43-cü Ümumdünya Şahmat Olimpiadası finişə yaxınlaşır

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadası finişə yaxınlaşır.Azərtac xəbər verir ki, yarışların sonuna üç tur qalmış Azərbaycanın hər iki yığmasının mükafatçılar sırasında olmaq şansı var.Bu gün keçiriləcək doqquzuncu turda Azərbaycanın kişilərdən ibarət komandasının rəqibləri çinli idmançılar olacaq, qızlarımız isə ukraynalı şahmatçılarla qarşılaşacaqlar.Olimpiadanın başa çatmasına üç tur qalmış aktivində 15 xal olan ABŞ yığması yeganə liderdir. İkinci yerdə amerikalılardan bir xal geri qalan Polşa yığması gedir. Azərbaycan, Hindistan, Fransa, Çin, Ermənistan, Almaniya və İngiltərə komandalarının hərəsi 13 xal qazanıb.Qadınların yarışında liderliyi hərəsi 14 xal toplamış Çin və Ukrayna yığmaları bölüşdürürlər. Səkkizinci turda bu komandaların hər ikisi böyük hesabla qələbə qazanıb: Çin idmançıları Rumıniyanın komandasını uddular – 3,5:0,5, ukraynalılar ermənistanlı rəqiblərindən daha güclü olublar – 3:1.ABŞ, Macarıstan, Azərbaycan, Ermənistan və Qazaxıstan komandalarının hərəsinin aktivində 13 xal var.Bu gün Azərbaycan-Çin matçında Şəhriyar Məmmədyarov - Dinq Liren, Teymur Rəcəbov - Yu Yanqyi, Arkadi Naydiç - Vey Yu və Eltac Səfərli - Bu Syanci cütlükləri, Azərbaycan - Ukrayna görüşündə isə Günay Məmmədzadə - Anna Muzıçuk, Xanım Balacayeva - Marina Muzıçuk, Gülnar Məmmədova - Anna Uşenina və Ülviyyə Fətəliyeva - Yuliya Osmak cütlükləri qarşılaşacaqlar.43-cü Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də başa çatacaq.xeber100.com  

Oktyabr 3, 2018 1:17

UEFA Çempionlar Liqasının ikinci turuna start verilir

Oktyabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilir.azərtac xəbər verir ki, E qrupunda yer alan Almaniyanın “Bavariya” klubu “Alyanz Arena”da Hollandiyanın “Ayaks” komandasını qəbul edəcək. Portuqaliya çempionu “Benfika” isə səfərdə Yunanıstanın AEK klubunun qonağı olacaq.İlk turda “Ayaks” doğma meydanda AEK-ı (3:0), “Bavariya” isə səfərdə “Benfika”nı məğlub edib (2:0).F qrupunda yer alan Almaniyanın “Hoffenhaym” klubu doğma meydanda İngiltərə çempionu “Mançester Siti” komandasını qəbul edəcək. Qrupun digər qarşılaşması Fransada oynanılacaq. “Lion” Ukraynanın “Şaxtyor” klubunu qəbul edəcək. İkinci turda “Mançester Siti” qalib gəlməyə çalışacaq, çünki ilk turda doğma meydanda “Lion”a gözlənilmədən məğlub olub (2:1). “Şaxtyor” – “Hoffenhaym” oyununda isə qalib müəyyənləşməyib (2:2).UEFA Çempionlar Liqasının son qalibi İspaniyanın “Real Madrid” klubu G qrupunda səfərdə Rusiyanın MOİK komandasının qonağı olacaq. İtaliyanın “Roma” klubu isə doğma meydanda “Olimpiko” stadionunda Çexiya təmsilçisi “Viktoriya Plzen” klubunu qəbul edəcək.İlk turda “Viktoriya Plzen” klubu ilə sonuncu dəqiqələrdə vurduğu qolla MOİK 2:2 hesabı ilə heç-heçə edib, “Real Madrid” isə “Santyaqo Bernabeo” stadionunda “Roma”nın qapısından üç cavabsız top keçirib.H qrupunda yer alan İtaliyanın “Yuventus” klubu doğma meydanda İsveçrənin “Yanq Boyz” klubu ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupun digər qarşılaşması isə İngiltərədə baş tutacaq. “Mançester Yunayted” İspaniyanın “Valensiya” klubunu qəbul edəcək.UEFA Çempionlar Liqasının ilk turunda “Yuventus” klubu səfərdə “Valensiya” ilə oyunda 29-ci dəqiqədə əsas qol silahı sayilan Kriştianu Ronaldusuz qalıb. Buna baxmayaraq rəqibin qapısından iki cavabsız top keçirdib. “Mançester Yunayted” isə səfərdə “Yanq Boyz” klubu üzərində böyük hesablı qələbə qazanıb (3:0).Qeyd edək ki, “Hoffenhaym” – “Mançester Siti” və “Yuventus” - “Yanq Boyz” oyunu Bakı vaxtı ilə saat 20:55-də, digər qarşılaşmalar isə saat 23:00-da başlayacaq.xeber100.com

Oktyabr 2, 2018 11:00