04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə Avropa Liqasının təqvimi açıqlanıb

UEFA 2019-cu ildə final matçının Bakıda keçiriləcəyi futbol üzrə Avropa Liqasının təqvimini açıqlayıb.Azərtac UEFA-nın saytına istinadla xəbər verir ki, turnirin ilk mərhələsinin birinci görüşləri cari il iyunun 28-də, cavab matçları isə bir həftə sonra oynanılacaq.İlk təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da, ikinci təsnifat mərhələsinin görüşləri iyulun 26-da və avqustun 2-də, növbəti mərhələnin qarşılaşmaları isə avqustunda 9-da və 16-da keçiriləcək. Pley-off mərhələsi isə avqustun 23-nə və 30-na təsadüf edəcək.UEFA Avropa Liqasının qrup mərhələsində birinci turun görüşləri sentyabrın 20-də, ikinci turun oyunları oktyabrın 4-də, üçüncü turun matçları isə oktyabrın 25-də oynanılacaq. Klublar noyabrın 8-də dördüncü, noyabrın 29-da beşinci, dekabrın 13-də isə altıncı tur çərçivəsində qarşılaşacaqlar.Turnirin onaltıdabir final mərhələsinin oyunları 2019-cu il fevralın 14-də və 21-də keçiriləcək. Səkkizdəbir final mərhələsinin oyunları martın 7-də və 14-də təşkil olunacaq. Dörddəbir finalın matçları aprelin 11-də və 18-də, yarımfinal görüşləri isə mayın 2-də və 9-da oynanılacaq.UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.xeber100.com

Fevral 28, 2018 2:21

Boksçular arasında Azərbaycan birinciliyinə start verilib

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib.Azərtac xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışa 50-yə yaxın komandanın 375 idmançısı qatılıb.2002-2003-cü il təvəllüdlü boksçular arasında keçirilən birincilikdə 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.Final qarşılaşmaları isə martın 3-də olacaq.xeber100.com

Fevral 28, 2018 2:14

“Qarabağ”ın hücumçusu yeni müqavilə imzalayıb

Ağdamın “Qarabağ” futbol klubunun sabiq hücumçusu Reynaldo Qazaxıstanın “Aktobe” komandasına keçib.Azərtac xəbər verir ki, futbolçu klubla 2019-cu ilin sonunadək müqavilə imzalayıb.Reynaldo Ağdam təmsilçisinin heyətində 3 dəfə Azərbaycan çempionu olub və Avropa Liqası yarışlarının qrup mərhələsində mübarizə aparıb. İyirmi səkkiz yaşlı futbolçu “Qarabağ”ın formasında 89 oyuna çıxıb və 47 qol vurub.Qeyd edək ki, Reynaldo “Aktobe”yə Türkiyənin “Adanaspor” klubundan transfer olub.xeber100.com

Fevral 28, 2018 2:11

“Barselona” klubu prinsipial razılaşmaya nail olub

İspaniyanın “Barselona” klubu 100 milyon funt qarşılığında “Atletiko”un hücumçusu Antuan Qrizmannın bu yay transferi barədə prinsipial razılaşmaya nail olub.Azərtac xəbər verir ki, yayda “Barselona”ya keçəcək fransız futbolçu Katalonya klubunun böyük azarkeşi olduğunu və transferin gələcək karyerasında böyük uğurlara təkan verəcəyini bildirib.Qrizmann cari mövsüm “Atletiko”nun heyətində 7 oyuna 11 qol və 22 məhsuldar ötürmə edib.Qeyd edək ki, “Mançester Siti” də 26 yaşlı hücumçu ilə yanvarda maraqlanıb.xeber100.com

Fevral 28, 2018 2:02

“Azərbaycan Cup” ölkə turunun beşinci turniri keçirilib

Cəlilabadda basketbolun 3x3 növü üzrə “Azərbaycan Cup” ölkə turunun beşinci turniri keçirilib. Turnirdə 8 komanda iştirak edib və onlardan dördü yarışa Bakıdan qatılıb.Azərtac xəbər verir ki, turnirdə birinci yerə Cəlilabadın “Stars” komandası sahib çıxıb. Bakının “Polukhinski Pereulok” komandası yarışı ikinci, Cəlilabadın “Woodpecker” kollektivi isə üçüncü pillədə başa vurublar.Cəlilabadın “Wizards” komandasının üzvü Məhəmməd Ağayev yarışın “Three-Point Contest” 3 xallıq müsabiqəsinin qalibi olub. Turnirin ən dəyərli oyunçusu “Polukhinski Pereulok” komandasının üzvü İsmayıl Əliyev seçilib.xeber100.com

