“Qəbələ” boks klubu “Leather Gloves” komandası ilə qarşılaşacaq

“Qəbələ” idman klubunun boksçuları Ukraynada təşkil olunan təlim-məşq toplanışını başa vurub. Oktyabrın 4-də başlayan hazırlıq prosesini yekunlaşdıran boksçularımız bu gün start götürəcək klublararası beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.Azərtac xəbər verir ki, yarışa qatılan 4 komandanın iştirakı ilə püşkatma və çəki mərasimləri, həmçinin klub nümayəndələrinin qatıldığı mətbuat konfransı təşkil olunub. “Qəbələ”nin boks bölməsinin rəhbəri Fariz Məmmədov və baş məşqçi Ramiz Mirkamilov jurnalistlərin suallarını cavablandırıb, konfrans zalına toplaşanlara klubun boks bölməsi haqda, həmçinin nailiyyətlər və gələcək planlar barədə məlumat veriblər.Püşkün nəticələrinə görə, bu gün keçiriləcək ilk döyüşlərdə “Qəbələ”nin rəqibi “Leather Gloves” (Özbəkistan) klubu olacaq. Klubların 7 çəki dərəcəsindəki təmsilçiləri Krivoy-Roq şəhərindəki turnirdə üz-üzə gələcəklər. “Qırmızı-qaralar”ı rinqdə Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqos (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlıdır (91 kq-dan yuxarı) təmsil edəcəklər.Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Digər matçda isə DKD (Gürcüstan) və yerli KB-75 klubları qarşılaşacaqlar. Qalib komandalar oktyabrın 12-də final, məğlub klublar isə 3-cü yer uğrunda matçda görüşəcəklər.xeber100.com

Oktyabr 11, 2018 1:21

Türkiyə Superliqasının VIII turuna yekun vurulub

Oktyabrın 7-də Futbol üzrə Türkiyə Superliqasının VIII turuna yekun vurulub.Turun son oyununda turnir cədvəlinin dördüncü pilləsində yer alan “Beşiktaş” komandası səfərdə “Konyaspor”la qarşılaşıb.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesabı 31-ci dəqiqədə meydan sahibləri açıblar. Domaqoy Vidanın cərimə meydançasında əllə oynamasından sonra qonaqların qapısına penalti təyin olunub. Bu qayda pozuntusuna görə baş hakim “Beşiktaş”lı futbolçuya ikinci sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub. Mustafa Yatabara on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, komandasını hesabda irəli çıxardıb - 1:0.Fasilədən sonra baş hakim Ümit Öztürk İstanbul təmsilçisinin qapısına ikinci dəfə penalti təyin edib. Lakin Mustafa Yatabara bu dəfə imkandan yararlana bilməyib.Yetmiş doqquzuncu dəqiqədə “Beşiktaş”ın hücumçusu Vaqner Lov baş zərbəsi ilə hesabı bərabərləşdirib - 1:1. Bundan 1 dəqiqə sonra isə Rayan Babelin ötürməsini qola çevirən Cermeyn Lens komandasını hesabda önə çıxardıb - 2:1. Lakin oyuna əlavə edilmiş dəqiqələrdə ev sahibi komanda Paolo Hurtadonun vurduğu qolla hesaba tarazlıq gətirib - 2:2.Beləliklə, “Beşiktaş” təxminən altmış dəqiqə 10 nəfər oynadığı görüşdə heç-heçə edərək, xallarının sayını 15-ə yüksəldib turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib.Səkkiz oyundan sonra 18 xal toplayan “Qalatasaray” turnir cədvəlində ilk sıradadır. Hər birinin aktivində 15 xal olan “Başakşehir”, “Beşiktaş” və “Kasımpaşa” ikinci-dördüncü yerləri bölüşürlər. On üç xalı olan "Trabzonspor" beşincidir.xeber100.com

Oktyabr 8, 2018 12:28