02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Basketbol Liqasında 18-ci turun iki oyunu keçirilib

Fevralın 18-də Azərbaycan Basketbol Liqasında 18-ci turun iki oyunu keçirilib. “Sərhədçi” İdman Mərkəzində keçirilən ilk oyun “Sabah BK” və “Gəncə BK” basketbolçuları arasında olub. Oyunun birinci hissəsində “Sabah BK” qalib olsa da, gəncəlilər yekunda 81-76 hesabı ilə qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: “Sabah BK” (Entoni Patti - 17 xal, 10 ribaund), “Gəncə BK” (Cordan Endryus - 19 xal, 10 ribaund). Günün ikinci oyununda paytaxt klubu “Neftçi İK”, region komandası “Olimpik Şəki BK” basketbolçularını qəbul edib. İlk perioddan üstünlüyü ələ alan paytaxt klubu yekunda 88-69 hesabı ilə qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: “Neftçi İK” (Yuri Kondrakov - 29 xal, 10 ribaund), “Olimpik Şəki BK” (Davante Kuper - 13 xal, 5 ribaund). Qeyd edək ki, turun son oyunu fevralın 19-da Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara BK”- “Sərhədçi PİK” arasında keçiriləcək.xeber100.com

Fevral 18, 2023 2:44

Formula 1 üzrə dünya çempionatına hazırlıq mərhələsi davam edir

Formula 1 üzrə dünya çempionatına hazırlıq mərhələsi davam edir. Komandalar yeni bolidlərini ictimaiyyətə təqdim edirlər. “Maklaren”, “Ferrari” və “Mercedes” komandalarından sonra “Alpin” də ənənəyə sadiq qalıb. Fransa təmsilçisi sürət həvəskarlarını yeni yarış avtomobili ilə tanış edib. Martın 5-də Bəhreyndə start götürəcək ilk Qran-Pridən etibarən “Alpin” “A523” indeksli bolidi ilə mübarizəyə qoşulacaq. Komanda ilk 3 yarışda titul sponsoru BWT şirkətinə dəstək məqsədilə çəhrayı rəngli boliddə mübarizə aparacaq. Ötən mövsüm komanda 173 xalla Mühəndislər kubokunda dördüncü yeri tutub. İkiqat dünya çempionu Fernando Alonsonun “Aston Martin”ə keçidindən sonra bu ildən Fransa komandasının uğurları üçün iki yerli pilot Pyer Qasli ilə Esteban Okon mübarizə aparacaq.xeber100.com

Fevral 17, 2023 2:21

Azərbaycan Futzal Federasiyası: Yüksək Liqada XIV turun oyun cədvəli açıqlanıb.

Futzal üzrə Yüksək Liqada XIV turun oyun cədvəli açıqlanıb. Azərbaycan Futzal Federasiyası xəbər verir ki, matçlar fevralın 23-də “Olimpik Star”da keçiriləcək. Oyun günündə “Record club” – “Baku Fire”, “Alyans” – U-19 və “Araz-Naxçıvan” – “Neftçi” matçları keçiriləcək.xeber100.com

Fevral 17, 2023 2:19

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda ötən gün “Qarabağ”ın qonağı olan “Gent” Ağdam klubuna təşəkkür edib. Belçika təmsilçisi bununla bağlı klubun feysbuk səhifəsində paylaşım edib. Paylaşımda qeyd olunub: “Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, “Qarabağ”. Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək”. Qeyd edək ki, “Qarabağ” klubu “Gent”ə 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.xeber100.com

Fevral 17, 2023 2:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. Turun açılış oyununda “Kəpəz” klubu “Şamaxı”nı qəbul edib. Gəncə şəhər stadionunda oynanılan qarşılaşma “Kəpəz”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Abdullahi Şauybu və Mate Kvirkviya (2 top) fərqləniblər. “Şamaxı”nın qollarını isə Fuad Bayramov və Rəhman Daşdəmirov vurublar. Qeyd edək ki, turun "Qəbələ" - "Sumqayıt" və "Neftçi" - "Səbail" matçları fevralın 18-də, "Zirə" - "Qarabağ" və "Sabah" - "Turan Tovuz" görüşləri fevralın 19-da keçiriləcək.xeber100.com

Fevral 17, 2023 2:15

Batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb

Kanada milli komandasının fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb. Böyüklər arasında təşkil olunacaq yarışda iki kanadalı batutçu – Qabriella Flinn və Bonham Maya medallar uğrunda mübarizə aparacaq. Turnirdə Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.xeber100.com  

Fevral 16, 2023 1:48

Futbol üzrə Braziliya milli komandasının yeni baş məşqçisi dəqiqləşib

Futbol üzrə Braziliya milli komandasının yeni baş məşqçisi dəqiqləşib. Bu vəzifəyə Ramon Menezes təyin edilib. Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Menezes baş məşqçinin səlahiyyətlərini müvəqqəti yerinə yetirəcək. Əlli bir yaşlı mütəxəssis bundan əvvəl ölkəsinin 20 yaşadək futbolçulardan ibarət yığmasına başçılıq edib. Komanda onun rəhbərliyi ilə öz yaş qrupu üzrə son dünya çempionatının qalibi olub. Qeyd edək ki, Ramon Menezes bu postda son dünya çempionatından sonra istefa verən Titeni əvəzləyib.xeber100.com

Fevral 16, 2023 1:46

Cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək

Bu gün Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək. Turnirin birinci günündə tatami üzərinə Azərbaycanın üç cüdoçusu çıxacaq. Belə ki, Balabəy Ağayev Matan Kokolaev (İsrail) – Brayan Qarbo (Ekvador) cütünün qalibi, Tural Bayramov (hər ikisi 60 kq) Mohammed Raşnonejad (qaçqınlar komandası), Orxan Səfərov (66 kq) isə argentinalı Hoakin Tovaqliari ilə qarşılaşacaq. Azərbaycan milli komandası turnirdə yeddi çəki dərəsində 10 cüdoçu ilə təmsil olunacaq. Üç gün davam edəcək yarışda 52 ölkədən 398 idmançı iştirak edəcək.xeber100.com

Fevral 16, 2023 1:44

UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək. Ağdam təmsilçisi Bakıda Belçikanın "Gent" komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş bu gün saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq. Bu, Azərbaycan və Belçika təmsilçilərinin avrokuboklarda 11-ci görüşü olacaq. "Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu mərhələsində Fransanın "Marsel" komandasına məğlub olaraq (1:3, 0:3) avrokuboklarla vidalaşıb. Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.xeber100.com  

Fevral 16, 2023 1:42

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində fevralın 16-da keçiriləcək “Qarabağ” – “Gent” (Belçika) qarşılaşmasının hakimləri açıqlanıb. “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Mohammed Al-Hakim olacaq. Ona Fredrik Klyver və Robin Vilde kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək. Oyunun hakim-inspektoru estoniyalı Uno Tutk, UEFA nümayəndəsi İrlandiya təmsilçisi Peadar Ryan olacaq. “Qarabağ”- “Gent” oyunu saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.xeber100.com

Fevral 15, 2023 3:40
    Page 49 of 830« First«...102030...4748495051...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az