Fevral 28, 2018 1:59

F1 TV rəqəmsal internet kanalını işə salacaqlar

Formula-1-in “Liberty Media”dan olan yeni sahibləri qarşıdakı mövsümdə F1 TV rəqəmsal internet kanalını işə salacaqlar. Bu kanalda aylıq 8-12 dollarlıq abunə ödənişi ilə Qran-Prinin bütün sessiyalarının canlı yayımını və dəstək yürüşlərini izləmək mümkün olacaq.“F1News.ru” xəbər verir ki, azarkeşlər, həmçinin yürüşlərin böyük arxivindən də zövq ala biləcəklər. Düzdür, xidmətin əvvəlcə bütün ölkələrdə istifadəsi mümkün olmayacaq.Rəqəmsal və yeni biznes üzrə direktor Frank Arthofer deyib: “Formula-1 telekanalının işə salınması bizim rəqəmsal yayımımızın baza elementi rolunu oynayacaq. Ödənişli abunə bizim ən sadiq pərəstişkarlarımıza istiqamətləndirilib. Biz qətiyyətlə inanırıq ki, yeni auditoriyanı cəlb etməklə yanaşı, ən sadiq azarkeşlərimizə yüksək xidməti təmin etməliyik. F1 TV-nin yaradılması, sadəcə olaraq, idman yayımlarının zəngin təcrübəsindən istifadə edərək, azarkeşlərə Qran-Pri yarışlarını canlı izləmək üçün ən yaxşı xidmət göstərmək məqsədi daşıyır”.xeber100.com

Fevral 28, 2018 1:56

“Karate-1” yarışlarından olan Zalsburq mərhələsində

Karate üzrə Azərbaycan milli komandasının əsas və əvəzedici heyətinin bir neçə üzvü martın 2-4-də Avstriyada “Seria A” turnirində iştirak edəcək.Azərtac xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) “Karate-1” yarışlarından olan Zalsburq mərhələsində səkkiz idmançımız mübarizə aparacaq.Qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), kişilərdən isə Rafiz Həsənov və Tural Ağalarzadə (ikisi də 67 kq), Samir Məmmədov (75 kq), Ayxan Mamayev və Pənah Allahverdiyev (84 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) tatamiyə çıxacaqlar.Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq.Qeyd edək ki, turnirdə 88 ölkədən 1597 idmançı medallar uğrunda mübarizə aparacaq.xeber100.com

Fevral 28, 2018 1:44

Stolüstü tennis üzrə liqa çempionatı keçiriləcək

Tehranda stolüstü tennis üzrə liqa çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, turnirdə ölkəmizi Yusif Qafarlı, Vəzir Allahverdiyev, Kənan Pənahov və Murad Hənifəzadə təmsil edəcəklər.İdmançılarımız məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında Tehrana yola düşüblər.Qeyd edək ki, çempionata martın 1-də yekun vurulacaq.xeber100.com

Fevral 27, 2018 1:43

“Mançester Yunayted” klubu reytinq cədvəlinə başçılıq edir

“Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba Fransanın yüksək ödənişli idmançılarının reytinq cədvəlinə başçılıq edir.Azərtac xəbər verir ki, 24 yaşlı futbolçu “L’Equipe” nəşrinin 2017-ci ilin yekunlarına görə tərtib etdiyi “Top-30” reytinq cədvəlində birinci olub.Poqba ötən ilki məvacibi və əldə etdiyi bonuslara görə, 22,2 milyon avro qazanıb. Bu məbləğ futbolçunun 2016-cı ildəki gəlirindən 4,2 milyon avro çoxdur.Qeyd edək ki, reytinq cədvəlində ilk üçlüyü basketbolçu Toni Parker (19,7 milyon avro) və “Atletiko”nun futbolçusu Antuan Qrizmann (19,1 milyon avro) qapayıb.xeber100.com

Fevral 27, 2018 1:42

Boks Federasiyasının məlumatına görə…

Gənc boksçulardan ibarət Azərbaycan yığması Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb.Azərtac Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, keçmiş SSSR-i çempionu Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda baş məşqçi Vaqif Şirinov 15 idmançıya şans verib.Turnirdə millimizin üzvləri 4 qızıl və 2 gümüş medal qazanıblar. Təmsilçilərimizdən Maqsud Xasmətov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq) və Məhəmməd Yusifov (69 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Əflatun Babayev (52 kq) və İsmayıl Yaqubov (91 kq) isə ikinci yerlə kifayətləniblər.xeber100.com

Fevral 26, 2018 1:18
    Page 555 of 830« First«...102030...553554555556557...560570580...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az