "Sampdoria"dan keçmişdi. Onun Milan təmsilçisi ilə 2022-ci ilin iyun ayına qədər müqaviləsi var.xeber100.com

Fevral 17, 2019 11:57

“Borussiya” klubu müqavilə müddətini uzadıb

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sançoya təkliflər gəlməkdə davam edir.Milli.az xəbər verir ki, budəfəki təklif daha cəlbedici olub.Belə ki, "Mançester Yunayted" də 18 yaşlı vinger uğrunda mübarizəyə qoşulub. "Qırmızı şeytanlar" hətta rəqiblərini qabaqlayaraq rəsmi təklif də göndərib. Belə ki, "mankunianlar" İngiltərə millisinin üzvü üçün 80 milyon avro ilə almanların qapısını döyüb. Keçid reallaşarsa, transfer məbləğinin 15 faizi "Mançester Siti"yə çatacaq. Çünki "şəhərlilər"in yetirməsi olan Sanço 2017-ci ildə "Borussiya"ya keçərkən klublar bunda ortaq məxrəcə gəliblər.Qeyd edək ki, Ceydon Sançonun "Borussiya" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.xeber100.com

Fevral 16, 2019 3:07

“Neftçi” futbol klubu daha bir transfer həyata keçirib

"Neftçi" PFK daha bir transfer həyata keçirib.Trend klubun saytına istinadən məlumat verir ki, moldovalı futbolçu Petru Raku ilə mövsümün sonunadək müqavilə bağlanıb.31 yaşlı müdafiəçi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.Qeyd edək ki, sonuncu klubu "Şerif” (2017-2018) olan P.Raku Moldovanın "Zimbru” (2005-2007), "Veris” (2013-2014), "Milsami” (2015-2017), İsveçin "Norrçöpinq” (2007-2011), Finlandiyanın "MüPa-47” (2008) və Danimarkanın "Hyörrinq” (2012) klublarında da çıxış edib. O, Moldova milli komandasının heyətində 47 oyun keçirib.xeber100.com

Fevral 16, 2019 3:01

Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilir

Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir.Trend-in məlumatına görə, turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.Qeyd edək ki, 2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək.xeber100.com

Fevral 16, 2019 2:56

BATE futbol klubu “Arsenal” komandasına qalib gəlib

Belarusun BATE futbol klubu Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Arsenal" komandasına qalib gəlib.Trend-in məlumatına görə, Borisovda keçirilən matç 1:0 hesabı ilə başa çatıb. Oyunda yeganə qolu 45-ci dəqiqədə Stanislav Draqun vurub.Oyunun 56-cı dəqiqədə Aleksandr Lyakazettin vurduğu qol oyundan kənar vəziyyət olduğundan qeydə alınmayıb. Oyunun sonlarında (85-ci dəqiqə) Lyakazaett kobud oyuna görə meydandan çıxarılıb.Bu oyun komandalar arasında keçirilən 3-cü oyun olub. Daha öncə, komandalar Avropa Liqasının 2017-2018-ci il mövsümündə qrup mərhələsi çərçivəsində qarşılaşıblar. Hər iki oyunda "topçular" qalib gəlib (6:0, 4:2).xeber100.com

Fevral 15, 2019 7:17

2030-cu ildə futbol üzrə dünya çempionatının təşkili üçün…

Argentina, Çili, Paraqvay və Uruqvay prezidentləri 2030-cu ildə futbol üzrə dünya çempionatının təşkili üçün birgə ərizə təqdim etmək qərarına gəliblər.Trend-in məlumatına görə, dövlət başçıları FIFA-ya 1930-cu ildə Uruqvayda keçirilmiş ilk dünya çempionatının 100 illiyinin bayram edilməsi barədə ümumi mövqelərini çatdıracaqlar.Bundan əvvəl Uruqvayın idman naziri Fernando Kaseres bəyan etmişdi ki, ölkəsi 2030-cu ildə dünya çempionatlarının 100 illik yubileyini qeyd etmək istəyir, lakin bunu tək təşkil etmək imkanı yoxdur.Qeyd edək ki, sonuncu - 2018-ci il dünya çempionatı Rusiya keçirilib. Növbəti mundial isə 2022-ci ildə Qətərdə təşkil ediləcək.xeber100.com

Fevral 15, 2019 7:13

UEFA Avropa Liqasının final mərhələsi çərçivəsində

Fevralın 14-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsi çərçivəsində 15 oyun keçiriləcək.Azərtac xəbər verir ki, 8 oyunu Bakı vaxtı ilə saat 21:55-də, qalan 7-si isə saat 00:00-da başlayacaq.Mərhələnin oyunları aşağıdakılardır: 21:55. "Krasnodar" (Rusiya) – "Bayer" (Leverkuzen, Almaniya) 21:55. "Slaviya" (Praqa, Çexiya) - "Genk" (Belçika) 21:55. "Latsio" (İtaliya) - "Sevilya" (İspaniya) 21:55. "Rapid" (Vyana, Avstriya) - "İnter" (İtaliya) 21:55. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya) 21:55. "Renn" (Fransa) – "Betis" (İspaniya) 21:55. BATE (Belarus) - "Arsenal" (İngiltərə) 21:55. "Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Ukrayna) 00:00. "Brügge" (Belçika) - "Zalsburq" (Avstriya) 00:00. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə) 00:00. "Seltik" (Şotlandiya) - "Valensiya" (İspaniya) 00:00. "Sportinq" (Portuqaliya) - "Villyareal" (İspaniya) 00:00. "Sürix" (İsveçrə) - "Napoli" (İtaliya) 00:00. "Viktoriya" (Plzen, Çexiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 00:00. "Şaktyor" (Donetsk, Ukrayna) - "Ayntraxt" (Frankfurt, Almaniya) Qeyd edək ki, bu mərhələnin ilk oyununda “Fənərbağça” doğma azarkeşlər önündə Rusiyanın “Zenit” klubunu 1:0 hesabı ilə üstələyib.Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.xeber100.com

Fevral 14, 2019 12:52
    Page 432 of 830« First«...102030...430431432433434...440450460...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az