Bədən Tərbiyəsi və İdman Akademiyasının məlumatı

Son dövrlər idman təhsili sahəsində yenilikləri ilə seçilən Bədən Tərbiyəsi və İdman Akademiyası 2017-2018-ci tədris ili üçün yeni magistr ixtisasları ilə yanaşı, yeni bakalavr ixtisasları üzrə də tələbə qəbul etməyə hazırlaşır.Akademiyadan Azərtac-a bildiriblər ki, Azərbaycanda ali təhsilin bakalavr səviyyəsi üzrə ixtisasların sayı artırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 22 fevral tarixli qərarına əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişikliklər edilərək yeni ixtisaslar yaradılıb. “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə “Məşqçi (idman növü üzrə)”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “İdman menecmenti və kommunikasiya” ixtisasları əlavə edilib.Bundan əlavə, Akademiyada bakalavr səviyyəsində "Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi" ixtisası tədris olunacaq. Ümumilikdə isə ADBTİA-da 2017-2018-ci tədris ili üçün bakalavr təhsil səviyyəsi üzrə məşqçi (idman növü üzrə) – (ötən illərdə olan “Bədən tərbiyəsi və idman” ixtisasının yerinə), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, idman menecmenti və kommunikasiya, bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasları üzrə tələbə qəbulu aparılması planlaşdırılır.Bu ixtisaslar üzrə tələbə qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.xeber100.com

Fevral 26, 2017 11:10

Avropa İttifaqı İcraiyyə Komitəsinin toplantısı keçirilib

Maltada İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE/UEPS) İcraiyyə Komitəsinin toplantısı keçirilib.Azərtac xəbər verir ki, tədbirin birinci günündə UEPS-in və Malta İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə seminar baş tutub. Yerli media nümayəndələrinin də qatıldıqları seminarda Belarus Milli Olimpiya Komitəsinin nümayəndəsi, UEPS İcraiyyə Komitəsinin üzvü Nastasiya Marinina 2018-ci ildə Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına hazırlıq barədə məlumat verib və videoçarx nümayiş olunub. N.Marinina vurğulayıb ki, Azərbaycandan sonra bu missiyanı üzərimizə götürmək olduqca çətin və məsuliyyətlidir. Biz Oyunları mümkün qədər maraqlı keçirməyə çalışacağıq. Lakin hər dəfə Bakıda gördüklərimizi göz önünə gətirəndə hansı məsuliyyətin altına girdiyimizin fərqinə varmaya bilmirik. İndidən deyim ki, biz Bakını təkrarlaya bilməyəcəyik.Serbiya Milli Televiziyasının idman şərhçisi Predraq Milinkoviz iştirakçısı olduğu və şərh etdiyi Dakar rallisində kadrarxası riskli məqamlardan, idman telejurnalistikasının ekstremal vəziyyətlərdə iş həyatından danışıb və bu barədə nadir kadrları nümayiş etdirib.Malta İdman Jurnalistləri Assosiasiyasının prezidenti, UEPS-in baş katibi Çarles Kamenzulinin və milli təşkilatın baş katibi Sandro Micallefin rəhbərliyi ilə seminar iştirakçıları və İcraiyyə Komitəsinin üzvləri arasında səmərəli fikir mübadiləsi olub.xeber100.com

Fevral 24, 2017 11:43