Peşəkar Futbol Liqası tərəfdaşlıq müqaviləsi imzalayıb

Peşəkar Futbol Liqası (PFL) və “Modern Hospital” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. PFL xəbər verir ki, müqaviləni liqanın media və marketinq direktoru Sənan Abdullayev və “Modern Hospital”ın marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azər Rza imzalayıblar. Sənan Abdullayev bildirib ki, idman, xüsusən də futbol sahəsində böyük təcrübəyə malik “Modern Hospital”la tərəfdaş olmaq çox xoşdur. Bilirik ki, futbol klubları ilə əməkdaşlıq etmisiniz. Bu, bizim üçün də sevindirici haldır. Qarşıda geniş planlarımız olduğundan bizi daha gərgin iş gözləyir. Əməkdaşlarımızın bu yeniliklərə daha sağlam, daha hazırlıqlı olması üçün sizinlə tərəfdaşlığımızın önəmli rol oynayacağına əminik. Ümid edirik ki, bu anlaşmadan hər iki tərəf razı qalacaq və tərəfdaşlığımız uzunmüddətli olacaq. Azər Rza da öz növbəsində anlaşmadan məmnunluq ifadə edərək deyib: “İdman sahəsində fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq bizim üçün artıq ənənə halını alıb. Bu sahədə beynəlxalq təcrübəyə sahib tibbi personalımıza güvənimiz sonsuzdur. Bunun məntiqi nəticəsidir ki, hər il onlarla beynəlxalq idman yarışının tibbi tərəfdaşı oluruq”. Tərəflər arasında tərəfdaşlıq müqaviləsi 1 il müddətinə nəzərdə tutulub.xeber100.com

Mart 1, 2023 2:56

Azərbaycan Şahmat Federasiyası silsilə tədbirlər keçirəcək

. Bu barədə federasiyadan məlumat verilib. Bildirilib ki, federasiya “Heydər Əliyev İli”nə həsr olunan geniş tədbirlər planını təsdiqləyib. İl ərzində paytaxt Bakıda və digər şəhərlərdə Ulu Öndərə həsr olunan yerli və beynəlxalq turnirlər təşkil ediləcək. Silsilə tədbirlər sırasında Bakıda və digər regionlarda 100 lövhədə eyni anda seanslar, rapid yarışlar, tanınmış azəraycanlı şahmatçıların gənclərlə görüşü, beynəlxalq OPEN turniri və digər tədbirlər daxil edilib. Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası ölkədə fəaliyyət göstərən şahmat məktəblərinə qədim oyunla bağlı ləvazimatların təqdim olunmasına başlayıb. Artıq Quba və Bakının bir neçə məktəbinə müvafiq şahmat vəsaitləri hədiyyə olunub. Azərbaycanda zəngin tarixə malik şahmatın inkişaf strategiyasının əsası ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradılıb. Ulu Öndərin qayğısı və dəstəyi sayəsində dünya idmanına Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və digər nəhəng şahmatçılar bəxş olunub.xeber100.com

Fevral 28, 2023 2:20

Azərbaycan Cüdo Federasiyasının məlumatı əsasında…

Çoxsaylı beynəlxalq turnirlərin qalibi və mükafatçısı Elmar Qasımov peşəkar cüdo karyerasını bitirməyə qərar verib.Bu barədə Azərbaycan Cüdo Federasiyasını məlumatlandırıb. Elmar Qasımov bildirib ki, cüdo onun həyatında mühüm rol oynayıb: “Karyeram boyu hər zaman dövlətimizin başçısı İlham Əliyevin bütün idmançılara olduğu kimi, mən də diqqətini və qayğısını hiss etmişəm və buna görə də Azərbaycan Prezidentinə dərin minnətdarlığımı bildirirəm. Həmçinin bu yolda məni müşayiət edən məşqçilərimə – Fərhad Məmmədova, Əli Dəvrişova, Ağayar Axundzadəyə, Hacıağa Hacıəhmədova, Mövlud Mirəliyevə, o cümlədən əldə etdiyim nailiyyətlərdə mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Hazırda hədəflərim başqadır və diqqətimi yeni planlarıma yönəltmək istəyirəm”. İdmançı karyerası müddətində çoxsaylı uğurlara imza atıb. O, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvanda keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanaraq himnimizi səsləndirib və bayrağımızı qaldırıb. Elmar Qasımov dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionatının üçqat mükafatçısıdır. İki dəfə nüfuzlu “Masters” turnirinin qalibi olan cüdoçu “Böyük dəbilqə” və Qran-Pri yarışlarında, ümumilikdə 18 medal qazanıb.xeber100.com

Fevral 27, 2023 1:33

Boksçular arasında beynəlxalq turnirə yekun vurulub

Rumıniyanın Arad şəhərində yeniyetmə və gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub. İyirmi beş ölkədən 361 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisi 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb. Azərbaycan Boks Federasiyası xəbər verir ki, bu medallardan 11-nə yeniyetmə boksçularımız sahib olublar. Aradda həlledici görüşlərdə rinqə 9 təmsilçimiz çıxıb ki, onlardan da 2 çəki dərəcəsində yığma üzvləri bir-birini sınağa çəkib. Azərbaycan finalında Əli Baxışov Bilalhəbaşi Nəzərova (46 kq), Tərlan Əhmədov Kənan Aslanlıya (63 kq) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər 5 finalçımızın rəqibi isə rumıniyalı idmançılar olub. Bu duellərdən 4-də təmsilçilərimiz qələbə qazanıblar. Sübhan Babayev (48 kq) Stefan Bankuni, Elbrus Kərimli (54 kq) Kladio Çeraliunu (Rumıniya), Orucəli Cavadzadə (57 kq) Antonio İordanı (Rumıniya), Mirhəsən İbrahim (60 kq) Daniel Qriqorieni (Rumıniya) məğlub edərək qızıl medala yiyələniblər. İlkin Məmmədli (+80 kq) və Aleksandru Butoi arasında keçirilən görüşdə rəqib qalib gəldiyindən həmyerlimiz ikinci yeri tutub. Komandanın bürünc medallarına Vaqif Hacıyev (57 kq) və Rüstəm Neymətov (66 kq) sahib olublar. Gənclərdən ibarət yığmanın heyətində isə Ömər Aslanlı (54 kq) bütün rəqiblərinə qalib gələrək, Rumıniyada Azərbaycan himnini səsləndirib. O, finalda ukraynalı Rəsul Quliyevi məğlub edib. Millinin aktivinə bürünc medalları Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi 48 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Aslan Quliyev (63,5 kq), İlfan Xəlilli (80 kq) və Səbuhi Əlizadə (92 kq) yazdırıblar. Beləliklə, yeniyetmə boksçularımız 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə 1 qızıl və 6 bürünc mükafata yiyələniblər. Qeyd edək ki, komanda martın 1-də Bakıya qayıdacaq.xeber100.com

Fevral 27, 2023 1:30