02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Sevilya”nın futbolçusu karyerasını “Başakşehir”də davam etdirəcək

“Sevilya”nın futbolçusu Adnan Yanuzay karyerasını “Başakşehir”də davam etdirəcək. Belçikalı yarımmüdafiəçi cari mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisində oynayacaq. Qeyd edək ki, Yanuzay 2022-ci ilin avqustunda İspaniya klubuna transfer olunub. O, bu komandada 6 matçda meydana çıxıb.xeber100.com

Fevral 3, 2023 2:44

Cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkü atılıb

Fevralın 4-də Parisdə start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkü atılıb. Turnirdə mübarizə aparacaq Azərbaycan cüdoçularının da ilk rəqibləri müəyyənləşib. Püşkə əsasən, Balabəy Ağayev (60 kq) Matteus Takaki (Braziliya) – Petros Kristodolides (Kipr) cütünün, Yaşar Nəcəfov (66 kq) isə Cae-Onq An (Koreya Respublikası) – Cerard Kadet (Haiti) görüşünün qalibi ilə qarşılaşacaq. Nurlan Osmanov (73 kq) israilli İdo Levin, Elcan Hacıyev dominikanlı Medikson Del Orbe, Zelim Tçkayev (hər ikisi 81 kq) Polşa cüdoçusu Pavel Drzımal, Murad Fətiyev (90 kq) Qazaxıstan idmançısı Aydar Arapov, Zelim Kotsoyev (100 kq) fransalı Sedrik Olivar, Uşanqi Kokauri Voytsex Kordiyalik (Polşa) – Mark Deşene (Kanada) cütünün qalibi, Camal Qamzatxanov (hər ikisi 100 kq-dan yuxarı) isə Bubakar Mane (Qvineya-Bisau) ilə üz-üzə gələcək. İki gün davam edəcək turnirdə dünyanın 85 ölkəsindən 535 idmançı iştirak edəcək.xeber100.com

Fevral 3, 2023 2:42

Azərbaycan Yüksək Liqasında ikinci dövrəyə start verilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrəyə start verilib. IV turun ilk oyununda çempionatın lideri “Murov” komandası “Neftçi” ilə görüşüb. Matçda “Murov” rəqibinə 3:1 (25:22, 25:22, 16:25, 25:21) hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində çempionatın lideri xallarının sayını 12-yə çatdırıb. Qeyd edək ki, bu tur MOİK - “Xarı bülbül” matçı ilə yekunlaşacaq.xeber100.com

Fevral 2, 2023 2:49

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir. Turnirin ikinci günündə - fevralın 2-də beş güləşçimiz mübarizə aparıb. Sərbəst güləşçilərimiz 3 medal qazanıblar. Belə ki, Georgi Meşvildişvili (125 kq) gümüş, Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal əldə ediblər. Qeyd edək ki, turnirin ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medal qazanıblar.xeber100.com

Fevral 2, 2023 2:47

Yay Paralimpiya Oyunlarının idman proqramı açıqlanıb

2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarının idman proqramı açıqlanıb. Beynəlxalq Paralimpiya Komitəsinin qərarı ilə Oyunların proqramına 22 idman növü – parabadminton, boccia, futbol (tam görmə məhdudiyyətli şəxslər), qolbol, paracüdo, parakanoe, paraatçılıq, masaüstü tennis, əlil arabasında tennis, əlil arabasında qılıncoynatma, əlil arabasında basketbol, kamandan oxatma, paraatletika, parapauerliftinq, oturaq voleybol, paraüzgüçülük, paraavarçəkmə, güllə atıcılığı, parataekvondo, paratriatlon, əlil arabasında reqbi və paravelosiped daxil edilib. Qeyd edək ki, “Los-Anceles 2028” XVIII Yay Paralimpiya Oyunları 2028-ci il avqustun 22-dən sentyabrın 3-dək keçiriləcək.xeber100.com

Fevral 1, 2023 10:00

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində

Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Şamaxı”nı qəbul edib. “Azersun Arena”da oynanılan matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı, Qara Qarayev və Leandro Andrade fərqləniblər. Rəqib komandanın qolunu isə Bahadur Həziyev vurub. Bu qələbədən sonra xallarının sayını 56-ya çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmlədib. 16 xalı olan “Şamaxı” isə yeddinci sırada qərarlaşıb. Günün son oyununda “Səbail” klubu “Kəpəz”i qəbul edəcək. Qeyd edək ki, açılış oyununda "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək “Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri ilə yekun vurulacaq.xeber100.com

Fevral 1, 2023 9:57

“Səbail” klubu Azərbaycan Premyer Liqasının XX turunda qələbə qazanıb

“Səbail” klubu Azərbaycan Premyer Liqasının XX turunda qələbə qazanıb. Bakı təmsilçisi “ASCO Arena”da Gəncənin “Kəpəz” klubunu qəbul edib. “Səbail”in minimal hesablı qələbə qazandığı matçda yeganə qolu Franko Mazurek vurub – 1:0. Bu qalibiyyətdən sonra xallarının sayını 13-ə çatdıran “Səbail” klubu turnir cədvəlində doqquzuncu yerə yüksəlib. Əvəzində eyni xala malik Gəncə təmsilçisi sonuncu – onuncu yerə geriləyib. Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1, "Qarabağ" isə "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri ilə yekun vurulacaq.xeber100.com

Fevral 1, 2023 9:54

İngiltərənin “Nyukasl” futbol klubu heyətinə yeni oyunçu cəlb edib

İngiltərənin "Nyukasl" futbol klubu heyətinə yeni oyunçu cəlb edib. Klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda "Vest Hem"dən Harrison Eşbi transfer edib. Sözləşmənin müddəti açıqlanmasa da, uzunmüddətli olduğu bildirilib. Qeyd edək ki, İngiltərənin U-21 millisinin üzvü "Vest Hem"in öz yetirməsidir.xeber100.com

Fevral 1, 2023 9:52

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha 2 oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha 2 oyunu keçiriləcək. Günün ilk matçında 53 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” klubu 16 xalla yeddinci pillədə gedən “Şamaxı”nı qəbul edəcək. “Qarabağ” klubu 17 oyundur uduzmur. “Şamaxı” 5 matçdır qol vurmur. Günün son qarşılaşmasında isə “Kəpəz” “Səbail”in qonağı olacaq. Hazırda Gəncə təmsilçisi 13 xalla doqquzuncu, Bakı klubu isə 10 xalla sonuncudur. Qeyd edək ki, turun açılış oyununda “Sumqayıt” evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək “Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri ilə yekun vurulacaq.xeber100.com

Yanvar 31, 2023 10:01

Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına görə…

Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan “Shimkent Cup” turnirində uğurla çıxış ediblər. Azərbaycan Stolüstü Tennis Federasiyası xəbər verir ki, seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan komandamızın üzvləri beynəlxalq yarışı iki medalla başa vurublar. Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəliblər. M.Nurmətova şəxsi yarışlarda da etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da sahib olub. Beləliklə, stolüstü tennisçilərimiz ilə uğurlu nəticə ilə start veriblər.xeber100.com

Yanvar 30, 2023 2:32
    Page 52 of 830« First«...102030...5051525354...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az