08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Həndbol üzrə Azərbaycan çempionatının ikinci turu başlayıb

Qadınlar arasında həndbol üzrə Azərbaycan çempionatının ikinci turu başlayıb.Azərtac Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, turun ilk günündə Gürcüstanın “Olimpiya” komandası ilə qarşılaşan “Azərsu” həndbolçuları 34:21 hesabı ilə asan qələbə qazanıblar.Oktyabrın 13-də keçiriləcək turun digər oyunlarında “Gənclər Birliyi” komandası “Azərsu” ilə, “Azəryol” isə “Qarabağ” kollektivi ilə üz-üzə gələcək.xeber100.com

Oktyabr 8, 2018 12:25

2018-ci ilin ən yaxşı futbolçularının adları açıqlanıb

FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.Azərtac xəbər verir ki, siyahıya ilk olaraq beş namizədin adı daxil edilib. İlk beşlikdə Serxio Aqüero (“Mançester Siti”; Argentina), Qaret Beyl (“Real Madrid”; Uels), Kərim Benzema (“Real Madrid”; Fransa), Alisson Bekker (“Liverpul”; Braziliya), Edinson Kavani (“PSG”; Uruqvay) yer alıblar.Mükafat uğrunda 30 futbolçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq.“Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Parisdə keçiriləcək. Təqdimetmə mərasimində, həmçinin ilk dəfə olaraq ən yaxşı gənc oyunçu və ən yaxşı qadın futbolçuya da mükafatlar təqdim ediləcək.“France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi bu mükafatı ən çox qazanan futbolçulardır – hərəyə beş dəfə.xeber100.com

Oktyabr 8, 2018 12:23

Boks Federasiyasının məlumatına görə…

Yeniyetmə boksçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Oktyabrın 8-dən 17-dək Rusiyanın Anapa şəhərində keçiriləcək Avropa birinciliyində ölkəmiz 7 deyil, 8 idmançı ilə təmsil olunacaq.Azərbaycan Boks Federasiyasından Azərtac-a bildiriblər ki, milli komandamız oğlanların yarışı ilə yanaşı, qızların da mübarizəsində çıxış edəcək. Komandamızın heyətinə Zeynəb Rəhimova (57 kq) əlavə olunub. Boksçumuz yarışa baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə qatılacaq.Oğlanlardan ibarət yığmamızın baş məşqçisi Vaqif Kazımov qitə çempionatında Əli Zamanov (48 kq), Əzrək Bəbirov (54 kq), Eldar Babayev (60 kq), Elmir Novruzov (63 kq), Mehman Quliyev (70 kq), Murad Allahverdiyev (80 kq) və Əhməd Əhmədova (+80 kq) şans verəcək.Boksçularımız oktyabrın 8-də gecə saatlarında Anapa şəhərinə yola düşəcəklər.xeber100.com

Oktyabr 8, 2018 12:12

Voleybol komandası dünya çempionatının II mərhələsində

Bu gün voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ilk oyununa çıxıb.Milli.az bildirir ki, komandamız İtaliya yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 (25:12, 25:19, 15:10) hesablı qələbəsi ilə yekunlaşıb.Millimiz növbəti oyununu oktyabrın 8-də Çin yığmasına qarşı keçirəcək."F" qrupunda İtaliya millisi 18 xalla birinci pillədə qərarlaşıb. ABŞ 16 xalla ikinci, Rusiya 15 xalla üçüncü, Çin 12 xalla dördüncü, Tailand 10 xalla beşinci yerdədir. Hesabında 9 xal olan Türkiyə yığması altıncıdır. Azərbaycan və Bolqarıstan isə 6 xalla yeddinci-səkkizinci pilləni bölüşürlər.Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə adlayacaqlar.xeber100.com

Oktyabr 7, 2018 2:41

“Ştutqart” futbol klubu Bundesliqanın son turunda

Almaniyanın "Ştutqart" klubu Bundesliqanın son turunda "Hannover"ə məğlubiyyətdən sonra (1:3) baş məşqçi Tayfun Korkutla bağlı qərar verib.Milli.az xəbər verir ki, klub rəhbərliyi uğursuz nəticələrə görə baş məşqçi Tayfun Korkut və köməkçiləri İliya Ararik, Steven Çerundolo ilə yollarını ayırdığını açıqlayıb."Ştutqart" bu mövsüm Bundesliqada keçirdiyi 7 oyunda 1 qələbə qazana bilib, 4 oyunda məğlub olub, 2 heç-heçə edib."Ştutqart" bu ilin iyun ayında türk mütəxəssis və köməkçiləri ilə 2020-ci ilədək nəzərədə tutulmuş yeni müqavilə imzalamışdı.xeber100.com

