Ümumdünya Boks Şurasının 56-cı konqresinə start verilib

Ümumdünya Boks Şurasının (WBC) 56-cı konqresinə start verilib. Kiyevdə təşkil olunan tədbirdə “Qəbələ” idman klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov da iştirak edir. Azərbaycanın peşəkar boks üzrə ilk dünya çempionu tədbirə fəxri qonaq qismində dəvət olunub.Azərtac xəbər verir ki, konqresə 160 ölkədən 700-dən artıq qonaq qatılıb. Fəxri qonaqlar arasında Lennoks Lyuis, Evander Holifild, Oskar de la Xoyya, Xulio Sezar Çaves kimi dünya boksunun əfsanələri də yer alıblar. Konqresin Təşkilat Komitəsinin rəhbəri isə ukraynalı Vitali Kliçkodur.Tədbirin ilk günündə bir sıra görüşlər təşkil olunub. Tanınmış boksçular konqres çərçivəsində təşkil olunan “Əfsanələrlə birlikdə” beynəlxalq turnirinin iştirakçılarının açıq məşqinə qatılıblar. Fariz Məmmədov müxtəlif illərdə dünya çempionu olan əfsanələr ukraynalı Vladimir Kliçko, böyük britaniyalı Amir Xan, meksikalı Xulio Sezar Çaves, ABŞ təmsilçiləri Evander Holifild, Şon Porter, Marvin Haqler, panamalı Roberto Dyuran və digər ulduzlarla görüşüb.Konqresin rəsmi açılış mərasimi, həmçinin Vitali Kliçko və əfsanələrdən birinin iştirakı ilə mətbuat konfransı da təşkil olunub. Oktyabrın 2-də isə ukraynalı əfsanə ulduz qonaqlarla uşaqlara yardım evində olacaq. Ardınca bokssevərlər üçün ulduzlardan avtoqraf almaq imkanı yaradılacaq. Konqres oktyabrın 5-dək davam edəcək.xeber100.com

Oktyabr 1, 2018 1:21

Ümumdünya Şahmat Olimpiadasında 5-ci turun oyunları keçirilir

Gürcüstanın Batumi şəhərində təşkil olunan 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün 5-ci turun oyunları keçirilir. Kişi şahmatçılardan ibarət yığmamız Ermənistan komandası ilə, qadın təmsilçilərimiz isə Yunanıstan yığması ilə qələbə uğrunda mübarizə aparacaqlar.Azərbaycan-Ermənistan matçında Levon Aronyan-Şəhriyar Məmmədyarov, Qabriel Sarkisyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Arkadi Naydiç və Hayk Martirosyan-Rauf Məmmədov qarşılaşmaları gözlənilir. Azərbaycan-Yunanıstan qarşılaşmasında isə Anna-Mariya Botsari-Zeynəb Məmmədyarova, Stavroula Solakidu-Xanım Balacayeva, Anastasiya Avromidu-Gülnar Məmmədova və Xaritomeni Markantonaki-Ülviyyə Fətəliyeva yarışacaqlar.Azərtac xəbər verir ki, Batumi Olimpiadasının dördüncü turunda Azərbaycan yığması qələbə qazanıb. Kişi şahmatçılarımız 3,5:0,5 hesabla İngiltərə yığmasına qalib gəlib, qadın təmsilçilərimiz isə 1,5:2,5 hesabla ABŞ komandasına məğlub olublar. Komandaya qələbəni Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov qazandırıb, Arkadi Naydiç üçüncü şahmat taxtası arxasında heç-heçə oynayıb. ABŞ-la qarşılaşmada isə Xanım Balacayeva qələbə qazanıb, Gülnar Məmmədova “sülh” bağlayıb, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova məğlub olublar.Dörd turdan sonra 3 komandanın – Azərbaycan, Polşa və Çinin hərəsinin aktivində 8 xal var.xeber100.com

Sentyabr 28, 2018 2:17