06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Neftçi” futbol klubu yoxlama oyunu keçirəcək

Hazırlığı davam etdirən "Neftçi" və "Neftçi-2" komandaları arasında yoxlama oyunu keçiriləcək.Milli.Az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayılıb. Məlumatda bildirilir ki, sentyabrın 9-da klubun bazasında baş tutacaq görüş saat 11:00-da start götürəcək.Xatırladaq ki, "Neftçi" sentyabrın 16-da evdə "Keşlə", "Neftçi-2" isə bundan 2 gün əvvəl səfərdə "Kəpəz"lə qarşılaşacaq.xeber100.com

Sentyabr 8, 2018 9:22

İtaliya millisinin hücumçusu “Barselona”ya keçə bilər

İtaliya millisi və "Sassuolo"nun hücumçusu Domeniko Berardi gələn yay "Barselona"ya keçə bilər.Milli.az xəbər verir ki, 24 yaşlı futbolçu ispan klubunun maraq dairəsinə düşüb. Luis Suaresin yaşının artdığını nəzərə alan Kataloniya təmsilçisi gələcəkdə uruqvaylı ulduzu məhz italiyalı forvardla əvəzləməyi düşünür.Qeyd edək ki, "Sassuolo"nun heyətində indiyə qədər 196 oyun keçirən Berardi 68 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Sentyabr 8, 2018 9:13

Cüdo üzrə dünya çempionatının heyəti açıqlanıb

Finlandiya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Bakı mundialında 4 finlandiyalı cüdoçu tatami üzərinə çıxacaq.Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Aatu Laamanen və Jaakko Alliyə (hər ikisi 90 kq) şans verəcək.Qadınların mübarizəsində isə Katri Kakko (52 kq) və Emilia Kanerva (63 kq) birincilik uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.xeber100.com

Sentyabr 7, 2018 2:45

UEFA Millətlər Liqasının ikinci turunda…

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının ikinci turunda Malta ilə keçirəcəyi səfər oyununun hakimləri məlum olub.Azərtac xəbər verir ki, sentyabrın 10-da keçiriləcək qarşılaşmanı Montoneqrodan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Nikola Dabanoviç olacaq. Ona Milutin Cukiç və Yovitsa Tatar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandar Cikanoviç yerinə yetirəcək. Milovan Milaçiç və Miloş Boşkoviç isə baş hakimin əlavə köməkçiləri qismində fəaliyyət göstərəcəklər. Oyunun hakim-inspektoru lüksemburqlu Luk Vilymas, UEFA nümayəndəsi isə ingiltərəli Qrem Hover olacaq.Azərbaycan milli komandasının Malta ilə keçirəcəyi oyun “Ta Qali Milli” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.xeber100.com

Sentyabr 7, 2018 2:38

Badminton Federasiyası reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, Ukraynanın Xarkov şəhərində keçirilən “RSL Kharkiv International-2018" turnirində finala yüksələn badmintonçumuz Edi Reski Dviçayo siyahıda 38 pillə irəliləyib. Aktivində 11 min 900 reytinq xalı olan Dviçayo 139-cu sıradadır.Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə reytinqdə 85 pillə irəliləyib. Hesabında 4478 xalı olan Ezmi siyahıda 286-cıdır. Edi və Ezmi cütü badmintonçuların qoşa yarışlarında da irəliləyişə nail olub. Siyahıda 9 pillə irəliləyən Edi-Ezmi tandemi 142-ci sıradadır.xeber100.com

Sentyabr 7, 2018 2:36

İspaniyanın Birinci Futbol Liqasında…

İspaniyanın Birinci Futbol Liqasında (La Liqa) çıxış edən “Real Madrid” klubunun 2017-2018-ci il mövsümündəki gəliri 750,9 milyon avroya çatıb.Anadolu informasiya agentliyi xəbər verir ki, “Real Madrid” komandasının ötən mövsümlə bağlı dərc etdiyi maliyyə hesabatına əsasən, klubun fəaliyyətindən gələn gəlirlər bundan öncəki mövsümlə müqayisədə 11,3 faiz artaraq 750,9 milyon avro təşkil edib.Hesabata oyunçu transferlərindən əldə olunan qazanclar daxil edilməsə də, 76 milyon avroluq artım 2000-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.Borcu olmayan paytaxt təmsilçisinin ardıcıl üçüncü dəfə mövsümü gəlirlə başa vurduğu bildirilir.xeber100.com

