Güləş üzrə dünya çempionatı keçirilib

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə yeniyetmələrin dünya çempionatı keçirilib. Çempionatda iştirak edən yığma komandamızın üzvləri ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.Azərtac xəbər verir ki, ilk olaraq sərbəst güləşçilərin mübarizəsi ilə başlayan çempionatda yığmamız məşqçi Vahid Məmmədovun rəhbərliyi altında mübarizə aparıb, 2 qızıl və 1 bürünc medalla komanda hesabında 4-cü olub. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə bürünc medal qazanıb. Turan Bayramov həm də ötən ay keçirilən Avropa çempionatının qalibi olaraq yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqə qazanıb.Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında beş idmançı ilə dünya çempionatına qatılan yeniyetmə qızlarımız çempionatı 1 gümüş medalla başa vurublar. Turnirdə 43 kiloqram çəki dərəcəsində mübarizə aparan Şahanə Nəzərova yalnız final görüşündə məğlub olaraq çempionatı ikinci sırada tamamlayıb.Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında 7 güləşçi ilə yarışa qatılan yunan-Roma yığmamız 1 gümüş və 3 bürünc medal qazanıb. Yalnız final görüşündə uduzan Sərxan Məmmədov (110 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) qazandırıblar.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.xeber100.com

İyul 9, 2018 10:23

Futzal Federasiyasının dünya çempionatı ilə bağlı hədəfi açıqlanıb

İyulun 4-də Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.Azərtac xəbər verir ki, federasiyanın prezidenti Zaur Axundovun rəhbərliyi ilə keçirilən iclasda son 10 il ərzində görülmüş işlərə, həm milli, həm də klub səviyyəsində qazanılmış uğurlara toxunulub.Z.Axundov AFFA rəhbərliyinin bu sahənin inkişafı üçün federasiyaya böyük dəstək verdiyini qeyd edib, milli komandanın 2020-ci ildə keçiriləcək dünya çempionatı ilə bağlı hədəfini açıqlayıb.Qeyd edilib ki, dünya çempionatına ilk dəfə 2016-cı ildə vəsiqə qazanan millimizin növbəti mundialın iştirakçısı olması üçün də lazımi şərait yaradılacaq. Strategiyanın saxlanılması şərti ilə gənc futzalçıların milliyə dəvət edilməsi üçün də işlərin görüləcəyi vurğulanıb.Başa çatmış futzal mövsümü haqda müzakirələr aparılıb, eyni zamanda liqalarda yeni mövsümün təşkili və görüləcək işlər barədə tapşırıq verilib.Federasiyanın strukturunda da dəyişikliklər edilib. Vitse-prezident Rəşad Həsənov tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad olunması barədə müraciət edib. Zaur Hacı-Məhərrəmov yarışların təşkili və keçirilməsi üzrə koordinator, Fərrux Hüseynzadə isə mütəxəssis vəzifəsinə təyin olunub.Mövsümün startı ərəfəsində isə federasiyanın İcraiyyə Komitəsinə seçkilər keçiriləcək. Ağarza Rzayev, Turqay Fərzəliyev və Mahmud Sadıqov İcraiyyə Komitəsinin üzvlüyünə, Rəmiş Malıyev isə vitse-prezident vəzifəsinə namizəddir.Z.Axundov tez bir zamanda yeni mövsümün əsasnaməsinin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi, federasiyanın rəsmi saytının yaradılması və istifadəyə verilməsi ilə bağlı tapşırıq verib.Qeyd edək ki, Futzal Federasiyası əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, gündəlik iş prosesində istifadə məqsədilə Bakı İdman Sarayının rəhbərliyinə müvafiq otaqların ayrılması üçün müraciət edib. Müraciət müsbət cavablandırılıb.xeber100.com

İyul 5, 2018 12:16

İspaniya Futbol Federasiyası axtarışları davam etdirir

İspaniya Futbol Federasiyası yığmanın baş məşqçi postuna axtarışları davam etdirir. İlk namizədlərdən biri “Barselona” klubunun və İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Xavidir.Azərtac xəbər verir ki, buna səbəb isə İspaniya millisinin Rusiyada keçirilən dünya çempionatında səkkizdəbir final mərhələsində ev sahiblərinə məğlub olmasıdır.Daha öncə, məşqçi lisenziyasını alan 38 yaşlı ispaniyalı 2019-cu ilin yanvarından “Əl-Sədd”in sükanı arxasına keçəcəyi barədə xəbərlər yayılmışdı. Onunla yanaşı, federasiyanın siyahısına son olaraq Belçika millisinin çalışdırıcısı Roberto Martinesin adı əlavə olunub.Qeyd edək ki, Kike Sançes Flores, Luis Enrike, Miçel, Pako Xemes və Kike Setyenin də adı İspaniya millisi ilə birgə hallanır.Xatırladaq ki, futbol üzrə dünya çempionatının başlamasına bir gün qalmış İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib. İyunun 12-də Xulen Lopeteqinin dünya çempionatından sonra “Real Madrid” komandasına rəhbərlik edəcəyi açıqlanmışdı. Bu xəbər İspaniya millisində birmənalı qarşılanmayıb.İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales X.Lopeteqinin dərhal istefasını tələb edib. Xilen Lopeteqinin istefaya göndərilməsindən sonra bu vəzifəyə yığmanın idman direktoru Fernando Hierro təyin olunub.xeber100.com

İyul 5, 2018 12:09