04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

2017/2018-ci il mövsümünün hazırlıq işləri davam edir

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu 2017/2018-ci il mövsümünün hazırlığını davam etdirir.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” gündə iki dəfə məşq keçirlər. Komandanın yeni transferi Deyv Bultuis də məşq prosesində iştirak edib. Bu gün baş tutan məşqə yalnız zədəli futbolçular Baqali Dabo və Tellur Mütəllimov qatılmayıblar. Ruslan Qurbanov və Dion Malone isə fərdi məşqlə kifayətləniblər.“Qəbələ” bu gün təlim-məşq toplanışında sonuncu yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmada komandamız Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gələcək.xeber100.com

İyul 8, 2017 7:36

“Yuventus” Netonun satışından 7 milyon avro əldə edəcək

“Yuventus” klubu qapıçısı Neto ilə yollarını ayırır.Az'rtac xəbər verir ki, braziliyalı qolkiper karyerasını “Valensiya”da davam etdirəcək. “Yuventus” Netonun satışından 7 milyon avro əldə edəcək.Qeyd edək ki, 27 yaşlı futbolçu son mövsüm “A” seriyasında 8 oyunda meydana çıxıb və qapısında 2 qol görüb.xeber100.com

İyul 8, 2017 6:26

Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin püşkatması keçirilib

İyulun 6-da İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun əsas mərhələsinin püşkatması keçirilib.Azərtac xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” “Deva” (Rumıniya), “E” və “F” qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 10-dan 15-dək Rumıniyada keçiriləcək.Qeyd edək ki, “E” qrupunda “Flamurtari” (Albaniya), “Mostar” (Bosniya və Herseqovina), “Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və “Narva Yunayted” (Estoniya), “F” qrupunda “Anorthosis” (Kipr), “Klassik” (Moldova), “Leo” (Ermənistan), “Vrexham” (Uels) komandaları qüvvəsini sınayacaq. Əgər “Leo” “F” qrupunun qalibi olarsa, bu komanda mübarizəni 5-ci qrupda davam etdirəcək.xeber100.com

İyul 7, 2017 12:05

Tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, dörd gün davam edən və şəxsi xarakter daşıyan birincilikdə Bakı, Sumqayıt, Qaradağ, Şəki, Şabran, Gədəbəy və digər şəhər və rayonlardan 100-ə yaxın idmançı iştirak edib.Qalib gəlmiş idmançılara diplom və medallar təqdim olunub.xeber100.com

İyul 7, 2017 11:53

“Qarabağ” klubu ikiillik müqavilə imzalayıb

2017/2018-ci illər mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi zamanı Ağdamın “Qarabağ” klubu növbəti transferi reallaşdırıb.Azərtac kluba istinadla xəbər verir ki, yarımmüdafiəçi mövqeyinə transfer etməyi planlaşdıran “Qarabağ” uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb. Komanda Haiti millisinin üzvü və ötən mövsüm Türkiyə Superliqasında “Alanyaspor”da forma geyinən Vild-Donald Guerrierin keçidini rəsmiləşdirib. Yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.Futbolçu peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-cı illərdə “Visla”da 75 oyuna çıxan Guerrier 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə futbolçu “Alanyaspor” forması ilə 20 oyunda 4 qol vurub.2010-cu ildən Haiti millisinə dəvət alan 28 yaşlı futbolçu yığma komandada 37 oyunda 8 dəfə fərqlənib.xeber100.com

İyul 7, 2017 11:51

“İnter” futbol klubu “Mladost”u qəbul edib

"İnter" komandası "Mladost"u 2:0 hesabı ilə məğlub edib. Komandalar arasında bir həftə əvvəl Serbiyada keçirilən oyunda da Bakı təmsilçisi qalib gəlib - 3:0. İki oyunun nəticəsinə görə, "İnter" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib"İnter" komandası "Mladost" ilə oyunda hesab arasındakı fərqi artırıb. Matçın 74-cü dəqiqəsində Nizami Hacıyevin qolu ilə qarşılaşmada hesab 2:0 olub. "İnter"-"Mladost" oyununun ilk hissəsi başa çatıb. "İnter" görüşün 23-cü dəqiqəsində Denis Silvanın qolu ilə fasiləyə üstün yollanıb -1:0."İnter" komandası "Mladost" ilə oyunda hesabı açıb. Görüşün 23-cü dəqiqəsində Bakı təmsilçisinin heyətində Denis Silva fərqlənib.xeber100.com    

