06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Barselona” futbol klubu 2018-ci il dünya çempionatında

“Barselona” klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi 2018-ci ilin dünya çempionatında komandasının perspektivlərini qiymətləndirib.Azərtac xəbər verir ki, futbolçu deyib: “Mən “Barselona” ilə çempionluğu yığmanın heyətində çempionluğa dəyişərdim. Argentina yığması ilə bu titulu qazanmaq unikal hadisə olardı”.L.Messi daha sonra deyib: “Amma dünya çempionu ola biləcəyimiz, çünki yaxşıların yaxşısı olduğumuz barədə məlumatlar yaymaq lazım deyil. Reallıq başqadır.Qrupdakı rəqiblərimizə gəldikdə isə İslandiya sonuncu Avropa çempionatında göstərdi ki, hər hansı komanda üçün çətin opponentdir.Xorvatiya yığmasının yaxşı yarımmüdafiəçiləri var. Onlar İspaniya yığması tərzində, amma daha zəif oynayırlar. Nigeriyaya gəldikdə isə bu yığma bizə həmişə meydan oxuyub”.xeber100.com

May 29, 2018 12:01

Qazaxıstan millisi yoldaşlıq görüşü üçün heyətini açıqlayıb

Futbol üzrə Qazaxıstan millisi Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyətini açıqlayıb.Azərtac xəbər verir ki, baş məşqçi Stanimir Stoilov oyuna 24 futbolçu dəvət edib.Heyətdə qapıçılar - Nenad Eriç ("Astana"), Vladimir Plotnikov ("Kayrat"), müdafiəçilər - Sergey Malıy, Yuri Loqvinenko, Dmitri Şomko, Yevgeni Postnikov, Abzal Baysebekov (hamısı "Astana), Qafurjan Suyumbayev, Stanislav Lunin, Yan Voroqovski, Nuralı Alip (hamısı "Kayrat"), yarımmüdafiəçilər - Serikjan Mujikov, Baxtiyor Zaynutdinov (hər ikisi "Astana"), Bauırjan İslamxan, Maqomed Paraqulqov, İslambek Kuat, Georgi Jukov (hamısı "Kayrat"), Maksim Fedin ("Tobol"), Yerkebulan Tunqışbayev ("Ordanbası"), hücumçular - Roman Murtazayev, Aleksey Şetkin (hər ikisi "Astana"), Vyaçeslav Şvıryov ("Kayrat"), Bauırjan Turısbek ("Tobol") və Yerkebulan Seydaxmet ("Ufa", Rusiya) yer alıblar.Qeyd edək ki, Qazaxıstan millisi iyunun 1-də Astanada toplaşacaq. Oyun isə iyunun 5-də “Astana Arena”da təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.xeber100.com

May 29, 2018 11:56

Pauerliftinq üzrə Avropa çempionatı keçirilib

Fransanın Berk-sur-Mer şəhərində paralimpiyaçı idmançılar arasında pauerliftinq üzrə Avropa çempionatı keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə yığmasının üzvü Aytən Bağırova 52 kiloqramlıq nəticə ilə bürünc medal qazanıb.xeber100.com

May 29, 2018 11:54

Milli komandalar arasında yoldaşlıq oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan və Qırğızıstan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.Azərtac xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər idarə edəcəklər. Yoldaşlıq oyununun baş hakimi Ali Palabıyık olacaq. Ona həmyerliləri Serkan Olguncan və İbrahim Çağlar Uyarcan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.Azərbaycan-Qırğızıstan yoldaşlıq oyunu Bakı Olimpiya Stadionunda saat 20:00-da start götürəcək. Bu, millimizin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü sınağı olacaq. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.Qeyd edək ki, millimiz Qırğızıstanla oyundan sonra iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoldaşlıq oyunu keçirəcək.xeber100.com

May 29, 2018 11:50

“Liverpul” klubu “Monako”nun yarımmüdafiəçisi ilə müqavilə imzalayıb

İngiltərənin “Liverpul” klubu “Monako”nun braziliyalı yarımmüdafiəçisi Fabinyo ilə müqavilə imzalayıb.Azərtac klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, transferin məbləği 50 milyon avrodur. Fabinyo rəsmi olaraq iyulun 1-də “Liverpul”un stadionu “Enfil”də təqdim olunacaq. Futbolçu 2015-ci ildə “Rio Ave” komandasından “Monako”ya transfer olunmuşdu.“Mən bu klubun tarixinin bir hissəsi olmaq üçün böyümək, öyrənmək, və inkişaf etməyə çalışacağam. Belə bir böyük tarixə malik olan klubun təklifini çox düşünmədim. Çox xoşbəxtəm ki, “Liverpul” mənimlə maraqlandı”, – deyə Fabinyo bildirib.xeber100.com  

