04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

DÇ-2018 Rusiyada keçiriləcək

FİFA 2018-ci il futbol üzrə dünya çempionatında hakimlərə video kömək sisteminin (VAR) istifadəsini rəsmi olaraq təsdiqləyib.APA-nın xəbərinə görə, müvafiq qərar qurumun Kolumbiyanın paytaxtı Boqotada keçirdiyi iclasında verilib.Bundan əvvəl, martın 3-də Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) hakimlərə video kömək sisteminin (VAR) daimi olaraq qaydalara daxil olunmasını dəstəkləyib.Xatırladaq ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.xeber100.com

Mart 17, 2018 9:59

UEFA Millətlər Liqasının “D” liqasının üçüncü qrupunda

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Elçin Rəhmanov UEFA Millətlər Liqasında millimizlə eyni qrupda mübarizə aparacaq komandaların oyunlarını izləyəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, E.Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo–Madaqaskar və ertəsi gün isə İspaniyada təşkil olunacaq Farer Adaları–Lixtenşteyn yoldaşlıq oyunlarına canlı baxacaq.E.Rəhmanov qarşılaşmaları baş məşqçi Qurban Qurbanovun göstərişinə əsasən izləyəcək.Qeyd edək ki, millimiz UEFA Millətlər Liqasının “D” liqasının üçüncü qrupunda Farer adaları, Malta və Kosovo yığmaları ilə qarşılaşacaq.xeber100.com

Mart 16, 2018 4:11

Həndbol Federasiyasının məlumatına görə…

Martın 15-də qadın həndbolçuların Azərbaycan çempionatında 14-cü tura start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, ilk oyunda “Nur” kollektivi “Gənclərbirliyi” komandasını qəbul edib. Mingəçevirin “Kür” Olimpiya İdman Mərkəzində keçirilən görüş meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb – 44:18.Turun həftəsonu keçiriləcək digər oyunlarında “Azərsu”-“Azəryol”, “İdman Akademiyası”-“Qarabağ” matçları keçiriləcək.xeber100.com

Mart 16, 2018 4:04

Şahmat üzrə İddiaçılar Turnirinin beşinci turunda

Berlində şahmat üzrə İddiaçılar Turnirinin beşinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Çin təmsilçisi Liren Dinq ilə qarşılaşıb.Azərtac xəbər verir ki, şahmatçımız çinli idmançı ilə xalları yarı bölüb.Beş turdan sonra Fabiano Karuana 3,5 xalla birinci pillədə qərarlaşıb. Hesabında 3 xal olan Ş.Məmmədyarov və V.Kramnik 2-3-cü yerləri bölüşürlər. L.Dinq, L.Aronyan və A.Qrişuk 2,5 xalla 4-6-cı pillədə qərarlaşıblar. S.Karyakin və U.So 1,5 xalla 7-8-ci yerdədirlər.xeber100.com

Mart 16, 2018 4:02

Dünya kuboku yarışlarının ikinci gününə start verilib

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, bu gün təmsilçilərimizdən kişilərin yarışında Murad Ağarzayev, Dariy Morozov, Timur Bayramov, qadınların mübarizəsində isə Yuliya İnşina, Mariya Smirnova və Marina Nekrasova öz bacarıqlarını nümayiş etdirəcəklər.Kişi idman gimnastları günün birinci yarısında dayaqla tullanmada güclərini sınayacaqlar. Günün ikinci yarısında isə dəstəli at və turnikdə bacarıqlarını nümayiş etdirəcəklər. Qadın idman gimnastları isə gimnastika tiri və sərbəst hərəkətlərdə yüksək xal yığmağa çalışacaqlar.Qeyd edək ki, 25 ölkədən 100-dən çox gimnastın mübarizə apardığı dünya kuboku yarışına martın 18-də yekun vurulacaq.xeber100.com

Mart 16, 2018 3:57

“Dan Kolov – Nikola Petrov” beynəlxalq turniri keçiriləcək

Martın 22-25-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçiriləcək. Yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın üzvləri turnirdə iştirak edəcəklər.Azərtac xəbər verir ki, yunan-Roma güləşi üzrə yığmamızın məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında turnirə Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) yollanacaqlar.Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvələrini sınayacaqlar.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.xeber100.com

