Martın 1-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında 2019-cu ildə təşkil olunacaq Çempionlar Liqasının, Avropa Liqasının, qadınlar arasında Çempionlar Liqasının final oyununa və UEFA Super Kuboku qarşılaşmasına ev sahibliyi etmək istəyən milli futbol assosiasiyalarının nümayəndələri üçün sifariş kitabının hazırlanması ilə bağlı iclas keçirilib.Azərtac xəbər verir ki, iclasda Azərbaycan UEFA Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürüb. Həmçinin İspaniya Çempionlar Liqasının, Gürcüstan, Almaniya, Şotlandiya, İspaniya, Türkiyə Avropa Liqasının, Çexiya, Macarıstan, Qazaxıstan, Litva, Şotlandiya, İspaniya qadınlararası Çempionlar Liqasının, Albaniya, Fransa, Macarıstan, İsrail, Qazaxıstan, Şimali İrlandiya, Polşa, Şotlandiya və Türkiyə isə Super Kubokun finalına ev sahibliyi üçün namizədliklərini irəli sürüblər.xeber100.com