Avropa Velosipedçilər Birliyinin məlumatı

İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin (UEC) yeni prezidenti seçilib. İstanbulda təşkil olunan sayca 31-ci Konqresdə quruma üzv olan 50 milli federasiyadan 44-nün nümayəndələri iştirak ediblər. Seçkiyə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, UEC-in Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də qatılıb.Azərtac xəbər verir ki, bunadək Avropanın ali velosiped qurumunun vitse-prezidenti vəzifəsində olan Rokko Kattaneonun səlahiyyət müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. O, UEC-in keçmiş prezidenti David Lappartyenin ötən ilin sentyabrında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) rəhbəri seçilməsindən sonra UEC-in prezidenti vəzifəsini icra edirdi.Rokko Kattaneonun prezident seçilməsindən sonra boş qalan vitse-prezident postu danimarkalı Henrik Jess Yansenə həvalə edilib. Bundan başqa, britaniyalı Alasdair Maklennan UEC-in Rəhbər Komitəsinin üzvlüyünə qəbul edilib.Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi biri qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir.Konqres zamanı Rokko Kattaneonun təklifi ilə David Lappartyen UEC-in fəxri prezidenti təyin edilib. Qurumun növbəti Konqresi 2019-cu ilin martında İtaliyanın paytaxtı Romada olacaq.xeber100.com

Mart 13, 2018 11:45

Beynəlxalq sosial proqramının püşkatma mərasimi olub

Moskvada “Dostluq üçün futbol” uşaqlar arasında beynəlxalq sosial proqramının altıncı mövsümünün püşkatma mərasimi olub.Azərtac xəbər verir ki, proqramın məqsədi gənc nəsil arasında dostluq, bərabərlik, sülh və digər xalqların mədəniyyətlərinə hörmət dəyərlərinin inkişaf etdirilməsidir.Bu il təşkil olunacaq proqram 211 ölkə və regionu əhatə edir. Tədbirin final mövsümü iyunun 8-15-də Moskvada keçiriləcək.Püşkatma zamanı futbol üzrə 32 beynəlxalq dostluq yığması, eləcə də hər ölkədən gənc futbolçu üçün oyun ampluası (qapıçı, müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu) təyin edilib. Yığmalar “Dostluq üçün futbol”un prinsipi əsasında təşkil edilib. Yəni, hər bir komandanın heyətində müxtəlif xalqların qadın və kişi təmsilçiləri, fiziki imkanlara sahib idmançılar mübarizə aparacaqlar. Oyunçuların yaş həddi 12-dir. Məşqçi vəzifələri isə müxtəlif ölkələrdən 14-16 yaşlı futbolçulara həvalə olunub. Mərasimi dünyanın 5 mindən çox KİV-i, eləcə də 211 ölkə və regiondan olan 12 yaşlı gənc jurnalistlərdən ibarət “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi işıqlandıracaq. Bütün dünya üzrə öz ölkələrində sülh, dostluq və bərabərliyi təmsil edən gənc səfirlərin milli seçimləri başlayıb.“Dostluq üçün futbol” proqramının əsas hissəsi ekoloji missiyaya həsr olunub. Belə ki, 2018-ci ildə dostluq üçün beynəlxalq futbol yığması planetin ən nadir və nəsli kəsilməkdə olan heyvanlarının şərəfinə adlandırılıb.Proqramı FIFA, UEFA, Beynəlxalq Olimpiya Komitəsi, müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq uşaq xeyriyyəçilik fondları, məşhur futbolçular və dünyanın aparıcı futbol klubları dəstəkləyirlər.Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan nümayəndəsi turnirdə qapıçı kimi çıxış edəcək. Onunla komanda yoldaşları Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya və Laosdan olan futbolçular olacaq. Ölkəmizi təmsil edəcək gənc futbolçunun adı hələ müəyyənləşməyib.xeber100.com

Mart 12, 2018 2:27