Türkiyə Super Liqasının 22-ci turunun növbəti oyunları keçirilib

Fevralın 18-də futbol üzrə Türkiyə Super Liqasının 22-ci turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi görüşündə çempionatda ikinci sırada qərarlaşan "Başakşehir" komandası güclü "Trabzonspor" klubunun qonağı olub. Çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşmasında "Başakşehir" minimal hesabla qalib gəlib - 1:0. Rəqib meydanında yeganə qolu Emmanuel Adebayor vurub. Bu oyundan sonra "Başakşehir" komandası xallarının sayını 46-ya çatdıraraq turnir cədvəlinin ilk pilləsinə yüksəlib.Sonra Türkiyə Superliqasının liderlərindən biri "Qalatasaray" səfərdə "Kasımpaşa" ilə oynayıb. Gərgin idman mübarizəsi şəraitində keçən matç 2:1 hesabı ilə meydan sahiblərinin xerinə başa çatıb. Oyunda hesabı görüşün 37-ci dəqiqəsində "Qalatasaray"ın futbolçusu Qeri Rodriqes açıb. "Kasımpaşa" komandası 45-ci dəqiqədə hesabı bərabərləşdirib. Mbaye Diagne "Qalatasaray"ın qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. İkinci hissəsinin 80-ci dəqiqəsində "Kasımpaşa" komandası Benqali Koitanın vurduğu topla hesabda önə çıxıb. Oyunun sonlarında "Qalatasaray"ın cəhdlərinə baxmayaraq hesabı bərabərləşdirmək mümkün olmayıb. Beləliklə "Qalatasaray" çempionluq uğrunda mübarizədə səfərdə vacib iki xal itirib.Turun bu gün keçirilən digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: "Bursaspor" – "Yeni Malatyaspor" - 0:0, "Karabükspor" – "Akhisar" - 0:3. Turun fevralın 17-də keçirilən oyununda çempionluq uğrunda yarışan komandalardan "Fənərbağça" öz meydanında "Alanyaspor"a 3:0 hesabı ilə qalib gəlib.22-ci tura fevralın 19-da keçiriləcək "Gənclərbirliyi" – "Göztəpə" oyunu ilə yekun vurulacaq.Qeyd edək ki, hazırda hesabında 46 xal olan "Başakşehir" turnir cədvəlinə başçılıq edir. "Qalatasaray" və "Fənərbağça" 44 xalla ikinci, üçüncü yerləri bölüşürlər. "Beşiktaş" 41 xalla dördüncü, "Kayserispor" isə 35 xalla beşinci pillədə qərarlaşıb.xeber100.com

Fevral 19, 2018 3:36

İspaniya La Liqasının XXIV turunda

Futbol üzrə İspaniya La Liqasının XXIV turunda lider "Barselona" səfərdə "Eibar"ın qonağı olub.Azərtac xəbər verir ki, matçda hesabı qonaqlar açıblar. Görüşün 16-cı dəqiqəsində Luis Suares fərqlənib. İlk hissə bu hesabla da başa çatıb.Fasilədən sonra "Eibar"ın hücumçusu Fabian Orellana etdiyi qayda pozuntusuna görə ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub. Təzyiqi artıran Kataloniya təmsilçiləri oyunun 88-ci dəqiqəsində Jordi Albanın qolu ilə hesab arasındakı fərqi iki topa çatdırıblar.Beləliklə matç "Barselona"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Həftənin qarşılaşmasında isə "Atletiko Madrid" klubu doğma meydanda "Atletik Bilbao"nu məğlub edib. Görüşün 67-ci dəqiqəsində Kevin Gameiro oyunda hesabı açıb. Qarşılaşmanın 80-ci dəqiqədə Dieqo Kosta komandasının ikinci qolunu vurub - 2:0. Oyun bu hesabla da bitib.Turun maraqla gözlənilən matçlarından biridə "Real Betis" və "Real Madrid" klubları arasında olub. Matçda hesab 11-ci dəqiqədə açılıb. Kral klubunun yarımmüdafiəçisi Marko Asensio hədəfi dəqiq nişan alıb. Görüşün 33-cü dəqiqəsində Aissa Mandi meydan sahiblərinin bərabərlik qolunu vurub. İlk hissənin 37-ci dəqiqəsində müdafiəçi Fernandez vurduğu avtoqol ilə "Betis" hesabda önə çıxıb -2:1. Komandalar fasiləyə bu hesabla yollanıblar.Oyunun 50-ci dəqiqəsində Serxio Ramos hesabı bərabərləşdirib. Bu qoldan yeddi dəqiqə sonra M.Asensio komandasını hesabda önə çıxarıb. Görüşün 66-cı dəqiqəsində Kriştianu Ronaldu hesab arasındakı fərqi bir qədərdə artırıb - 2:4."Betis"in hücumçusu Serxio Leon 85-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib - 3:4. Matçın əsas vaxtının son dəqiqəsində Kərim Benzema komandasının beşinci qoluna imza atıb.Beləliklə oyun "Real Madrid"in 5:3 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com

Fevral 19, 2018 3:34

Peşəkar Tennisçilər Assosiasiyasının reytinqində

İsveçrəli Rocer Federer idmanın tennis növü tarixində reytinq cədvəlinin ən yaşlı lideri kimi Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqinə başçılıq edir. Federer 36 yaşında dünyanın birinci raketkası adını qazanıb.Bu vaxtadək ən yaşlı tennisçi kimi reytinqə amerikalı Andre Aqassi başçılıq edirdi. O, 2003-cü ildə 33 yaşında ikən bu zirvəni fəth etmişdi.Federer ötən həftə Rotterdamda keçirilən turnirin qalibi olub və mövsüm ərzində toplanan xalların sayına görə ispaniyalı Rafael Nadalı qabaqlayıb. Lakin o, bu yarışların yarımfinalına çıxmaqla, artıq özünə reytinqdə birinci yeri təmin edib.Hazırda isveçrəlinin hesabında 20-si “Böyük dəbilqə” seriyası yarışlarında qazanılmaqla, ATP-nin 97 tutulu var.Federer ilk dəfə reytinqə 2004-cü ildə başçılıq edib və ümumilikdə, birinci yerdə mövqeyini 302 həftə (237 həftə ardıcıl olmaqla) qoruyub. Sonuncu dəfə o, bu zirvədə 2012-ci ildə olub.Əlavə edək ki, Rocer hələ ən azı 4 həftə, yəni İndian-Uels turniri başa çatanadək (martın 18-dək) birinci raketka mövqeyində qalmasını təmin edib. Həmin turnirdə o öz titulunu qoruyub saxlamaq uğrunda mübarizə aparacaq.Beləliklə, o, reytinq zirvəsində olması müddətini rekord səviyyəyə - 306 həftəyə çatdıracaq. Bu göstərici üzrə ikinci yerdə Pit Sampras (286), hazırkı tennisçilərdən isə Novak Cokoviçdir (223).xeber100.com

Fevral 19, 2018 2:47