İyul 7, 2017 11:44

“Zirə” futbol klubu “Differdange” klubunun qonağı olub

UEFA Avropa Liqasında debüt edən Bakının “Zirə” futbol klubu ikinci təsnifat mərhələsinə adlayıb.Azərtac xəbər verir ki, iyulun 6-da “Zirə” Lüksemburqdakı “Municipial de Differdange” stadionunda yerli “Differdange” klubunun qonağı olub.Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsi meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Görüşün 11-ci dəqiqəsində David Vandenbrok komandasını hesabda önə çıxarıb.İkinci hissədə Bakı təmsilçisi daha inamlı təsir bağışlayıb. Belə ki, görüşün 64-cü dəqiqəsində David Manqa, dörd dəqiqə sonra isə Riçard Qadze fərqləniblər.Oyunun qalan dəqiqələrində hər iki komandanın təhlükəli zərbələri olsa da, futbolçular fərqlənə bilməyiblər.Beləliklə, görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında bir həftə əvvəl Bakıda təşkil olunan matç da komandamızın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İki görüşün nəticəsinə görə, “Zirə” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə adlayıb.xeber100.com

İyul 7, 2017 11:37

Hava və Ekstremal İdman Növləri Federasiyasının məlumatı

Gürcüstanın Svanetiya bölgəsinin Lentexi ərazisində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarının da iştirak etdiyi idman dırmanması üzrə beynəlxalq turnir keçirilib.FAİREX-dən Azərtac-a bildirilib ki, sürət və çətinlik növü üzrə təşkil olunan yarışda ölkəmizi məşqçi Çingiz Tağızadənin rəhbərlik etdiyi yığmamızın üzvləri təmsil ediblər.Təmsilçilərimiz uğurla çıxış edərək üç gümüş medal qazanıblar. Komanda üzvlərimizdən Gəray Əliyev sürət və çətinlik, Fuad Abdullayev isə yalnız çətinlik növü üzrə yarışda ikinci olublar.xeber100.com

İyul 7, 2017 11:32

Avropa Liqasının cavab oyunlarından sonra UEFA reytinq cədvəlini açıqlayıb

Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, Azərbaycan yalnız xal ehtiyatını artırıb. Belə ki, “Zirə” səfərdə “Differdange” komandasını 2:1, “İnter” isə doğma meydanda “Mladost”u 2:0 hesabı ilə məğlub edib. İki qələbə ilə Azərbaycan hesabına 0,500 xal yazdırıb. Bununla da cari mövsüm 4 oyunda 4 qələbə əldə edən klublarımızın qazancı 1,000-ə çatıb.Nəticədə son 5 mövsümün cəmindəki əmsalımız 15,750-yə yüksəlib. Azərbaycan bu göstərici ilə 23-cü pillədə qərarlaşıb.xeber100.com

İyul 7, 2017 11:26

“İnter” klubu Serbiyanın “Mladost” komandasını qəbul edəcək

Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ikinci oyununa çıxacaq.Azərtac xəbər verir ki, “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edəcək “İnter”in oyununu ukraynalı hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Mykola Balakin idarə edəcək. Ona həmyerliləri Volodimir Volodin və Oleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Jabçenko yerinə yetirəcək.Görüşün UEFA nümayəndəsi Sergiu Lisnic (Moldova), hakim-inspektoru isə polşalı Robert Malek olacaq.Komandalar arasında ilk oyun 3:0 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.xeber100.com

İyul 6, 2017 11:41
    Page 673 of 830« First«...102030...671672673674675...680690700...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az