08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə Azərbaycan çempionatı başlayır

Bu gün Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı başlayır. Yarışda 24 şahmatçı, o cümlədən dörd qrossmeyster iştirak edir.Azərtac xəbər verir ki, yarış cədvəlində qrossmeysterlər sırasında Nicat Abbasov, Vüqar Rəsulov, Sərxan Quliyev və Urfan Sevdimalıyevin adları yer alıb.Doqquz turdan ibarət yarışlar İsveçrə sistemi üzrə keçiriləcək.xeber100.com

Mart 7, 2017 11:18

Topaz Premyer Liqasının XXI turuna yekun vurulub

Martın 5-də Topaz Premyer Liqasının XXI turuna “Neftçi” – “Zirə” matçı ilə yekun vurulub.Azərtac xəbər verir ki, ilin ən yaxşıları arasında olan "Neftçi" öz meydanında "Zirə"ni qəbul edib. Hesabı "ağ-qaralar" açsalar da, sevincləri çox çəkməyib. Seqoviyanın penaltidən vurduğu qola Navalovski avtoqolla "cavab verib". Duriçin uzaq zərbədən vurduğu baxımlı qol isə "Zirə"yə qələbə qazandırıb. Beləliklə gənc məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi qonaq komanda 2:1 hesabı ilə qələbə qazanıb və dördüncü pillədəki mövqeyini gücləndirib.xeber100.com

Mart 6, 2017 11:48

Cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub

Antalyada yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.Azərbaycan Cüdo Federasiyasından Azərtac-a bildirilib ki, yarışın sonuncu günündə Azərbaycan milli komandası aktivinə daha beş medal yazdırıb. Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl , Adil Kərimli (90 kq), Məhəmməd Abdullayev (90 kq-dan yuxarı) gümüş, Günel Bəkirzadə (57 kq) və Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıblar.Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında ikinci yeri tutub.Xatırladaq ki, yarışın ilk günündə ölkəmizi təmsil edən Əli Əsgərli (50 kq), Əmrah Səlimli (55 kq) və Knyaz Mahmudlu (66 kq) qızıl medala, Rüfət Məmmədov (60 kq) isə bürünc medala sahib olub.Qeyd edək ki, Avropa kuboku yarışlarında 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.xeber100.com

Mart 6, 2017 11:46

Növbəti yoldaşlıq oyunu keçirilib

Dubayda təlim-məşq toplanışında olan qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.Azərtac xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qolu Sevinc Cəfərzadə vurub.Komandalar arasında martın 3-də keçirilmiş yoldaşlıq oyunu da millimizin qələbəsi ilə yekunlaşmışdı – 3:2.xeber100.com

Mart 6, 2017 11:43

Avropa Velosipedçilər Birliyinin Baş Assambleyası işini başa çatdırıb

Brüsseldə Avropa Velosipedçilər Birliyinin (UEC) Baş Assambleyası işini başa çatdırıb. Quruma üzv olan 50 milli federasiyanın nümayəndələrinin iştirak etdikləri tədbirdə qitənin ali velosiped qurumunun rəhbər orqanlarına seçkilər keçirilib.Azərtac xəbər verir ki, seçkilərdən əvvəl qurumun son dörd ildəki fəaliyyəti haqda məruzə ilə çıxış edən UEC-in prezidenti David Lappartien şosse velosipedinin elit kateqoriyasında qitə çempionatının keçirilməsini ən vacib addımlardan biri kimi dəyərləndirib. O, “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped yarışlarının bu istiqamətdə həlledici rol oynadığını xüsusi vurğulayıb və bunu Azərbaycanın qitə velosipedinə töhfəsi kimi dəyərləndirib.David Lappartienin Assambleya üzvlərinin dəstəyini alaraq növbəti dörd il üçün Avropa Velosipedçilər Birliyinin prezidenti seçilməsindən sonra əsas diqqət UEC-in Rəhbər Komitəsinin üzvlərinin müəyyənləşməsinə yönəlib. Altı nəfərdən ibarət olan Rəhbər Komitəyə seçilmək üçün 12 nəfərin namizədliyi irəli sürülüb.xeber100.com

Mart 6, 2017 11:31

Qətər yığmasının heyəti açıqlanıb

Yoldaşlıq görüşündə futbol üzrə Azərbaycan millisini qəbul edəcək Qətər yığmasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Qətər yığmasının baş məşqçisi Jorje Fossati 28 futbolçuya dəvət göndərib.Qətər yığmasına qapıçılar - Saad Əl Şeb (“Əl Sədd”), Omar Bari (“Əl Rayyan”), Xəlifə Ababakar (“El Jaiş”), müdafiəçilər - İbrahim Majid, Medro Migel, Hamid İsmail, Musab Keder (hamısı “Əl Sədd”), Mohammed Musa, Əhməd Yasser (hər ikisi “Lekviya”), Bualem Xouki (“Əl-Ərəbi”), Fahad Əl-Abdulrahman (“Eupen”, Belçika), yarımmüdafiəçilər - Assim Madibo, Kərim Budiaf, Luis Martin, Əli Afif (hamısı “Lekviya”), Hassan Əl-Haidos, Ali Assad (hər ikisi “Əl Sədd”), Rodriqo Tabata (“Əl Rayyan”), Ahmed Abdul Maqsud (“Əl-Arabi”), Əkrəm Afif (“Sportinq Xixon”, İspaniya), Mehdi Əli, Yusif Hüseyn (hər ikisi “Əl Qarafa”), hücumçular - Almoez Əli, İsmail Mohammed (hər ikisi “Lekviya”), Ahmed Alaa, Sebastian Soria (hər ikisi “Əl Rayyan”), Meşal Abdullah (“Əl Əhli”) və Yasser Abu Bakr (“El Jaiş”) çağırılıblar.Qeyd edək ki, Qətər–Azərbaycan qarşılaşması martın 9-da Dohadakı “Jassim bin Hamad” stadionunda keçiriləcək.xeber100.com