Mart 16, 2018 3:53

Milli Karate Federasiyasının məlumatı

Milli komandamızın üzvləri martın 16-18-də Hollandiyada “Karate-1” Premyer Liqa turnirində iştirak edəcəklər.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildirilib ki, mötəbər turnirdə baş məşqçi Şahin Xudaverdiyev dünya reytinq cədvəlinin ilk əlli pilləsində olan idmançıların yarışda mübarizə aparmasına üstünlük verib.Premyer Liqada Dubay turnirinin qalibi Rafael Ağayev (75 kq), mükafatçılar Ayxan Mamayev (84 kq), Nuranə Əliyeva (50 kq), eləcə də Firdovsi Fərəzliyev (60 kq), Niyazi Əliyev (67 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi 84 kq-dan yuxarı), Roman Heydərov (kata), Fidan Teymurova (50 kq) və İlahə Qasımova (55 kq) medallar uğrunda tatamiyə çıxacaqlar.Qeyd edək ki, turnirdə 74 ölkədən 683 idmançı çıxış edir.xeber100.com

Mart 16, 2018 3:50

UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb

Martın 16-da futbol üzrə UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.Azərtac xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində cütlüklər müəyyənləşib. Püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkib.Püşkatmanın nəticələri aşağıdakı kimidir: “Leyptsiq” (Almaniya) - “Olimpik Marsel” (Fransa) “Arsenal” (İngiltərə) - “ÇSKA” (Moskva, Rusiya) “Atletiko” (Madrid, İspaniya) - “Sportinq” (Portuqaliya) “Latsio” (İtaliya) - “Zalsburq” (Avstriya) İlk oyunlar aprelin 5-də, cavab qarşılaşmaları isə aprelin 12-də olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək. Avropa Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-ü İsveçrənin Nyon şəhərində keçiriləcək.xeber100.com

Mart 16, 2018 3:39

UEFA Çempionlar Liqasının son səkkizdəbir final mərhələsində

UEFA Çempionlar Liqasının son səkkizdəbir final mərhələsində “Barselona” “Çelsi”ni qəbul edib.Azərtac xəbər verir ki, “Nou Kamp” stadionunda keçirilən oyun 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İlk oyunda “Barselona”nın heyətində Messi (2) və Osman Dembele fərqləniblər.Xatırladaq ki, Londonda keçirilən ilk matç 1:1 hesabı ilə başa çatıb.Qeyd edək ki, dörddəbir finala “Real”, “Yuventus”, “Sevilya”, “Bavariya”, “Barselona”, “Mançester Siti”, “Roma” və “Liverpul” vəsiqə qazanıb. Mərhələnin püşkatması martın 16-da keçiriləcək.xeber100.com

Mart 15, 2018 12:59

Şahmat üzrə İddiaçılar Turnirinin dördüncü turunda

Berlində şahmat üzrə İddiaçılar Turnirinin dördüncü turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.Azərtac xəbər verir ki, rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız 30-cu gedişdə heç-heçəyə razılaşıb.Turun digər oyunlarına gəlincə, ABŞ təmsilçisi Fabiano Karuana rusiyalı Vladimir Kramnikə, Ermənistan şahmatçısı Levon Aronyan digər Rusiya zəka sahibi Sergey Karyakinə qalib gəlib. Aleksandr Qrişuk (Rusiya) və Liren Dinq (Çin) isə xalları yarı bölüblər.F.Karuana 3 xalla birinci pillədə qərarlaşıb. Hesabında 2,5 xal olan Ş.Məmmədyarov və V.Kramnik 2-3-cü yerləri bölüşürlər. L.Aronyan, L.Dinq və A.Qrişuk 2 xalla 4-6-cı pillədə qərarlaşıblar. S.Karyakin və U.So 2 xalla 7-8-ci yerdədirlər.xeber100.com

Mart 15, 2018 12:57
    Page 547 of 830« First«...102030...545546547548549...560570580...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az