06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA yeni reytinq cədvəlini açıqlayıb

Futbol üzrə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyun günündən sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, Çempionlar Liqasındakı 4 matç cədvəldə bəzi dəyişikliklərə səbəb olub. “Qarabağ”ın Gürcüstanın “Samtredia” klubu ilə ilk görüşdəki 5:0 hesablı qələbəsi Azərbaycanın irəliləməsi ilə nəticələnib. Qələbə sayəsində Azərbaycanın xal hesabı zənginləşib. Əldə olunan 0,250 xal sayəsində mövsümlük qazancımız 1,250-yə çatıb.Son 5 ilin nəticələrinə əsasən hesablanan əmsalımız isə 16,000-a qədər yüksəlib. Bu da iki ölkə - Bolqarıstan və Belarusa çatmaq imkanı verib. Hər üç ölkənin xalı eyni olduğundan əlavə göstəricilər nəzərə alınıb. Hər iki ölkəni qabaqlayan Azərbaycan 21-ci yerədək irəliləyib.xeber100.com

İyul 12, 2017 10:25

“Liverpul” klubu yeni transferini gerçəkləşdirib

“Liverpul” futbol klubu növbəti transferini gerçəkləşdirib.Azərtac xəbər verir ki, İngiltərə təmsilçisi Dominik Solanke ilə uzunmüddətli müqavilə imzalayıb. On doqquz yaşlı hücumçu yeni klubunda 29 nömrəli forma ilə çıxış edəcək.Qeyd edək ki, D.Solanke ötən mövsüm “Çelsi”də oynayıb.xeber100.com

İyul 12, 2017 10:22

İdman dırmanması üzrə beynəlxalq turnir keçirilib

Azərbaycan idmançıları Gürcüstanda idman dırmanması üzrə beynəlxalq turnirdə üç gümüş medala layiq görülüblər.Azərtac xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 56 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fuad Abdullayev 2000-2001-ci il təvəllüdlü idmançılar arasında idman dırmanması (çətinlik növü) üzrə yarışda ikinci yerə sahib olub.Bakı İdarəetmə və Texnologiya Kollecinin IV kurs tələbəsi Gəray Əliyev isə 1998-1999-cu il təvəllüdlü idmançılar arasında idman dırmanması (sürət və çətinlik növü) üzrə yarışlarda ikinci yeri tutub.Qaliblərə medal, diplom və mükafat təqdim edilib.xeber100.com

İyul 11, 2017 11:54

“Sumqayıt” komandası yoxlama oyununda gücünü sınayacaq

“Sumqayıt” futbol klubu Azərbaycan Premyer Liqasının 2017/2018-ci il mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək.Azərtac kluba istinadla xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq. “Sumqayıt” Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər hələ müəyyənləşməyib.Komanda Bolunun “VON Resort Hotel”ində məskunlaşacaq.xeber100.com

İyul 11, 2017 11:50

“Qarabağ” klubu futbol üzrə mübarizəyə qoşulacaq

Bu gün Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.Azərtac xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.Qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Mete Kalkavan olacaq. Ona Esat Sancaktar və Erdem Bayik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Halit Umut Meler yerinə yetirəcək.Hakimlərin işinə Moldovadan olan Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olacaq.Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.xeber100.com

İyul 11, 2017 11:47

Fransada keçirilmiş 4-cü beynəlxalq open turnirdə…

Fransada keçirilmiş 4-cü beynəlxalq open turnirdə polşalı şahmatçı Mixail Krasenkov 9 xaldan 8-ni toplayaraq qalib olub.Azərtac xəbər verir ki, qrossmeysterlərimiz Eltac Səfərli və Qədir Hüseynov, fransalı şahmatçılar Matye Kornett, Laurent Fressine və belaruslu Sergey Jiqalko turnirin qalibindən bir xal geri qalıblar. Əlavə göstəricilərə görə, Eltac Səfərli turnirin gümüş medalına layiq görülüb, Qədir Hüseynov isə bürünc medala sahib olub.Turnir Korsikada İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub. Turnirdə 21 ölkədən 200 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edib.xeber100.com

İyul 11, 2017 10:45

“Qəbələ”-“Yagelloniya” oyununun hakimləri müəyyənləşib

Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qəbələ”-“Yagelloniya” (Polşa) oyununun hakimləri müəyyənləşib.Azərtac xəbər verir ki, iyulun 13-də “Bakcell Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi almaniyalı Marko Fritz olacaq. Ona həmyerliləri Holger Gunter Henşel və Marsel Pelgrim kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Guido Vinkmann yerinə yetirəcək.Matçın UEFA nümayəndəsi belaruslu Yevgeni Tratsyuk, hakim-inspektoru isə Erol Ersoy (Türkiyə) olacaq.xeber100.com

İyul 11, 2017 10:42

Cüdo Federasiyasının beynəlxalq dərəcəli imtahanı keçirilib

Polşanın Qdansk şəhərində gənclərin Avropa Kuboku yarışı zamanı Beynəlxalq Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimlik üçün imtahanı keçirilib.Azərtac xəbər verir ki, imtahanda Azərbaycan Cüdo Federasiyasının respublika dərəcəli hakimi Nazim Umbayev də iştirak edib. Sınaqdan uğurla keçən N.Umbayev beynəlxalq dərəcəli hakim adını qazanıb.Bununla da, hazırda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakimlərimizin sayı 6-ya çatıb.Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərdən üçü – Mətin Rəhimli, Arzu Acalova və Nazim Umbayev federasiyamızın son 2 ildəki səmərəli fəaliyyəti nəticəsində bu dərəcəyə sahib olub.xeber100.com

İyul 11, 2017 10:36

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində…

AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva UEFA tərəfindən yeni təyinat alıb.AFFA-dan Azərtac-a bildirilib ki, K.Mehtiyeva Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 20-də keçiriləcək “Dinamo Brest” (Belarus)-“SCR Altach” (Avstriya) matçının UEFA nümayəndəsi olacaq.xeber100.com

İyul 11, 2017 10:33

Güləş üzrə 48-ci beynəlxalq turnir keçirilib

Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçirilib.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən xəbərə görə, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.Keçirdikləri bütün görüşləri qələbə ilə başa vuran Mahir Əmiraslanov (57 kq) və Aslanbek Alborov (97 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb və turnirin qızıl medalını qazanıblar.Yalnız final görüşündə uduzan Ağahüseyn Mustafayev (65 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş medalla kifayətləniblər.Bürünc medalları isə yığmamıza Georgi Edişeraşvili, Pərviz İbrahimov (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq) və Məhəmməd Müslümov (65 kq) qazandırıblar.xeber100.com

İyul 10, 2017 12:04
    Page 671 of 830« First«...102030...669670671672673...680690700...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az