Oktyabr 7, 2018 2:33

UEFA Millətlər Liqasındakı növbəti iki oyun üçün heyət açıqlanıb

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı növbəti iki oyun üçün heyəti açıqlanıb.Milli.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 23 oyunçuya dəvət göndərib.Həmin futbolçular oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta ilə qarşılaşmada baş məşqçinin ixtiyarında olacaqlar."23-lük"dən yalnız 5 nəfər karyerasını ölkə xaricində davam etdirir ki, bunlar Pavel Paşayev, Riçard Almeyda, Dmitri Nazarov, Ramil Şeydayev və Rüfət Dadaşovdu.Qapıçılar: Kamran Ağayev ("Keşlə"), Səlahət Ağayev ("Neftçi"), Şahruddin Məhəmmədəliyev ("Qarabağ").Müdafiəçilər: Maksim Medvedov, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Məhəmməd Mirzəbəyov ("Neftçi"), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi "Qəbələ"), Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna).Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi "Qarabağ"), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi "Neftçi"), Rahid Əmirquliyev ("Səbail"), Cavid İmamverdiyev ("Sabah"), Riçard Almeyda ("Astana", Qazaxıstan), Dmitri Nazarov ("Aue", Almaniya).Hücumçular: Mahir Mədətov ("Qarabağ"), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proysen", Almaniya), Ruslan Qurbanov ("Səbail").xeber100.com

Oktyabr 6, 2018 6:31

Çempionlar Liqasının II turunda…

İtaliya təmsilçisi "Napoli"nin baş məşqçisi Karlo Ançelotti komandasını Çempionlar Liqasının (ÇL) II turunda İngiltərə "Liverpul"u ilə matça qeyri-adi formada motivasiya edib.Milli.az xəbər verir ki, 59 yaşlı italiyalı mütəxəssis evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan əvvəl futbolçulara "Napoli"nin "Liverpul" ilə görüşün autsayderi olmasına dair yazılı mətbuatdan bir neçə başlıq və televiziyalarda yayımlanan sujetlər göstərib.Baş məşqçi bundan sonra üzünü futbolçulara tutaraq belə söyləyib: "Buna nə deyirsiniz? Biz çıxaq və "Liverpul"a xoşagəlməz sürpriz edək?"Qeyd edək ki, "Napoli" ÇL-də 4 xalla C qrupunun lideridir.xeber100.com

Oktyabr 6, 2018 6:24

XVIII dünya çempionatının təqvimi müəyyənləşib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Yaponiyada təşkil olunan XVIII dünya çempionatının ikinci mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.Azərtac xəbər verir ki, voleybolçularımız ikinci mərhələdə Çin, İtaliya, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupda mübarizə aparacaqlar.Millimiz oktyabrın 7-də İtaliya, bir gün sonra Çin, ayın 10-da Türkiyə, ertəsi gün isə Bolqarıstan ilə qarşılaşacaq.Yığmamız ilk mərhələdə Koreya Respublikasına (3:1) və Trinidad və Tobaqoya (3:0) qalib gəlsə də, ABŞ-a (0:3), Rusiyaya (0:3) və Tailanda (3:1) məğlub olub.Qeyd edək ki, oktyabrın 20-də başa çatacaq dünya çempionatı 3 mərhələ və pley-offdan (yarımfinal və final) ibarətdir.xeber100.com

Oktyabr 5, 2018 1:31

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb

Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.Azərtac xəbər verir ki, Azərbaycan siyahıda bir pillə geriləyərək 18,500 xalla 27-ci mövqeyə enib. Əvəzində eyni xala malik Qazaxıstan 26-cı pilləyə yüksəlib.Dəyişikliyə “Qarabağ”ın İngiltərənin “Arsenal” klubuna 0:3 hesablı məğlubiyyəti və “Astana”nın Fransanın “Renn” klubunu 2:0 hesabı ilə qalib gəlməsi səbəb olub.Qeyd edək ki, siyahıya 89,712 xalla İspaniya başçılıq edir. İngiltərə 67,748 xalla ikinci, İtaliya 67,725 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə isə 32,200 xalla 10-cu yerdədir.xeber100.com

Oktyabr 5, 2018 1:21

Həndbol Federasiyasının məlumatına görə…

Azərbaycan Həndbol Federasiyasının hakimləri kişilər arasında keçirilən “Challenge Cup” yarışlarına təyinat alıblar.Federasiyadan Azərtac-a bildiriblər ki, beynəlxalq dərəcəli hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları “Selka” (Türkiyə)-“OIF Arendal” (Norveç) oyununu idarə edəcəklər.Qarşılaşma oktyabrın 6-da Eskişehir şəhərindəki “Porsuk” idman salonunda keçiriləcək.xeber100.com

Oktyabr 5, 2018 12:38
    Page 474 of 831« First«...102030...472473474475476...480490500...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az