Mart 6, 2017 11:24

“Formula-1-ə giriş” adlı ilk təlim keçirilib

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) idman əməliyyatları şöbəsi martın 4-də Formula-1 Azərbaycan Qran-prisində iştirak edəcək marşallar üçün “Formula-1-ə giriş” adlı ilk təlimini keçirib.Azərtac xəbər verir ki, Bakı Marşallar Klubunun (BMK) rəhbəri Ç.Mehdiyev marşallar üçün yeni mərkəzin yaxında istifadəyə veriləcəyini deyib. Qeyd edib ki, biz bu gün Formula-1 yarışlarının ayrılmaz hissəsi olan marşallar üçün idmanın bu növü və marşallıq fəaliyyəti haqqında mövsümün ilk təlimini təşkil etdik. Məqsədimiz klubumuzun üzvləri olan və bu il yeni seçilmiş marşallara Formula-1 haqqında geniş məlumat vermək və marşallıq fəaliyyətinin önəmli məqamlarını çatdırmaqdır.xeber100.com

Mart 5, 2017 11:55

Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilib

Martın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təqdimat mərasimi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə xarici ölkələrin bir sıra idman federasiyalarının rəhbərləri, dövlət rəsmiləri və tanınmış idmançılar iştirak ediblər. Qeyd olunub ki, Vüqar Xəlilov assosiasiyanın prezidenti, Samir Məmmədov birinci, Rüfət Hüseynov isə vitse-prezident seçiliblər. Qurumun baş katibi Əfqan Həmzəyev, mətbuat xidmətinin rəhbəri isə Araz Əhmədov olub.Təqdimat mərasimində məlumat verilib ki, sovet dövründə Azərbaycanda futnet idman növünə oxşar oyunlar keçirilib. Peşəkar futnet komandası isə ilk dəfə ötən il “Marafon” idman klubunun nəzdində fəaliyyətə başlayıb. İdmançılarımız ilk dəfə beynəlxalq turnirdə məhz həmin il mübarizə aparıblar. Azərbaycan Şimali Kiprdə keçirilən dünya çempionatında təmsil olunub. Azərbaycanlı hakim Əfqan Həmzəyev 2014-2016-cı illərdə Türkiyədə və Rumıniyada keçirilən beynəlxalq turnirlərdə iştirak edib. Azərbaycanda ilk futnet yarışı da 2016-cı ilin iyununda keçirilib. Rusiya, Azərbaycan və Gürcüstan komandalarının iştirakı ilə Bakıda keçirilən ilk beynəlxalq yarış ötən il dünyada təşkil edilən ən reytinqli beş turnirdən biri olub.xeber100.com  

Mart 5, 2017 11:51

XXVI tur çərçivəsində növbəti qarşılaşmalar keçirilir

İspaniya La Liqasında XXVI tur çərçivəsində növbəti qarşılaşmalar keçirilir.Azərtac xəbər verir ki, “Barselona” klubu ilk dövrədə səfərdə 3:4 hesabı ilə uduzduğu “Selta”nı qəbul edib. Görüşdə meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib.“Real Madrid” klubu isə səfərdə “Eybar” kollektivini 1:4 hesabı ilə məğlub edib.Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb.xeber100.com “Leqanes” – “Qranada” - 1:0 “Vilyarreal” – “Espanyol” - 2:0

Mart 5, 2017 11:35

İngiltərə Premyer Liqasında XXVII tur çərçivəsində…

İngiltərə Premyer Liqasında XXVII tur çərçivəsində martın 4-də bir sıra maraqlı qarşılaşmalar keçirilib.Azərtac xəbər verir ki, günün ən maraqlı qarşılaşmasında “Liverpul” və “Arsenal” klubları üz-üzə gəliblər. Oyun “Liverpul”un 3:1 hesablı qələbəsi ilə başa çatıb/“Mançester Yunayted” isə öz meydanında “Bornmut” klubunu məğlub edə bilməyib – 1:1. Son çempion “Lester” doğma azarkeşləri qarşısında “Hall Siti” 3:1 hesabı ilə məğlub edib.Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb: “Stok Siti” – “Midlsbro” - 2:0 “Suonsi” – “Bernli” - 3:2 “Uotford” – “Sautqempton” - 3:4 “Vest Bromviç” – “Kristal Pelas” - 0:2 Qeyd edək ki, turnir cədvəlinə 63 xalla “Çelsi” liderlik edir.xeber100.com

Mart 5, 2017 11:30
    Page 739 of 831« First«...102030...737738739740741...750760770...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az