May 29, 2018 11:46

Milli komandanın futbolçusu karyerasını “Mattersburq”da davam etdirəcək

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib.Azərtac xəbər verir ki, 22 yaşlı hücumçu karyerasını Avstriya Bundesliqasında çıxış edən “Mattersburq”da davam etdirəcək. Bu barədə klub prezidenti Martin Puxer açıqlamasında məlumat verib. Avstriya mətbuatı gənc hücumçunu “Zalsburq”a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb. “Mattersburq” cari mövsümdə Bundesliqanı 36 oyunda 46 xal yığaraq 6-cı pillədə başa vurub.Qeyd edək ki, Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev 2016-cı ilin yayında “Trabzonspor”la dördillik müqavilə bağlayıb. O, 2017-ci ilin yanvarında Slovakiyanın “Zilina”, ötən ilin yayında isə “Qarabağ” klubuna icarəyə verilib. R.Şeydayev bu komandaların heyətində Slovakiya və Azərbaycan çempionu olub.xeber100.com

May 29, 2018 11:35

Azərbaycan kubokunun final matçı keçiriləcək

Bu gün Azərbaycan kubokunun final matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulacaq.Azərbaycanda Cümhuriyyətin 100 illik yubileyi gününə təsadüf edən finalda “Keşlə” və “Qəbələ” qarşılaşacaq. İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyacaq.Qəbələdəki qələbə iki dəfə çempion, bir dəfə “Birlik Kuboku”nun qalibi olan bakılılar üçün ümumilikdə 4-cü titul ola bilər. Doğma meydanda nominal qonaq olacaq “Qəbələ” isə I dəstə çempionluğu sayılmasa, tarixinin ilk titulunu əldə etməyə iddialıdı. Görüş həm də Azərbaycanın Avropa Liqasındakı son təmsilçisini müəyyənləşdirəcək. Bakılılar Avropaya yollanmaq üçün mütləq kubok qazanmalıdır,“Qəbələ” isə artıq avrokuboklara vəsiqəni təmin edib. Əyalət klubu qalib gəlsə, qitənin ikinci dərəcəli klub turnirindəki son təmsilçimiz “Zirə” olacaq.xeber100.com

May 28, 2018 11:43

2017/18 mövsümünün rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında 2017/18 mövsümünün rəmzi komandası açıqlanıb.Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi siyahıda 18 futbolçu yer alıb.“18-lik”dən səkkizi yarışın qalibi “Real”ın üzvləridir.Qapıçılar: Keylor Navas (“Real”), Alisson bekker (“Roma”);Müdafiəçilər: Serxio Ramos, Marselo, Rafael Varan (hamısı “Real”), Coşua Kimmix (“Bavariya”), Corcio Kyellini (“Yuventus”), Virgil van Diyk (“Liverpul”);Yarımmüdafiəçilər: Kazemiro, Luka Modriç, Toni Kroos (hamısı “Real”), Kevin de Bruyne (“Mançester Siti”), Xames Rodriges (“Bavariya”);Hücumçular: Kriştianu Ronaldo (“Real”), Məhəmməd Salah, Roberto Firmino (hər ikisi “Liverpul”), Edin Dzeko (“Roma”), Lionel Messi (“Barselona”).xeber100.com

May 28, 2018 11:38

2017/18 mövsümünün final oyunu keçirilib

Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gəlib.Ardıcıl iki il Avropanın ən güclüsü olan "kral klubu" bu dəfə də rəqibinə şans verməyib. Matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə Benzema fərqlənib.Bundan 5 dəqiqə sonra Mane hesabda tarazlıq yaradıb."Real"ın baş məşqçisi Zidanın etdiyi dəyişiklik isə matça damğasını vurub. Sonradan oyuna daxil olan Beyl iki qol vuraraq komandasına qələbə qazandırıb. UEFA Çempionlar Liqası Final 26 may “Real” (İspaniya) – “Liverpul” (İngiltərə) - 3:1 Qollar: Benzema, 51, Beyl, 64, 83 - Mane, 55 Baş hakim: Milorad Maziç (Serbiya).xeber100.com

May 27, 2018 1:53

Çempionlar Liqasında final oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçiriləcək.Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gələcək.Bir tərəfdə iki ildi kuboku heç kimə verməyən “kral klubu”, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan “qırmızılar”.12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan “kral klubu” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədirsə, ÇL-in beşqat qalibi “Liverpul” möhtəşəm hücum “trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir.Rəqibindən fərqli, “Real” Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. “Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen zədə ucbatından meydana çıxa bilməyəcək. UEFA Çempionlar Liqası Final 26 may 22:45. “Real” (İspaniya) – “Liverpul” (İngiltərə) Baş hakim: Milorad Maziç (Serbiya) Kiyev, Olimpiya stadionu.xeber100.com

May 26, 2018 9:02
    Page 514 of 830« First«...102030...512513514515516...520530540...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az