Sentyabr 7, 2018 2:32

Şahmat üzrə dünya çempionatı başlayıb

Bu gün Türkiyənin Qəbzə şəhərində yaşı 20-dən çox olmayan şahmatçı gənclər arasında dünya çempionatının birinci partiyaları oynanılacaq. Yarışların startına 65 ölkədən 268 idmançı - 168 oğlan və 100 qız çıxacaq. Yarışlar İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.Azərtac xəbər verir ki, yuniorlar arasında çempionatın reytinq-favoritləri Parxam Maqsudlu (2649, İran), Yorden van Foreyest (2624, Niderland) və Aleksandr Donçenkodur (2614, Almaniya).Bu turnirdə Azərbaycanı beynəlxalq ustalar Vüqar Əsədli, Ülvi Sadıxov, Məhəmməd Muradlı və Nail Başirli, FIDE ustası Kənan Qarayev və Məhəmməd İsmayılov təmsil edəcəklər.Qızların yarışında Stavrula Solakidu (Yunanıstan, 2393), Davaabemberel Nomin-Erdene (2377, Monqolustan) və Bibisara Assaubayeva (Rusiya, 2371) reytinq-favoritlər statusunda çıxış edəcəklər.Qızların yarışlarında ölkəmizi beynəlxalq qrossmeyster Aydan Höcətova, FIDE ustası Gövhər Beydullayeva və Aytac Heydərova təmsil edəcəklər.Çempionatın oyun günləri 5-9 sentyabr və 11-15 sentyabr tarixləridir.xeber100.com

Sentyabr 6, 2018 1:15

“CIES Football Observatory” şirkətinin açıqlamasına əsasən…

İsveçrənin futbol statistikası ilə məşğul olan “CIES Football Observatory” şirkəti klubların 2010-2018-ci illərdə transfer bazarında fəaliyyətinin yekunlarını açıqlayıb.Azərtac xəbər verir ki, Fransanın “Monako” klubu oyunçuların satışından əldə olunan gəlirin miqdarına görə liderdir. Bu komanda 950 milyon avro qazanıb.Ən çox gəlir əldə edən klubların beşliyinə İngiltərənin “Liverpul” (683 milyon), İtaliyanın “Roma” (680 milyon), İspaniyanın “Barselona” (628 milyon) və “Real” (625 milyon) da daxildir.xeber100.com

Sentyabr 6, 2018 1:12

64 xanalı dama üzrə dünya çempionatına yekun vurulub

Polşanın Mlava şəhərində xüsusi qrup insanlar arasında keçirilən 64 xanalı dama üzrə dünya çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmsilçisi, Azərbaycan və Avropa çempionu, beynəlxalq usta Pərviz Həsənov yarışda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb. İdmançımız İsveçrə sistemi üzrə keçirilən mötəbər turnirdə 7 tura 13 xal toplayaraq (6 qələbə, 1 heç-heçə) dünya çempionatının qızıl medalına sahib olub.xeber100.com

Sentyabr 6, 2018 1:08

UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasına start veriləcək

Sentyabrın 6-də UEFA-nın yeni təsis etdiyi qitə miqyaslı yeni futbol turnirinə - Millətlər Liqasına start veriləcək.Azərtac xəbər verir ki, turnirin açılış oyunu Azərbaycan milli komandasının da yer aldığı “D” liqasında baş tutacaq. Qazaxıstan millisi “Astana Arena”da Gürcüstan yığmasını qəbul edəcək. Azərbaycan yığma komandası isə sentyabrın 7-də Bakıda Kosovo millisi ilə üz-üzə gələcək.UEFA Millətlər Liqasının formatı və reqlamenti 2014-cü il dekabrın 4-də təsdiqlənib. Millətlər Liqasında çıxış edən 55 milli komanda hər birində dörd qrupun olduğu dörd liqada (“A”, “B”, “C”, “D”) mübarizə aparacaq. “A” liqasında UEFA-nın milli komandaların reytinq siyahısında ilk 12 sırada qərarlaşan yığmalar yer alıblar. Belə ki, bu liqada Almaniya, Portuqaliya, Belçika, İspaniya, Fransa, İngiltərə, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya və Niderland yığmaları hər birində üç komanda olan dörd qrupda yarışacaqlar.UEFA-nın reytinq siyahısında 13-24-cü yerlərdə qərarlaşan digər 12 komanda - Avstriya, Uels, Rusiya, Slovakiya, İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina, Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə “B” liqasında hər birində üç millinin olduğu dörd qrupda mübarizə aparacaq.xeber100.com

Sentyabr 6, 2018 1:03
    Page 483 of 830« First«...102030...481482483484485...490500510...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az